Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия











BakuBuild 2011 Newspaper

“BakuBuild” sərgisi ilə birlikdə tikirik!

22 oktyabr tarixində “Bakı Ekspo” mərkəzində Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun Azərbaycandakı tərəfdaşı “Iteca Caspian Llc” şirkəti tərəfindən təşkil edilmiş 17-ci Azərbaycan beynəlxalq “İnşaat” (“BakuBuild 2011”) sərgisinin sonuna çatıb. Dünyanın 26 ölkəsindən 317 iştirakçı şirkəti bir araya gətirən və bütün Qafqazın və Xəzəryanı regionun inşaat sektorunda ən böyük hadisəyə çevrilmiş bu tədbirin əsas nəticələrinə nəzər salaq...

“BakuBuild-2011” sərgisinin keçirilməsinin vacibliyi və aktuallığı Azərbaycan Respublikasında bütün iqtisadiyyatın sabit inkişafı ilə şərtləndirilir. Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Vitse-prezidenti Rüfət Məmmədov bunu xüsusi olaraq vurğuladı. Azərbaycan Respublikası Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev isə sərgi meydançası çərçivəsində ümumilikdə bütün inşaat sənayesinin inkişafı üçün səciyyəvi olan bir çox məsələlərin həllini ehtiva edən dörd istiqamətin birləşdirilməsinin məqsədəuyğun olduğunu qeyd etdi.

“BakuBuild-2011” sərgisinin rəmziliyi onun ölkə müstəqilliyinin 20 illik yubileyi ərəfəsində keçirilməsi oldu. Öz çıxışında bunu xüsusi olaraq vurğulayan “ITE Group plc” şirkətinin icraçı direktoru cənab Edvard Stroon ölkə müstəqilliyinin yubileyi münasibətilə bütün Azərbaycan xalqını təbrik etdi.

“BakuBuild” sərgisinin iştirak ərazi baxımından ildən-ilə genişlənməsi onu göstərir ki, respublikanın qeyri-neft sahəsində ən böyük tədbirə çevrilmiş bu forumda şirkətlərin öz məhsul və xidmətlərini nümayiş etdirmək arzusu artmışdır. Ziyarətçilərin qeydiyyatı üzrə statistik məlumatlara əsasən, onların əksəriyyətini inşaat materiallarını istehsal edən tikinti şirkətləri və müəssisələrinin direktorları, qeyri-neft sektorunda fəaliyyət göstərən xarici şirkətlərin rəhbər işçiləri və nümayəndələri, habelə tikinti materialları və avadanlıqlarının distribütorları təşkil edir. Sevindirici haldır ki, “BakuBuild” sərgisinə dəfələrlə ziyarətçi qismində gələn yerli şirkətlər bu gün artıq sərgidə öz stendləri ilə iştirak etməyə başlayıblar.

Xatırladaq ki, bu il sərgidə 20 faiz artım müşahidə olunur ki, bu da onun birdən-birə artmış potensialından xəbər verir.

Bu il “BakuBuild” sərgisində tutulan ekspozisiya sahələr öz genişliyi ilə heyrət doğurur. “Bakı Ekspo” mərkəzinin hər üç pavilyonunda təşkil olunmuş bu sərgi tikinti materialları, sanitariya texnikası, bəzək-naxış (üzlük) materialları və bir çox başqa məhsulların zəngin ekspozisiyalarını təqdim etdi. Xarici meydançalar aparıcı dünya istehsalçılarının inşaat nəhəngləri tərəfindən tutulub. İştirakçı şirkətlərin stendləri, əgər belə demək mümkünsə, ziyarətçilər ilə fəal iş aparıldığı yerli biznes mərkəzlərinə çevrilib - burada eksklüziv texnologiyaların üstünlükləri, innovasiyalı nailiyyətlər nümayiş etdirilir, təklif olunan material və texnikaların innovasiya mahiyyəti təfərrüatı ilə izah olunur. Azərbaycan, Çin, Koreya, Polşa, BƏƏ, Rusiya, ABŞ və digər ölkələrin qabaqcıl şirkətləri əla təchiz edilmiş stendlərin tribunalarından öz nailiyyətlərini bir daha bəyan etmiş oldular. “BakuBuild 2011” sərgisində fərdi stendlər ilə yanaşı Almaniya, İtaliya, Finlandiya, İran və Portuqaliyanın 5 kollektiv ekspozisiyası da təqdim edilmişdir. Ekspozisiya rəhbərləri bizim internet səhifəmizə verdikləri eksklüziv müsahibələrdə geniş informasiya mübadiləsini və Azərbaycana investisiya axınını təmin edən belə beynəlxalq forumların keçirilməsinin vacibliyini müsbət qiymətləndirdilər.

Sərgi minlərlə ziyarətçiyə şəhərsalma tendensiyaları ilə bağlı müasir və gələcək layihələr ilə yaxından tanış olmaq üçün imkanı yaratdı; sənaye peşəkarları isə unikal texnologiyalar haqqında öz biliklərini daha da artıraraq, tikinti materiallarının istehsalı, tətbiqi və istismarı sahəsində yeni həll variantları ilə tanış oldular. Geniş pavilyonlarda sərginin geniş miqyasını və universallığını layiqincə qiymətləndirmiş inşaatçılar, dizaynerlər, istehsalatçılar və sahibkarlar arasında bir çox işgüzar görüşlər keçirildi.

“BakuBuild 2011” sərgisinin universallığını onun müsbət nailiyyəti kimi qiymətləndirmək lazımdır: ziyarətçilər burada mütəxəssislərin dəyərli məsləhətləri də daxil olmaqla tikinti və təmir üçün onlara lazım olanı əldə etdilər, sahibkarlar üçün isə sərgi qonşu sahələrdə tərəfdaşlığa ehtiyac duyan şirkətlərin effektiv əməkdaşlığı üçün şərait yaratdı. Bundan əlavə, bir çox sərgi eksponatları, necə deyərlər, birinci əldən alınırdı, məsələn, biznesmenlər yol tikintisi üçün və xüsusi təyinatlı texnikaları birbaşa stendlərdən əldə edirdilər. “BakuBuild” sərgisinin hər il keçirilməsi onu göstərir ki, ziyarətçilər diqqətlə araşdırdıqları zəngin ekspozisiyalara daim yüksək maraq göstərirlər, “İnnovasiyalar ərazisi” isə seriyalı istehsala layiq olan və ilk dəfə nümayiş etdirilən orijinal eksponatları təqdim edirdi.

Müsbət haldır ki, bir qayda olaraq stendlərdə eksponent müəssisənin aparıcı mütəxəssisləri də iştirak edirlər və buna görə də, onların rəyi və savadlı məsləhətləri stendlərə maraq göstərən insanlar üçün faydalı olur. Seminarlar, təqdimat mərasimləri və ustad dərslərinin (“master-klasslar”) daxil olduğu zəngin işgüzar proqram da bir çoxlarının diqqətini cəlb etdi.

“BakuBuild 2011” sərgisi ilə paralel olaraq “Caspian MebelExpo 2011, “Aqua-Therm Baku” və “CIPS” sərgiləri də keçirildi. Beləliklə, regionun əsas inşaat forumu mebel sənayesinin inkişaf tendensiyaları, sanitariya texnikası sənayesi və hidrosfer sahəsində innovasiyalar ilə yüksək intellektual mühafizə vasitələrinin istehsalı sektorunda mövcud olan ən yeni ixtiralardan ibarət ekspozisiyaları uğurla bir araya gətirmiş oldu.

Beləliklə, bu beynəlxalq tədbir dolğun işgüzar xarakteri, səmərəli profil seçimi, peşəkar informativliyi, müsbət sahibkarlıq fəaliyyəti və bütün təşkilati məsələlərin dəqiq yerinə yetirilməsi sayəsində uğurlu oldu.

Sərgi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirildi.








BİZƏ QOŞULUN!
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CaspianMebelExpo
CIPS2011
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  25/11/2020 26/11/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek