Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sərgi haqqında

“BakuBuild” sərgisi Azərbaycanda inşaat biznesi üçün meydançadır!

MDB və Şərqi Avropanın ən böyük inşaat tədbiri olan “BakuBuild” sərgisi 17 ildir ki həm Azərbaycanın, həm də bütün Xəzəryanı regionun aparıcı inşaat forumu kimi öz mövqeyini qoruyub saxlayır. Bu sərgiyə olan marağın səbəbi isə onunla izah olunur ki, iştirakçı şirkətlər məhz burada tərəfdaşlar və potensial müştərilərlə ünsiyyət saxlayaraq öz məhsul və xidmətlərini hər il bu tədbiri ziyarət edən 10.000-dən çox mütəxəssisə nümayiş etdirmək və təşviqat kampaniyasını həyata keçirmək imkanı qazanırlar. “BakuBuild” sərgisi bazarın öyrənilməsi, biznesin inkişaf etdirilməsi, distribütorların müəyyənləşdirilməsi və regionda mövqelərin möhkəmləndirilməsi üçün ən yaxşı meydançadır.

Artıq beş ildir ki, “BakuBuild” sərgisi “UFI” Ümumdünya Sərgi
Sənayesi Assosiasiyasının keyfiyyət nişanını daşıyır. “UFI tərəfindən təsdiq olunub” keyfiyyət nişanı tədbirin yüksək təşkilatçılıq səviyyəsindən xəbər verməklə yanaşı, sərgi ilə bağlı statistik məlumatların dürüstlüyünü bir daha təsdiqləyir.


“BakuBuild-2011” sərgisi üzrə faktları və rəqəmlər

Təsis edildiyi tarix: 1995-ci il

Dövrilik: İldə bir dəfə

Ümumi sahəsi: 9.155 kv.m.

  • Ekspozisiyaların sahəsi

5.086 kv.m.

  • Yerli ekspozisiyanın sahəsi (51%)

2.596,5 kv.m.

  • Xarici ekspozisiyanın sahəsi (49%)

2.489,5 kv.m.

İştirakçılarının sayı: 317

  • Yerli iştirakçılar

125

  • Xarici iştirakçılar

120

İştirakçı ölkələrin sayı: 26

O cümlədən Azərbaycan, Almaniya, İsveç, Avstriya, Yunanıstan, İran, İspaniya, İtaliya, Çin, Portuqaliya, BƏƏ, Küveyt, Polşa, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Finlandiya, Cənubi Koreya, Qazaxıstan, Belarus və s.

Almaniya, İtaliya, İran, Portuqaliya və Finlandiyanın milli pavilyonları.

İştirakçı şirkətlərin 79%-i işgüzar əlaqələr qurmağa müvəffəq olub.

İştirakçıların 16%-i “BakuBuild-2011” sərgisində yeni müqavilələr imzalayıb.

İştirakçıların 76%-i sərginin nəticələri əsasında müqavilələrin imzalanmasını gözləyir.

İştirakçıların 65%-i sərginin təşkilini yüksək qiymətləndirmiş və “BakuBuild-2011” sərgisində mal və xidmətlərin nümayişi üçün yaradılmış şəraitdən tam razı olduqlarını bildirmişlər.

Ziyarətçilər: 8.366

Ziyarətçilərin coğrafiyası:

Ölkələrin sayı: 35

O cümlədən Azərbaycan, Əfqanıstan, Avstriya, Danimarka, Misir, Almaniya, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Koreya, Latviya, Moldova, BƏƏ, Polşa, Belarus Respublikası, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya, İsveç və s.


RƏYLƏR

“ - Biz “BakuBuild” sərgisində ilk dəfə hələ 2005-ci ildə iştirak etmişdik. Başqa sözlə desək, biz artıq altıncı dəfədir ki bu tədbirə qatılırıq. Bu isə o deməkdir ki, sözügedən sərgi Azərbaycanın inşaat bazarına daxil olmağımıza kömək etmişdir. Hazırda biz bir çox yerli şirkətlə yaxşı əlaqələr qura bilmişik və onlar innovasiyalı texnologiyalar əsasında istehsal olunan məhsulların yüksək keyfiyyətinə görə bizimlə əməkdaşlıq edirlər”.

Atilla Gürses,
“Onduline Avrasiya İnşaat” şirkətinin
Texniki koordinatoru (Türkiyə)

“ - Keçən il keçirilən sərgidə qurduğumuz uğurlu əlaqələr sayəsində (ötən il) əldə etdiyimiz böyük satış həcmləri onu göstərdi ki, Azərbaycan istehlakçılarının bizim məhsullara böyük marağı var və biz yenidən “BakuBuild-2011” sərgisində iştirak etməyi qərara aldıq. Biz bunu gələcəkdə də davam etdirmək niyyətindəyik. Azərbaycanda bazar çox böyükdür və burada bizim texnikanı sevirlər. Qeyd etmək lazımdır ki, inşaat işlərinin miqyasına görə Azərbaycan və Rusiya bütün MDB ölkələri arasında xüsusi ilə fərqlənirlər”.

