Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Innovasiyalar ərazisi



Hörmətli sərgi ziyarətçiləri!


Beynəlxalq sərgilər təşkilatçısı olan Iteca Caspian şirkəti sərgilər çərçivəsində Innovasiyalar Ərazisi adlı yeni proqramın keçiriləcəyini elan edir. Sərgi çərçivəsində ilk dəfə öz yeni və orijinal məhsullarını, texnologiyalarını və xidmətlərini nümayiş etdirilən şirkət və ya rəsmi distributorlar bu proqramın iştirakçıları olacaqlar. Innovasiyalar Ərazisi proqramının həyata keçirilməsi barədə qərar onunla bağlıdır ki, keçirilmiş araşdırmalara əsasən, sərgi ziyarətçilərinin yeni məhsul və texnologiyalara olan marağı, iştirakçı şirkətlərin təklif etdikləri yeniliklərdən xeyli çoxdur. Sərgilərdə nümayiş etdirilən yeniliklərin dərhal istehlakçıya çatdırılması üçün, Innovasiyalar Ərazisi proqramında iştirak edən şirkətlərin stendlərinə xüsusi nişan qoyulacaqdır. Bu nişan yenilikləri təqdim edən şirkətlərin yanında qoyulmuş sərgi planlarında da əks etdiriləcəkdir.

Bundan əlavə, sərgilərin keçirildiyi ərazilərdə iştirakçılar və ziyarətçilər arasında Innovasiyalar Ərazisi proqramının kataloqları da paylanılacaqdır. Bu kataloqlara sərgilərdə təqdim edilmiş yeni məhsul və avadanlıqlar, və ya 2010-2011-ci illərdə işlənib hazırlanaraq istehlakçıların mühakiməsinə təqdim olunan yeni xidmət və texnologiyalara dair məlumatlar daxil ediləcəkdir.

İnternet istifadəçiləri isə yeniliklər üzrə ekspozisiyalara dair məlumatları sərgilərin rəsmi internet saytlarından əldə edə biləcəklər. Bu internet saytlarında Innovasiyalar Ərazisi proqramının kataloqlarının elektron variantları da yerləşdiriləcəkdir.

Təşkilatçılar ümid edirlər ki, bu proqram sərgi iştirakçılarının diqqətini daha çox orijinal məhsullara yönəltməyə yardım göstərəcək və yeni məhsul, xidmət və texnologiyaların yerli bazarda təşviq edilməsinə dəstək olacaqdır.





BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CaspianMebelExpo
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  05/03/2021 06/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild Azerbaijan is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek