Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





İnşaat, təmir və interyer üçün hər şey
“BakuBuild” 2010 sərgisində!


20-23 oktyabr tarixlərində, Azərbaycanın paytaxtı Bakı şəhərində həqiqətən də Xəzər və Qafqaz regionlarında ən iri miqyaslı sərgilərdən biri sayılan “BakuBuild” Beynəlxalq İnşaat Sərgisi yeni və müasir “Bakı Ekspo Mərkəzi” sərgi kompleksində keçirildi. Sərgidə 25 ölkədən 260 şirkət iştirak etdi, bunların da arasında Azərbaycan, Yunanıstan, Polşa, Rusiya, Türkiyə və başqaları vardır. Sərgidə ilk dəfə iştirak edən debütant ölkələr - Portuqaliya və Latviyanı bir neçə şirkət təmsil etdi. “BakuBuild” sərgisində fərdi stendlərlə bərabər, 6 birgə ekspozisiya da təqdim olundu, bunların da arasında Almaniya, Finlandiya, İran, Litva, İtaliya, Ukrayna var idi.

Aqua-Therm Baku

Bu il ilk dəfə “BakuBuild” sərgisi ilə birlikdə “Aqua-Therm Baku” - “2-ci Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları və Üzgüçülük hovuzu” adlı beynəlxalq sərgi də keçirilirdi. Bu sərgidə 15 ölkələrdən 60 şirkət iştirak etdi.

Universal inşaat şəhəri

Sərginin ekspozisiyası müxtəlif çeşiddə çoxlu inşaat və bəzək materialları və texnologiyalarını əhatə edirdi. Bura tikinti materialları, bəzək və üzlük materialları, pəncərə istehsalı üçün avadanlıqlar, beton və sement istehsalı üzrə texnologiyalar, tikinti avadanlıqları, ixtisaslaşdırılmış texnika, sahələrin abadlaşdırılması, arxitektura və landşaftın layihələşdirilməsi, kimyəvi inşaat məhsullarının geniş spektri, ağac emalı üçün avadanlıqlar, istehsal xətləri və alətlər, santexnika, keramika və s. daxildir. Açıq meydançada Almaniya, Türkiyə, Koreya, Böyük Britaniya, Rusiya, İtaliya və digər ölkələrin böyük çeşiddə inşaat texnikası və avadanlıqları nümayiş olunur.

Yeniliklər

“BakuBuild” sərgisi bu sahənin aparıcı şirkətləri tərəfindən təqdim olunan yeni texnologiyalar, avadanlıqların istifadə olunması ilə bağlı səriştəli mütəxəssislərin verdiyi tövsiyələr ilə tanınıb seçilir. Bu il sərgi təşkilatçıları bir sıra şirkətləri “İnnovasiyalar Ərazisi” layihəsində birləşdirərək yeniliklərə daha çox diqqət yetiriblər. Sərgi çərçivəsində yeni məhsul və texnologiyalar ilə təmsil olunan şirkətlərin stendləri xüsusi “İnnovasiyalar Ərazisi” işarəsi ilə qeyd olunacaq ki, bu da həmin şirkətləri həm sərgi sahəsində, həm də planda çətinlik çəkmədən tapmağa imkan verəcəkdir. Təqdim olunan bütün yeniliklərin xüsusiyyətlərinin əhatəli təsvirini və şirkətlər ilə əlaqə üçün məlumatları “İnnovasiyalar Ərazisi” proqramının kataloqundan əldə etmək olurdu. Bu kataloq “Bakı Ekspo Mərkəzinin” ərazisində, sərginin keçirildiyi bütün günlər ərzində ziyarətçilərə payalandı.

Sərgidə təqdim olunan bir neçə yeniliyi sizin diqqətinizə çatdırırıq.