Aleksandr Qritsov,
“Liebherr-Werk Ehingen GmbH” (Almaniya) şirkətinin
Regional ticarət meneceri

“- Yəqin mənimlə razılaşarsınız ki, Azərbaycan bazarında 15 il intensiv fəaliyyət göstərmək az nailiyyət deyil! Biz “Knauf” və “Onduline” şirkətlərinin inşaat materiallarının satışı ilə məşğul oluruq və bu sərgidə həmin materiallar iki stenddə nümayiş olunur. Biz “İnşaat” (“BakuBuild”) sərgilərində artıq 10 dəfə iştirak etmişik və qeyd etmək istərdim ki, bu sərgilər bizim şirkətin inkişafı və satış həcmlərinin artması baxımından xeyli faydalıdır”.

İlham Alməmmədov,
“Behrud İnşaat” şirkətinin Baş direktoru (Azərbaycan)

“- Bakıda 2010-cu ilin əvvəlində təsis edilmiş “SW Fibrobeton” zavodu fibro-beton istehsalı sahəsində ixtisaslaşır. Biz hesab edirik ki, “Iteca Caspian” şirkəti inşaat sənayesində qabaqcıl texnologiyaların tətbiqinə kömək edən “BakuBuild” sərgisini təşkil etməklə ümumilikdə bütün Azərbaycan üçün faydalı iş həyata keçirir”.

Çingiz Manafov,
“SW Fibrobeton” zavodunun rəhbəri (Azərbaycan)


İQTİSADİ GÖSTƏRİCİLƏR

Azərbaycan etibarlı tərəfdaşdır!

Son illərdə Azərbaycan Respublikası MDB ölkələri arasında iqtisadi artım tempinə görə liderdir. Hazırda Cənubi Qafqazın real iqtisadiyyatının 80%-i məhz Azərbaycanın payına düşür. Biznes üçün yaradılmış şərait ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasına kömək etmiş və son 15 il ərzində investisiya həcmi 100 milyard dollar təşkil etmişdir ki, bunun da yarısı xarici investisiyaların payına düşür (öz növbəsində bu investisiyaların 60%-i qeyri-neft sektorunun payına düşür). Birbaşa xarici investisiyaların 28%-ni ölkənin inşaat sektoruna qoyulan sərmayələr təşkil etmişdir.

2004 -2010-cu illərdə Azərbaycanda ÜDM üç dəfə artmışdır. Qeyd olunan müddət ərzində ölkənin qeyri-neft sektoru iki dəfə, neft sektoru 4.8 dəfə, dövlət büdcəsinin gəlirləri 9.3 dəfə, xərcləri isə 9.5 dəfə və nəhayət ölkənin strateji valyuta ehtiyatları 18.2 dəfə artmışdır.

Respublikada yoxsulluğun səviyyəsi 4.9 dəfə azalmışdır ki, bu da iqtisadiyyatın keçid mərhələsini yaşayan dünya dövlətləri arasında ən parlaq yenidənqurma nümunələrindən biridir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2011-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM 2010-cu ilin müvafiq dövrü üzrə analoji göstəricilərlə müqayisədə 0.5 faiz artaraq (hazırkı qiymətlərlə ifadə edildikdə) 43.8 milyard dollar təşkil etmişdir. Ümumilikdə isə 2009-2011-ci illərdə iqtisadi artım 5% təşkil etmişdir.

Ölkənin xarici ticarət dövriyyəsində ixrac və idxal əməliyyatlarının artımı müşahidə olunur. 2011-ci ilin yanvar-sentyabr aylarında dünyanın 148 ölkəsi ilə xarici ticarət dövriyyəsi 26.615 milyard dollar təşkil edirdi (bu isə əvvəlki ilin yanvar-sentyabr ayları üzrə göstəricilərindən 31.67 faiz çoxdur). 2010-cu ilin analoji müddəti ilə müqayisədə yanvar-sentyabr aylarında ixracın həcmi 26.03 faiz artaraq 19.75 milyard dollar, idxal əməliyyatlarının həcmi isə 51.12 faiz artmaqla 6.87 milyard dollar təşkil etmişdir.

2011-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafına 7.960.290 milyon dollar həcmində sərmayə qoyulmuşdur. Bu isə əvvəlki ilin analoji müddəti üzrə müvafiq göstəricilərdən 21.9 faiz çox idi. Məsələn, 2011-ci ilin sentyabr ayında Azərbaycan iqtisadiyyatına 1 493,43 milyon dollar həcmində sərmayə qoyulmuşdur və bu, 2010-cu ilin sentyabr ayı ərzində əsas kapitala qoyulan sərmayədən 25.4 faiz çoxdur. Ümumilikdə isə büdcə xərcləri ÜDM-nin 37%-ni təşkil edir ki, bu da “Böyük İyirmilik” ölkələrinin iqtisadi səviyyəsinə uyğundur.


İNŞAAT KOMPLEKSİ

Son 10 il ərzində inşaat sektorunda yüksək inkişaf templəri müşahidə olunur. Belə ki, 2011-ci ildə ölkənin inşaat sektoru 20.3 faiz, son 10 il ərzində isə 7.5 dəfə artmışdır. İnşaat sektorunda fəaliyyət göstərən şirkətlərin sayı 1.500-dən çoxdur.

2011-ci ildə 1.351.200 kv.m. yaşayış sahəsi təhvil verilmişdir ki, bu da 2010-cu ilin yanvar-sentyabr ayları üzrə göstəricidən (1.075.200 kv.m.) 25.67 faiz çoxdur.

2011-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 1.5 milyard dolar dəyərində inşaat işləri həyata keçirilmişdir. Həmçinin, dövlət şirkətləri tərəfindən həyata keçirilən tikinti işlərinin həcmi ümumi həcmin 26.5 faizini, özəl şirkətlər tərəfindən həyata keçirilən inşaat işlərinin həcmi isə 73.5 faizini təşkil etmişdir. İnşaat işlərinin ümumi həcminin 75.7 faizi ilkin inşaat, yenidənqurma və genişləndirmənin, 16.6 faizi əsaslı təmirin, 3.1 faizi cari təmirin, 4.6 faizi isə digər inşaat işlərinin payına düşmüşdür.

Azərbaycanda “İpək yolu” və “Şimal-Cənub” layihələri çərçivəsində fəal yol-tikinti işləri həyata keçirilir. Eyni zamanda, Bakı dairəvi yolunun açılması da planlaşdırılır (bu layihənin dəyəri 49.5 milyon dolar təşkil edir və 4 yol qovşağı, habelə 6 yol ötürücüsünü ehtiva edir).

Həmçinin, “Su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması” və “Elektrik təchizatının yaxşılaşdırılması” layihələri həyata keçirilir, paytaxt şəhərin ətraf qəsəbələrində yaşayış massivləri inşa edilir və bununla da Bakı şəhərinin hüdudları genişləndirilir.

Bakıda 221 hektar sahədə müxtəlif memarlıq üslubuna malik (50.000 sakin üçün) 10 məhəlləni, ümumi sahəsi 4 milyon kv.m-dən çox olan inşaat işlərini, 20.000 yaşayış və kommersiya obyektini, 40.000 dayanacaq yerini və 39 ha landşaftı ehtiva edəcək “Baku White City” (“Bakı Ağ Şəhər”) layihəsi çərçivəsində Qara Şəhərin yenidən qurulması və inşasına başladılmışdır.

Binə qəsəbəsində 300 ha sahədə yerləşəcək 200 milyon dollar smeta dəyərinə malik “Dream Island” kompleksinin, Bakının cənub-qərbinin 23 kilometrliyində - Xəzər dənizində isə 1 milyon nəfər əhali üçün nəzərdə tutulan, dünyanın ən hündür binasına malik olan və smeta dəyəri təxminən 125 milyard dollar təşkil edən “Xəzər adaları” adlı nadir şəhər layihəsinin inşası planlaşdırılır.

Azərbaycan paytaxtında smeta dəyəri 1 milyard dollar olan yeni stadionun inşasına başladılmışdır.

Azərbaycanda yeni beynəlxalq dəniz limanı kompleksinin inşasına 2012-2015-ci illərdə başlamaq planlaşdırılır. Ələt qəsəbəsində sahil boyu 80 km uzunluğunda yeni liman kompleksinin inşası isə təqribən 400 milyon dollara başa gələcəkdir.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının dəyəri 101 milyon ABŞ dollarından artıq olan yeni terminalının 2011-ci ildə başladılmış inşası artıq 2013-cü ildə tamamlanacaqdır.

Bakı buxtası üzərindən 14 km uzunluğunda körpü inşa etmək planlaşdırılır və bu layihənin dəyəri 1.4 milyard dollar, icra müddəti isə 5 ildir.




BİZƏ QOŞULUN!
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
SPONSORLAR
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  20/04/2021 21/04/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek