Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




Sərgi haqqında


15-ci Azərbaycan Beynəlxalq İNŞAAT Sərgisi

21-24 oktyabr, 2009-cu il
Bakı, Azərbaycan
Heydər Əliyev adına İdman və Sərgi Kompleksi
www.bakubuild.az

BAKUBUILD 2009 SƏRGİSİ


Xəzəryanı və Qafqaz regionunda ən böyük inşaat sərgisi olan BakuBuild – biznesinizin bu bazarlarda irəlilətdirilməsi üçün özünəməxsus imkandır. BakuBuild 2009 sərgisinin çərçivəsində yeni həmkarların tapılması, bazarın təhlili və son istehlakçı ilə effektiv əlaqə yaradılması üçün münasib şərait təmin olunur.


BakuBuild 2008 faktları və rəqəmləri
Təsis etmə tarixi: 1995
Vaxtaşırılığı: hər il

Ümumi sahəsi: 9690 kv.m.
Ekspozisiyaların sahəsi: 6 086 kv.m
Yerli ekspozisiyanın sahəsi (54,3%):
3 305 kv.m
Xarici ekspozisiyanın sahəsi (45,7%):
2 781 kv.m
 
 
Yerli
2007 / 2008
Xarici
2007 / 2008
Cəmi
2007 / 2008
Qapalı sahə   1 049 / 1 226  1 400 / 2 169  2 449 / 3 395
Açıq sahə
 1 433 / 2 079  356 / 612  1 789 / 2 691
Ekspozisiyanın ümumi sahəsi  4 238 / 6 086
Ümumi sahə  8 084 / 9 690

İştirakçıların sayı: 248
Yerli iştirakçılar:
97
Xarici iştirakçılar:
151
İştirakçı ölkələrin sayı:
25

Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Gürcüstan, Danimarka, Misir, İran, İtaliya, Qazaxıstan, Şimali Kipr, Çin, Latviya, Lüksemburq, Niderlandı, BƏƏ, Polşa, Belarus Respublikası, Rusiya, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Çexiya.


Ziyarətçilər: 9021
Unikal ziyarətçilər :
6 800
Mütəxəssis ziyarətçilərin sayı (80%):
5 440

Ziyarətçilərin coğrafiyası: Azərbaycan, Gürcüstan, İordaniya, ABŞ, Katar, BƏƏ, Yaponiya, Yunanıstan, Çin, İsrail, Fransa, İtaliya, Çexiya, Almaniya, Rusiya, Litva, Qazaxıstan, Türkiyə, Belarus, Finlandiya, Ukrayna, Şimali Kipr, Özbəkistan və başqa ölkələr.


İŞTİRAKÇILAR NƏ SÖYLƏYİR

 
14,9%-i iştirakçı BakuBuild 2008 sərgisində müqavilələr imzalamışdır
  92,9%-i müqavilələrin sərgidən sonra imzalanacağını gözləyir
  80,5%-i gələn il iştirak etmək niyyətini təsdiq etmişdir
  76,3%-i sərgidə iştirakın biznesin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulamışdır
  48,8%-i Azərbaycanda inşaat sektorunun inkişafı üçün geniş potensial və imkanların mövcud olduğunu qeyd etmişdir

Anna Kolesnik, "Optimal Doors/Skaf Kupe" şirkəti

"Şirkətimizin cəmi üç yaşı var və biz hər il BakuBuild sərgisində iştirak edirik. 2006-cı ildə debütumuz xüsusilə parlaq hadisə kimi yaddaşımızda qalmışdır, çünki biz o zaman sərgidə öz barəmizdə əminliklə bəyan etmiş və əlverişli müqavilələr imzalamışdıq. Həmin vaxtdan biz İteca Caspian şirkəti ilə daima əməkdaşlıq edirik. Bu peşəkar birliyin nəticəsi təkcə həmkarların axtarışında deyil, həm də imicin yüksəkdə saxlanılmasında özünü büruzə verir ki, bu da şirkətimiz üçün çox əhəmiyyətlidir."

Vitold Qapik, "Ceramika Paradyz" şirkəti

"BakuBuild sərgisi Azərbaycanda satışın həcmini artırmağa kömək edir. Keçən il biz Azərbaycan həmkarımız ilə əlaqələrimizi möhkəmləndirmişdik, bu il isə onun Azərbaycan bazarında mövqeyini vurğulamaq istəyirik".

Araz Axundov, "Nimex LLC" şirkəti

"Şirkətimizin 3,5 illik fəaliyyəti ərzində biz uğurla inkişaf etmişik... Buna görə də beynəlxalq səviyyədə özümüzü təqdim etmək istəyimiz tam əsaslıdır. Fikrimizcə, BakuBuild sərgisi bu məqsədimizə nail olmaqda bizə kömək edə bilər. BakuBuild kimi əhəmiyyətli tədbirdə ilk dəfə olaraq iştirak etməklə biz biznesimizin potensial həmkarlar ilə görüşlər və yeni müqavilələrin imzalanması baxımından inkişaf edəcəyinə və genişlənəcəyinə ümid edirik".

Eldar Suvarov, "Yusi Ko" şirkəti

"BakuBuild 2008 14-cü Azərbaycan beynəlxalq sərgisində biz şirkətimizin maraqlarına uyğun olan yeni həmkarlar tapmağa və qarşılıqlı surətdə əlverişli olan müqavilələr imzalamağa ümid edirik.

İteca Caspian şirkətinə gözəl təşkilati fəaliyyətinə, o cümlədən BakuBuild sərgisinin təşkilinə görə şirkətimizin minnətdarlığını bildirmək istəyirəm. Bu tədbir Azərbaycanın həm sərgi, həm də tikinti sənayesinə öz nəhəng tövhəsini verir. Sərgi iştirakçılarının sayı ildən ilə artır ki, bu da bu cür tədbirlərin tikinti bazarının təkcə yerli deyil, həm də xarici iştirakçıları arasında populyar və aktual olduğuna işarə edir. Biz sərgiyə və onun iştirakçılarına hər növ firavanlıq və biznesdə uğurlar arzulayırıq..."

Rafik Məmmədov, "Mega Makina LLC" şirkəti

"Şirkətimizin yarandığı 2004-cü ildən etibarən biz çox vacib BakuBuild tikinti sərgisində iştirak edirik. Buna görə də "Mega Makina LLC" müəyyən mənada, bütöv Qafqazda inşaat sahəsinin inkişafına fəal surətdə təkan verən İteca Caspian şirkətini ən etibarlı və sadiq həmkarlarından biri hesab edə bilər. Hazırkı sərgidə də biz, öz məhsullarımızı ənənəvi olaraq kompleksin əsas girişinə yaxın stenddə nümayiş etdirərək məmnuniyyətlə iştirak edirik."

Leşek Polipovsi, "Sanitek Kolo" şirkəti

"BakuBuild sərgisində iştirakın əsas məqsədi olduğu kimi qalır: biz Azərbaycan ərazisində yeni distribyutorlar tapmaq, habelə artıq mövcud əlaqələrimizi gücləndirmək istəyirik. Bu sərgidən sonra biz Bakıda bizim santexnikanı təklif edəcək dəbdəbəli salonlar açmaq istəyirik. Bu arzu nəinki bizim şirkətimiz üçün, həm də bütün şəhər sakinləri üçün faydalı olacaq".


BAKUBUILD 2008 AUDİTİ

BakuBuild sərgisi “RussKom İT Systems” MMC şirkətinin icra etdiyi auditor yoxlamasından keçmişdir. Sərgiyə dair verilən bütün məlumatlar statistik göstəricilərin yoxlanılması nəticəsində audit tərəfindən təsdiq edilmişdir.


İNŞAAT KOMPLEKSİ

Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının nəşr etdiyi “Biznesin idarə edilməsi 2009” Hesabatına əsasən, 2007-2008-ci illərdə Azərbaycan islahatlar aparan ölkələrin siyahısında liderdir.

BMT-nin ( 2009-cu ildə Dünyanın iqtisadi şəraiti və inkişaf perspektivləri) sərəncamına əsasən MDB ölkələri arasında Azərbaycan ən dinamik iqtisadiyyatı olan ölkə olaraq qalacaqdır, gözlənilən artım 14 %.

2008-ci ilin doqquz ayının nəticələrinə əsasən, Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) ötən ilin müvafiq müddətinə nisbətən 15% artaraq hazırkı qiymətlər ifadəsində 30,4 milyard manat ($38 milyard) təşkil etmişdir. Əhalinin adambaşına olan ÜDM həcmi 3554,4 manat ($4302,1) təşkil etmişdir. Eyni zamanda $2,52 milyard tikinti sektorunun payına düşmüşdür. 2008-ci il üçün sərmayələrin proqnozu 12,8%-lik azalma ilə 6246,3 milyon manat ($8,75 milyard) olduğu halda, ilin doqquz ayı ərzində qoyulmuş faktiki sərmayələrin həcmi həmin proqnozun 100,6%-ni təşkil etmişdir.

Ölkə iqtisadiyyatına qoyulan kapital sərmayənin artım tempi artmışdır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar-sentyabr müddətində bütün maliyyələşdirmə mənbələri hesabına əsas kapitala 6283 milyon manat ($7,79 milyard) sərmayə qoyulmuşdur ki, bu da 2007-ci ilin yanvar-sentyabr müddətinə uyğun rəqəmdən 38% çoxdur. Eyni zamanda, daxili sərmayələr xarici sərmayələrdən çoxdur və ümumi sərmayələrin həcmində onların payları müvafiq olaraq 72,5 və 27,5 faiz təşkil edir. Sərmayələrin artması nəqliyyat sektorunda iri tikinti işlərinin aparılması və sənaye təyinatlı obyektlərin tikilməsi üçün sərmayəyə olan tələbatın artması ilə izah olunur.

Tikinti-montaj işlərinə qoyulan sərmayənin həcmi ötən ilin analoji müddəti ilə müqayisədə 55% artaraq 4089,3 milyon manat ($5,61 milyard) təşkil etmişdir. Onlardan 4715,6 milyon manat (75% - $6,62 milyard) sənaye obyektlərinin, 1567,4 milyon manat (25% - $2,22 milyard) isə qeyri-sənaye obyektlərinin tikilməsinə sərf edilmişdir. Daşınmaz əmlak ilə əməliyyatlarına qoyulmuş sərmayələr 483,4 milyon manat (+30,2% - $604 milyon), o cümlədən yaşayış obyektlərinin tikilməsində sərmayələr 468,7 milyon manat (+29,2% - $585,8 milyon) təşkil etmişdir. 2011-ci ilə qədər Bakıda 30 piyada keçidlərin, 45 körpü və 14 yol qovşaqlarının tikilməsi planlaşdırılır. Paytaxtda həmçinin 7 çoxmərtəbəli avtomobil duracaqları və 96 km-lik avtomobil yollarının tikilməsi nəzərdə tutulmuşdur.

2008-ci ilin yanvar-sentyabr müddətində respublikanın dünyanın 136 ölkəsi ilə xarici ticarət dövriyyəsi $44201,5 milyon təşkil etmişdir. 2007-ci ilin yanvar-sentyabr müddəti ilə müqayisədə ixracatın həcmi 802,96% artaraq $38970,8 milyon təşkil etmişdir. İxracatın həcmi, öz növbəsində, 33,79% artaraq $5230,7 milyon təşkil etmişdir. Beləliklə, xarici ticarət dövriyyəsində saldo müsbətdir və $33740,2 milyon təşkil etmişdir. Eyni zamanda, Azərbaycan 1869 adlı mallar ixrac etmiş və 5528 müxtəlif mallar idxal etmişdir.


PARTNYORLAR




www.mbask.az

VALYUTA MƏZƏNNƏSİ
  21/01/2021 22/01/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild Azerbaijan is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek