Sərgi haqqında
“Xəzər İnşaat Həftəsi” - Xəzər və Qafqaz regionun ən böyük beynəlxalq sərgisi olan BakuBuild sərgisini belə adlandırmaq olar. Sözügedən sərgi sizə yeni tərəfdaşların axtarışında, bazarın analizində, son istehsalçı ilə bir başa ünsiyyət qurmaqda unikal imkanlar yaradan professional bir forumdur.
BakuBuild 2009 dair qısa məlumat
Təsis olma tarixi: 1995
Keçirilmə vaxtı: hər il
Ümumi sahə: 8 887 kv.m.
- Ekspozisiyaların ümumi sahəsi 5 733 kv.m
- Yerli ekspozisiyaların sahəsi (40,7%) 2 334 kv.m
- Xarici ekspozisiyaların sahəsi (59,3%) 3 399 kv.m
İştirakçı şirkətlərin ümumi sayı: 247
- Yerli şirkətlər 90
- Xarici şirkətlər 157
İştirakçı dövlətlərin ümumi sayı: 29
Azərbaycan, Almaniya, Belarus Respublikası, BƏƏ, Böyük Britaniya, Danimarka, Finlandiya, Fransa, Gürcüstan, Hollandiya, İran, İsrail, İsveç, İsveçrə, İtaliya, Çin, Litva, Lüksemburq, Malayziya, Misir, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, Ukrayna, Yunanıstan.
Ziyarətçilər: 10 647
- Unikal ziyarətçilər 7293
- Mütəxəssis ziyarətçilər (73%) 5324
Ziyarətçi coğrafiyası: Azərbaycanın bütün regionları, həmçinin ABŞ, Almaniya, Belçika, Belarus Respublika, Fransa, Gürcüstan, İran, İspaniya, İsveç, İsveçrə, İtaliya, Qazaxıstan, Koreya, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Çexiya, Çin, Yaponiya və s.
BakuBuild 2009 audit
BakuBuild sərgisi «RussCom IT Systems» MMM şirkəti tərəfindən aparılan audit yoxlamadan keçmişdir. Bütün təqdim olunan məlumatlar audit statistik göstəricilər şəhadətnaməsi ilə təsdiq edilmişdir.
RƏYLƏR
«Zəfər Qalası»
Azərbaycan Beynəlxalq İnşaat Sərgisi –binaların layihələndirilməsi, tikintisi və yenidən qurması üzrə ixtisaslaşan inşaat şirkətlərini və tikinti materialların tədarükçüsü və istehsalçılarını bir araya gətirən möhtəşəm bir hadisədir.
Bu gün hətta mütəxəssis üçün inşaat sahəsinin inkişaf templərini yaxından izləmək heç də asan deyil. Lakin tikinti materialların geniş çeşidlərinə baxmayaraq yuxarıda qeyd olunan sərgi sizə düzgün seçim etməyə yardım edir. Bu sərgi inşaat sənayesi ilə maraqlanan hər bir kəs üçün qabaqcıl texnologiyalarla tanış olmaq və düzgün seçim etmək baxımından əla bir fürsətdir.
«Vışka» qəzeti
Bu il BakuBuild sərgisinin müvəffəqiyyətləri təşkilatçılarının gözlədiklərindən artıq oldu. Ümumdünya maliyyə-iqtisadi böhrana baxmayaraq sözügedən sərgi nəinki öz həcmini saxlamışdır, hətta 5%-lıq artım müşahidə olunmuşdur. Bundan əlavə sərgi sahəsinin 100% sərgiyə bir ay qalmış rezerv olunmuşdur. Bu il sərgini 12000 artıq insan ziyarət etmişdir. Bu rəqəm rekord göstəricidir. Sevindirici fakt həmdə o idi ki, sərgi zamanı çoxlu sayda müqavilələr imzalanmışdır.
«Azerbaycanskiye izvestiya» qəzeti
Ölkənin inşaat sektorunun tədrici dirçəlməsinin dolayı sübutu BakuBuild 2009 sərgisinin iştirakçı sayının artmasıdır. İnşaat sərgisi-ən çox ziyarət olunan forumlardan biridir.
İQTİSADİ GÖSTƏRİCİLƏR
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2009-cu ilin yanvar-oktyabr aylarında ümumi daxili məhsul (ÜMD) 2008-ci ilin müvafiq dövrünə nisbətən 8,3% artmışdır və cari hesabda 33,25 mlrd. dollar təşkil etməkdədir və bunun 8,2% inşaat sektorunun payına düşür.
2009-cu ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən Azərbaycan iqtisadiyyatının inkişafı üçün 6,5 mlrd. dollar vəsait ayrılmışdır. Xarici investisiyaların həcmi 1,02 mlrd. (17,9%) dollar təşkil etməkdədir.
2009-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanın 132 xarici dövlətlərlə ticarət dövriyyəsi 16517,61 mln. dollar olmuşdur. Bunlardan 11560,98 mln. dollar ixracın, 4956,63 mln. dollar ixracın paylarına düşmüşdür.
İNŞAAT KOMPLEKSİ
Bu il tikinti təmir işlərinə 4651,5 mln. dollar sərf edilmişdir. İstehsal təyinatlı obyektlərin tikintisinə 4940,5 mln. dollar, qeyri istehsal obyektlərin tikintisinə isə 1558,75 mln. dollar sərmayə qoyulmuşdur. Dövlət büdcəsindən maliyyələşən tikililər üçün 5897,5 mln. dollar nəzərdə tutulur.
Yanvar-sentyabr aylarında Azərbaycanda tikinti şirkətləri tərəfindən 2,758 mlrd. dollar həcmində işlər görülmüşdür. Görülmüş işlərin ümumi həcmindən 1857,38 mln. dollar (67,3%) yenidən qurma və genişləndirmə işlərinə, 570,5 mln. dollar (20,7%) əsaslı təmir işlərinə, 131,37 mln. dollar (4,5%) cari təmir işlərinə və 198,75 mln. dollar digər tikinti işlərinə sərf edilmişdir.
Azərbaycanda “İpək Yolu” və “Şimal-Cənub” layihələr çərçivəsində geniş vüsətlə yol tikintisi görülməkdədir. Ölkənin su təchizatını, kanalizasiya sistemlərinin və elektrik təminatının yaxşılaşdırması məqsədi ilə “Su təchizatı və kanalizasiya sisteminin yaxşılaşması” və “Elektrik təminatın yaxşılaşması” layihələri realizasiya olunmaqdadır. 2010 ilin əvvəllərində 1-ci Bakı dairəvi yolun istismara verilməsi planlaşdırılır. “Şeraton”, “Four Seasons”, “Hilton” 5 ulduzlu mehmanxanaların və Xəzər dənizində yerləşən Zirə adasında ilkin dəyəri 4-4,5 mlrd. dollar olan kurortun tikintisi nəzərdə tutulur.
ƏLAVƏ MƏLUMAT
Brochure_BakuBuild2010.pdf (4014.65 KB)
|