Sərgi haqqında
“Xəzər İnşaat Həftəsi” - Xəzər və Qafqaz regionun ən böyük beynəlxalq sərgisi olan BakuBuild sərgisini belə adlandırmaq olar. Sözügedən sərgi sizə yeni tərəfdaşların axtarışında, bazarın analizində, son istehsalçı ilə bir başa ünsiyyət qurmaqda unikal imkanlar yaradan professional bir forumdur.
BakuBuild 2010 dair qısa məlumat
- Təsis olma tarixi: 1995
- Keçirilmə vaxtı: hər il
Ümumi sahə: 10 992 kv.m.
- Ekspozisiyaların ümumi sahəsi 5 668 kv.m
- Yerli ekspozisiyaların sahəsi (55%) 3 121 kv.m
- Xarici ekspozisiyaların sahəsi (45%) 2 547 kv.m
İştirakçı şirkətlərin ümumi sayı: 285
- Yerli şirkətlər 114
- Xarici şirkətlər 171
İştirakçı dövlətlərin ümumi sayı: 26
Azərbaycan, Almaniya, ABŞ, Belarus Respublikası, BƏƏ, Böyük Britaniya, Danimarka, Finlandiya, Gürcüstan, İran, İspaniya, İsveçrə, İtaliya, Cənubi Koreya, Çin, Latviya, Litva, Malayziya, Misir, Oman, Polşa, Portuqaliya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan.
İQTİSADİ GÖSTƏRİCİLƏR
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2010-cu ilin yanvar-avqust aylarında ümumi daxili məhsul (ÜMD) 2009-cu ilin müvafiq dövrünə nisbətən 3,8% artmışdır və cari hesabda 32,75 mlrd. dollar təşkil etməkdədir və bunun 6,8% (2,25 mlrd. dollar) inşaat sektorunun payına düşür.
2010-cu ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən Azərbaycan iqtisadiyyatının inkişafı üçün 6,5 mlrd. dollar vəsait ayrılmışdır (2010-cu ilin müvafiq dövrünə nisbətən 11,3% artmışdır).
|