Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия








Bütün video xəbərlər ...



BakuBuild 2012 DailyNews 1 BakuBuild 2012 DailyNews 2

“Xəzər İnşaat Həftəsi” – birlikdə tikirik!

Foto-reliz

“BakuBuild-2012” 18-ci Azərbaycan beynəlxalq “İnşaat” sərgisi və onunla paralel keçirilən “Aqua-Therm Baku -2012” 4-cü Beynəlxalq “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, Su təchizatı, Santexnika, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzları və Bərpa olunan enerji” və “CIPS Caspian” 5-ci Yubiley Xəzər beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” sərgilərinin başlanması ilə Azərbaycanda “Xəzər İnşaat Həftəsi” start götürdü.

İlk dəfədir ki, “Bakı Ekspo” mərkəzində bütün sərgi sahəsini və mərkəzin xarici meydançasını tutan genişmiqyaslı ekspozisiya təşkil edilib. İqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən birini təmsil edən nümayəndələr öz imkanlarını, ən yeni ixtiralarını və istehsal texnologiyalarını, habelə məhsul və xidmətlərini nümayiş etdirmək üçün regionda ən böyük inşaat forumunun təmin etdiyi imkandan məharətlə yararlanırlar. Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəisi Cahangir Qocayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev, “ITE Group Plc” şirkətinin regional direktoru cənab Edvard Stroon, eləcə də diplomatik korpusları təmsil edən şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

“Azərbaycan öz müstəqilliyini əldə edəndən bu günə kimi, tikinti sektoru bütün illər ərzində ölkə iqtisadiyyatının ən sabit və dinamik inkişaf edən sahələrindən biri olaraq qalmaqda davam edir. “BakuBuild” sərgisi də bunu əyani şəkildə əks etdirir. Sözügedən sərgi təkcə ən yeni texnologiyaların ölkəyə cəlb edilməsi deyil, həm də Azərbaycanın biznes baxımından cəlbedici imicinin yaradılmasında da mühüm rol oynayır. “BakuBuild” sərgisində iştirak edən şirkətlərin sayı ildən-ilə artır və onlar sonradan Azərbaycan haqqında müsbət informasiyanın özünəməxsus yayıcıları və təbliğatçılarına çevrilirlər”, deyə öz çıxışında Cahangir Qocayev qeyd etdi.

Konfederasiyanın baş katibi həmçinin xüsusi olaraq vurğuladı ki: “Mən ixtisaslaşdırılmış sərgilərin mühüm rolunu ayrıca qeyd etmək istərdim, belə ki, bu sərgilər vasitəsi ilə bizim iş adamları inşaat sahəsinin ən son nailiyyətləri və yenilikləri ilə yaxından tanış olmaqla yanaşı, həm də yeni əlaqələr quraraq istehlakçılara öz fəaliyyətləri, malları və xidmətləri barədə geniş məlumat verə bilirlər. Son illər ərzində bu sərgi kompleksində Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının artım və inkişafını əks etdirən çoxsaylı və müxtəlif sərgilər keçirilmişdir və mən məmnunluq hissi ilə qeyd edə bilərəm ki, hazırkı inşaat sərgisi keçirilən sərgilər arasında ən böyüyüdür”. “ITE Group Plc” şirkətinin regional direktoru cənab Edvard Stroon isə xüsusi fəxrlə qeyd etdi ki: “Hazırkı “BakuBuild” sərgisi bu günə qədər Azərbaycanda keçirilən sərgilər arasında ən genişmiqyaslı sərgiyə çevrilərək “Bakı Ekspo” mərkəzinin bütün ərazisini, o cümlədən xarici meydançasını tutur. “BakuBuild-2012” sərgisində dünyanın 31 ölkəsindən 455 şirkət iştirak edir. Sərgi iştirakçılarının 60%-i daimi eksponentlər, 35%-i yerli iştirakçılar, 30%-i isə debütantlardır. Qeyd etmək lazımdır ki, sərgidə iri milli qrupların iştirakı Azərbaycanın cəlbedici bazar olduğunu əyani şəkildə nümayiş etdirir”. Sonda cənab Edvard Stroon hamını qarşıdan gələn Milli Müstəqillik Günü münasibət ilə təbrik etdi və sərgidə məhsuldar iş arzuladı.

Daha sonra sərgi üzrə “VIP”-tur keçirildi. Tədbir iştirakçıları bir sıra iri xarici şirkətlərin və milli qrupların stendlərinə baş çəkdilər, istehsal yenilikləri ilə tanış oldular və Azərbaycan ilə əməkdaşlığın inkişafı perspektivlərini müzakirə etdilər.

“BakuBuild” sərgisi regionda ən iri ixtisaslaşmış tədbir kimi öz liderliyini qoruyub saxlayaraq, sərgi sahəsini yenidən genişləndirdi və eksponentlərin sayını artırdı. Bu il sərgidə dünyanın 31 ölkəsindən 455 şirkət iştirak edir. Sərgi iştirakçılarının 60%-i daimi eksponentlərdir və onlar öz məhsullarının təşviqi üçün sərgidən uzun illərdir ki, səmərəli meydança kimi istifadə edirlər. Sərginin daimi iştirakçıları arasında Finlandiya, Almaniya, İtaliya, İran, İspaniya və Portuqaliyanın milli qrupları var. Sərgidə ən böyük sahələri əvvəlcədən sifariş etmiş türk istehsalçıları əvvəlki kimi Azərbaycan bazarına böyük maraq göstərirlər. Həmçinin, Çin şirkətləri tərəfindən tutulan meydançaların sayı da artmışdır.

Sərgidə dünyanın aparıcı məhsul və xidmət istehsalçıları, habelə yerli istehsalçılar tikinti materiallarının ən müxtəlif və rəngarəng çeşidini, o cümlədən liftlər, eskalatorlar, inşaat alətləri, təhlükəsizlik vasitələri, inşaat texnikası, bəzək-naxış və üzlük materialları, santexnika, döşəmə örtükləri, dam, üzlük materialları, yol-tikinti texnikası, landşaft dizaynı və s. təqdim edirlər. Bu il sərgidə Türkiyənin kurort regionlarında daşınmaz əmlak haqqında təkliflərin təqdim edildiyi “Daşınmaz əmlak” adlı yeni sektor fəaliyyət göstərir. Burada ziyarətçilər müasir inşaat texnikalarının üstünlüklərini əyani şəkildə qiymətləndirə, peşəkarlar isə özünəməxsus “test-drayv”lar keçirə bilərlər.

Öz miqyasına görə ikinci böyük tədbir - “Aqua-Therm Baku” sərgisi “Bakı Ekspo” mərkəzinin ikinci və dördüncü zallarında yerləşir. Bu il sərginin işində Azərbaycan, İran, İtaliya, Rusiya, Türkiyə, Çindən 78 şirkət, həmçinin Belçika, Finlandiya, İsveç, Yaponiya və digər istehsalçı ölkələrin yerli nümayəndəlikləri iştirak edirlər. Sərgi ekspozisiyasının üçdə birini yerli şirkətlər tutur və onların arasında sərginin daimi iştirakçıları - “Metak”, “Sauna Inshaat”, “Yusiko”, “NJT”, “Euroclima”, “Nenzi-M” və digərlər şirkətlər var. Sərgidə ənənəvi isitmə sistemləri, izolyasiya materialları, saunalar, ventilyatorlar, hava paylayıcı qurğular və digər bu kimi məhsullarla yanaşı, ilk dəfə xüsusi buxarılar, “hava pərdələri”, hovuzlar üçün duzlu suda işləyən avadanlıqlar və s. nümayiş etdirilir. “Ventilyasiya və kondisiyalaşdırma” bölməsində “Carrier” (ABŞ), “Daikin” (Yaponiya), “Systemair” (İsveç), “Hitachi” (Yaponiya), “Sanyo” (Yaponiya) və “Thermona” (Çexiya) kimi dünya brendləri təqdim edilir. İstilik sistemi sahəsində “Robello” və “Immergas” kimi italyan brendləri və digər şirkətlər təqdim olunur.

Regionda təhlükəsizlik üzrə yeganə beynəlxalq ixtisaslaşdırılmış sərgi sayılan 5-ci Yubiley Xəzər beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS”) sərgisi Azərbaycan, Belarus, İtaliya, Rusiya, Türkiyə və başqa ölkələrdən aparıcı şirkətləri təqdim edir. Sərgi ekspozisiyasını mühafizə televiziyası (CCTV), girişə nəzarət, qəza və xilasetmə texnikası, turniketlər, dayanacaq sistemləri, sürətli günbəz kameraları, kameralar üçün optika və əhalinin təhlükəsizliyin təmin olunmasında geniş surətdə tətbiq edilən digər İKT texnologiyaları, yanğınsöndürmə və mühafizə siqnalizasiyaları, tüstü datçikləri və yanğına qarşı xüsusi təyinatlı avadanlıqlar sahəsində ən son nailiyyətlər və layihə həlləri təşkil edir. Rusiyadan olan şirkətlər isə “Qaz”, “ZİL”, “Ural” və “Kamaz” şassiləri əsasında yanğınsöndürmə maşınlarının geniş çeşidi və yanğınsöndürmə avtosisternlərini nümayiş etdirirlər.

Eksponentlərin stendləri kreativ dizayn, habelə mal və xidmətlərin geniş çeşidi ilə fərqlənir. Artıq ilk gündən şirkətlərin stendlərində fəal iş aparılır, yeniliklər və təqdim edilən malların üstünlükləri nümayiş etdirilir, ustad dərsləri (“master-klass”) keçirilirdi. Sərgilərin işgüzar proqramının ilk tədbiri - “Azərbaycanın yeni şəhərsalma və inşaat məcəlləsi: praktiki tətbiq məsələləri” adlı seminar keçirildi.

“BakuBuild” sərgisinə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstək verilir. Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun tərəfdaşı - “Iteca Caspian LLC” şirkəti “BakuBuild” sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Sərginin belə uğur qazanması “ITE Group plc” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən bütün tərəfdaşlar şəbəkəsinin birgə əməyinin nəticəsidir. Onların arasında “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ), “International Show srl.” (İtaliya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) kimi şirkətlər var. Artıq altı ildir ki, “BakuBuild” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (“UFI”) keyfiyyət nişanını daşıyır. Bu il sərginin sponsoru “Holcim Azerbaijan” şirkətidir.

Sabah sərgi öz işini davam etdirəcək.




BİZƏ QOŞULUN!
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
SPONSORLAR
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  17/02/2018 18/02/2018
USD 1.7001 1.7001
EUR 2.1335 2.1335
GBP 2.4037 2.4037
RUR 0.0302 0.0302
HAVA



BakuBuild is Copyright © 2000-2018 Bütün hüquqlar qorunur. Hosted by VebTek