Ağıllı alətlər

ASD, TRADE COMPANY (Rusiya)/ 2120 - Zal 2

Özüyapışan “AVIORA” qara rəngli izolyasiya lenti (izolent) Elektrotexniki işlər zamanı izolyasiya materialı kimi istifadə olunur. Bu lent elektrik sızmalarına qarşı yüksək səviyyəli müdafiəni təmin etməklə yanaşı, həmçinin yüksək rütubətli şəraitdə tərpənməz birləşmədən istifadə etməyə də imkan verir.

AVERA-BOSCH (Azərbaycan) /2518 - Zal 2

Universal “Multi-Cutter” kəsiciləri Daxili kəsmə, bir səviyyədə kəsmə və cilalama. Çəkisi cəmi 1 kq olan bu alətdən istifadə etmək çox asandır. Məhsuldarlığı elektrik enerji ilə işləyən alətlərin məhsuldarlığı ilə eynidir. Titrəyişlərin dəyişkən tezliyi dəqiqədə 20.000-ə çatır.

KLINGSPOR SP. Z.O.O (Polşa)/ 7106 - Zal 1

Bərk ərinti yolu ilə hazırlanmış yüksək effektivliyə malik bor frezerləri: Frezer + HF 100 dəstinin şəkilləri

STROYLUX PROF (Rusiya)/ 2130 - Zal 2

Unikal “ANZA” dizaynı ilə müasir (həcmli) ikikomponentli tökmə (PP+TPE) texnologiyalarının uyğunluğu nəticəsində 2010-cu ilin yeni fasad fırçaları seriyasının orijinal, yüngül və möhkəm tutqacları yarandı. 2010-cu ilin dizaynı olan əyilmiş tutqacın erqonomikliyi rəngsazın bilək əzələlərinin gərginliyini minimuma endirir və nəticə etibarı ilə işin daha asan, dəqiq və tez başa gəlməsini təmin edir. 2010-cu ilin dizaynı olan yeni fasad fırça seriyaları yeni növ sintetik liflərin və orijinal başlıq konstruksiyasının tətbiqi sayəsində rəngi (fırça ilə) götürərək saxlamaq baxımından gücləndirilmiş xüsusiyyətlərə malikdir. Artıq bu fırçaların köməyi ilə əvvəlkinə nisbətən daha çox rəng götürmək və rəngi (fırçada) saxlamaq mümkündür.

RADAR, POWDER COATINGS CENTER (Rusiya)/ 2220 - Zal 2

Toz boyalarının püskürdülməsi üçün “Ministart” avtomatlaşdırılmış səyyar kompleksi Bu kompleks xüsusi olaraq: Avtomatlaşdırılmış boyama xətlərinə malik müəssisələr; Xırda məmulatlar rəngləyən müəssisələr; Ali təhsil müəssisələri, texnikum və məktəblər üçün nəzərdə tutulmuşdur.

Yeni texnologiyalar

KNAUF Insulation (Rusiya)/ 1164 - Zal 1

İstilik izolyasiyası sahəsində ekspert sayılan “KNAUF Insulation” şirkəti keyfiyyət baxımından yeni, unikal ECOSE® texnologiyasından istifadə etməklə, tərkibində fenol-formaldehid qətranı olmayan mineral pambıq əsaslı qızdırıcılar təklif edir. Yeni məhsul xüsusi yumşaqlığı, habelə heç bir qoxu və tozun olmaması ilə seçilir. Şirkətin məhsulları yüksək istilik qoruma və səs izolyasiyası xüsusiyyətinə, habelə etibarlılıq, yanğına davamlılıq və ekoloji təmizlik kimi keyfiyyətlərə malikdir. Materialların keyfiyyəti sertifikatlar ilə təsdiq olunur. Daşınma və montajın asan başa gəlməsi isə “KNAUF Insulation” məhsullarının ən başlıca üstünlüyü sayılır.

GARADAGH CEMENT OJSC (Azərbaycan)/ 1134 - Zal 1

Yeni quru üsulla sement yandırma sobaları Yeni quru üsulla sement yandırma sobasının quraşdırılması layihəsinə əsasən, “Qaradağ Sement” zavodunda hazırda istifadə edilən 4 ədəd (nəmləndirmə üsulu ilə sement hazırlayan) soba, sement klinkeri üzrə istehsal tutumunu təxminən 40 faiz artırmağa imkan verəcək 1 ədəd (quru üsulla sement yandırma) sobası ilə əvəz ediləcək. Hal-hazırda istifadə olunan nəmləndirmə üsuluna nisbətən, quru üsul minimal su və yanacaq sərfiyyatı, enerji resurslarından yüksək səmərəli istifadə və minimal səviyyəli emissiya (ətraf mühitə atqı) kimi bir sıra üstünlüklərə malikdir.

OSCAM S.P.A. (İtaliya)/ 3408 - Zal 2

Armaturun kəsilməsi və əyilməsi üçün avtomatlaşdırılmış maşın və avadanlıqlar. Dəmir-beton balkalar üçün maqnit yükləmə və ötürmə avadanlığı ilə kompleks kəsmə və əymə proseslərinin daxil olduğu istehsal prosesi.

SOMMER ANLAGENTECHNIK GMBH (Almaniya)/ 1112 - Zal 1

Divar panelləri və beton örtüklərinin istehsalı üçün qəlib texnologiyaları

VIKON, ŞIRKƏTLƏR QRUPU (Rusiya)/ 2106 - Zal 2

Yığma-monolit texnologiyası üzrə tikintinin əsas prinsipi ondan ibarətdir ki, binanın aparıcı karkasının montajı dəmir-beton məmulatları zavodunda hazırlanmış dəmir-beton elementləri ilə həyata keçirilir. Texnologiyanın üstünlüyü: Tikinti xərclərinin 30 faizə qədər azaldılması; Binaların yüksək sürətlə inşa edilməsi – bir ədəd qüllə kranı ilə ayda 5000 m2; 9 bala qədər seysmik davamlılıq; Yığma-monolit konstruksiyalar texnologiyası istənilən memarlıq-plan həllərini gerçəkləşdirməyə imkan verir; Tikintinin yüksək keyfiyyəti; Karkasın bütün birləşmələri qaynaqsızdır.

Yeni nəsil inşaat materialları

YUKSEKLIK LTD (Azərbaycan)/ 5112 - Zal 1

“Çeşuya” metal kirəmitləri – evlərin damlarında milli şərq ornamentlərinin yenidən canlanmasıdır! “Yüksəklik Ltd” şirkəti həm milli üslubda tikilmiş yeni evlər, həm də tarixi obyektlərin bərpası üçün yarayan xüsusi “Çeşuya” kirəmitlərinin istehsalına başlayıb.

AI POLIMER MMC (Azərbaycan)/ 2708 – 2708 – Zal 2

Thermo-Sphere, Boya üçün universal enerjiqoruyan qatqıdır. Hər cür boyaya izolasiya xüsusiyyətləri bəxş edir. 25% enerjiyə və pula qənaət!

AZBURUME MMC (Azərbaycan)/ 2108 - Zal 2

Bürümə üçün biz əla növ, yüksək təzyiqə davamlı polietilendən hazırlanmış, istiyə və soyuğa dözümlü təbəqədən istifadə edirik

MATANAT A (Azərbaycan)/ 4106 - Zal 1

Birkomponentli, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı, yüksək möhkəmliyə malik olan bəzək və üzlük daş kompozitlərinin yaradılması üçün istifadə olunan toz məhsuludur. Beton, kərpic, əhəngdaşı (mişar daşı), penobeton (köpüklü beton) və digər növ daşlardan hörülmüş divarların fasadına istifadə oluna bilər

VINOPLASTIC (Иран)/ 2208 - Zal 2

3-7 kanallı kabel boruları: telekommunikasiya layihələrində cəmi bir kanal (boru) vasitəsi ilə 3 - 7 kabelin ötürülməsi imkanı.

PUREPRO (Azərbaycan)/ 2422 - Zal 2

Əks osmos sistemli su filtrləri. Model EC 105P.
İtehsal gücü: 50 galon günə (189 Litr günə)
İşləmə təzyiqi: 10-85 psi (0,7-6 bar)
Çəkisi: 9 kg – system, 4 kg – su çəni

İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri

PAL SYSTEM INTERNATIONAL (B.Ə.Ə.)/ 2420 – Zal 2

İlkin izolyasiyaya malik havalandırma kanalı sistemi, əvvəlcədən penopolistirol (penoplast) ilə izolyasiya edilmiş havalandırma kanalları üzrə ilk məhsul sayılır və standart metal təbəqədən hazırlanmış havalandırma kanalları ilə eyni ölçülərə malik, penoplast ilə izolyasiya edilmiş inovasiyalı və inqilabi havalandırma şəbəkəsindən ibarətdir. Üstünlükləri:Təmizlənə bilən və gigiyenik, Enerjiyə qənaət, Yüksək möhkəmlik və etibarlılıq.

OVENTROP GMBH & CO. KG (ALMANIYA)/ 1110 - Zal 1

“Oventrop” şirkətinin istehsal etdiyi “Cocon QTZ” tənzimləyici klapanı avtomatik tənzimləyici (nominal dəyəri əl ilə tənzimləmək mümkündür) və tənzimləyici klapandan ibarət olan klapan birləşməsidir. Sözügedən klapan əsas etibarı ilə soyuducu tavan, fankoyl (havalandırma qurğusu), istilik radiatoru, mərkəzi isitmə və səthi isitmə sistemlərində, sistemə qoşulmuş avadanlıqların və ya seksiyaların maye balansı və temperatur nəzarəti üçün istifadə olunur.

PLOMYPLAS (İspaniya)/ 2516 - Zal 2

“PEX” və “Alupex” boruları üçün əl ilə bərkidilən “plomyCLICK” boru fitinqləri. “plomyCLICK” fitinqləri 100 % polifenilsulfondan (PPSU) hazırlanır

Mexanik köməkçilər

POQUTEC (Cənubi Koreya)/ 4103 – açıq sahə

Cənubi Koreyanın hidravlik (əvəz oluna bilən) asma mexanizmlərin istehsalçısıdır.

PROLINK CASPIAN MMC (Azərbaycan)/ 4208 – açıq sahə

2010-cu ildə bizim ən mühüm innovasiyamız EcoDig sistemidir, bu sistem üç hidravlik nasosu birləşdirir Ekskavasiya işlərini mühərrikin daha aşağı dövrlərində, yanacağa 15% qənaət etməklə və atmosferə karbon qazı tullantısını azaltmaqla yerinə yetirməyə imkan verir

Kreativ mebel

TUTTO BELLO (Azərbaycan)/ 2520 – Zal 2

İGLU - Meyvəyə (alma) bənzər dizayn edilmiş, həsir şəklində toxunmuş, bağ şəraitində istirahət üçün rahat döşəkçələrlə təchiz edilmişdir. Ölçüləri 207x196x248 sm olmasına baxmayaraq diyircəkli mexanizmlə təchiz edildiyi üçün bir yerdən digər yerə asanlıqla hərəkət etdirmək mümkündür. Bu məhsul xüsusilə bağ evlərində istifadə etmək üçün əvəzedilməz bir yenilikdir.

Beləliklə, “BakuBuild” İnşaat sərgisi bu il də öz universallığını qoruyub saxlayacaq – burada hər kəs ona lazım olan məhsulu tapa bildi: sərgini ziyarət edən insanlar burada tikinti işləri üçün, habelə təmir zamanı və təmirdən sonra tələb olunan hər şeyi tapa biləcək, gələcək tərəfdaşlar üçün isə bu sərgidə müvafiq fəaliyyət sahəsində tərəfdaşlığa ehtiyacı olan şirkətlər ilə daha səmərəli şəkildə əməkdaşlıq qurmaq imkanı yaradılacaqdır.




BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CaspianMebelExpo
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  25/11/2020 26/11/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek