Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия










Bütün video xəbərlər ...

BakuBuild 2013 Daily News Day 1 BakuBuild 2013 Daily News Day 2

“XƏZƏR İNŞAAT HƏFTƏSİ”

Foto-reliz

23 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi”nə start verən “BakuBuild 2013” 19-cu Azərbaycan Beynəlxalq “İnşaat” sərgisi, “Aqua-Therm Baku 2013” 5-ci Yubiley Beynəlxalq “İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” sərgisi və “CIPS Caspian 2013” 6-cı Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” sərgisinin açılışı oldu.

Sərginin rəsmi açılış mərasimində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Məhəmmədəli Əfəndiyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və İnformasiya şöbəsinin müdiri Cahangir Qocayev, İtaliyanın Azərbaycandakı səfiri cənab Campaolo Kutilo və “ITE Group plc” şirkətinin direktoru cənab Edvard Stroon iştirak etdilər.

Açılış mərasimində çıxış edən natiqlər Azərbaycanın inşaat sənayesində ölkənin iqtisadi inkişafına və sərmayə axınına müsbət təsir edən irimiqyaslı dəyişikliklərin əhəmiyyətini vurğuladılar. “BakuBuild” ekspozisiyasının hər il artım nümayiş etdirməsi də bunu əyani şəkildə əks etdirir.

“ITE Group plc” şirkətinin direktoru cənab Edvard Stroon sərginin mislsiz artım göstəricilərini qeyd edərək göstərdikləri dəstək üçün Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) təşəkkür etdi. Bu il sərgi meydançası üzrə 20% artım nümayiş etdirən “Xəzər İnşaat Həftəsi” dünyanın 32 ölkəsindən 490 şirkəti bir araya gətirdi.

Öz məhsullarını Xəzər regionunun bazarına çıxarmaq üçün “BakuBuild” sərgisini başlanğıc platforma kimi seçən debütantlar isə ümumilikdə bütün iştirakçıların 50%-ni təşkil edirlər. “BakuBuild 2013” sərgisində sponsorların tərkibi də genişlənib, belə ki, bu il sərginin “Qızıl” sponsoru qismində “Norm” şirkəti çıxış edir. Həmçinin, “Holcim Azerbaijan” və “Emirates Steel” şirkətləri də sərginin sponsorları qismində iştirak edirlər.

Bu il “BakuBuild” sərgisinin vizit kartı öz ölkələrinin ticarət-sənaye palataları və dövlət strukturlarının dəstəyi çərçivəsində iri milli qruplarla iştirak edən şirkətlərdir, belə ki, builki sərgidə Almaniya, Yunanıstan, İtaliya, İran, BƏƏ, Portuqaliya və Finlandiyadan yeddi milli qrup iştirak edəcək. İtaliyanın Breşiya və Milan şəhərləri, eləcə də Novara vilayətinin sahibkarlarından ibarət qrup sayca çoxluq təşkil edir (67 şirkət). “Dubai Exports” təşkilatının kurasiyasında olan BƏƏ milli qrupu sərgidə ilk dəfə iştirak edir. Həmçinin, sərgidə Türkiyə sahibkarlarının kollektiv iştirakı da təşkil olunacaq. Çin şirkətləri isə bu il daha geniş meydançada təqdim olunurlar.

Kompleksin qarşısındakı açıq ekspozisiyada inşaat texnikası üzrə “Akkord”, “Azlift”, “Aztexnika”, “HYDROKON”, “Hyundai”, “Skyjack”, “Dr. Sculze”, “MAN”, “Nowitex”, “JCB”, “Original Motors”, “Prolink Caspian”, “Toyota Material Handling Azerbaijan”, “Volvo”, “Wirtgen” və “Hitachi” kimi aparıcı şirkətlər məşhur hidravlik ekskavatorlardan tutmuş bərk ramalı özüboşaldan yük maşınları və təkərli yükləyicilər, eləcə də işçi avadanlıqlara uyğun modifikasiya olunmuş ekskavatorlara qədər müxtəlif növ texnikanı nümayiş edirlər.

Ənənəvi olaraq, sərgini müşayiət edən işgüzar proqrama təqdimat mərasimləri, seminarlar və ustad dərsləri (“master-klasslar”) daxildir. 24-25 oktyabr tarixində “Dubai Export” şirkətinin təşkilati dəstəyi ilə Dubay və Azərbaycan sahibkarlarının biznes-forumu təşkil olunacaq. 25 oktyabr tarixində isə Xəzər-Avropa İnşaat Klubunun “Regionda inşaat sənayesinin perspektivləri və inkişafı” mövzusunda 3-cü iclası keçiriləcəkdir. Bu tədbir “Iteca Caspian” MMC-nin dəstəyi ilə “Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu” (CEIBC) tərəfindən təşkil olunur.

Sərginin bu cür uğur qazanması “ITE Group plc” şirkətinin xarici şirkətləri Azərbaycan sərgisində iştiraka fəal şəkildə cəlb edən bütün tərəfdaşlar şəbəkəsinin birgə əməyinin nəticəsidir. Bu tərəfdaşlar sırasında “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ), “International Show srl.” (İtaliya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) şirkətləri yer alır. Həmçinin, artıq altı ildir ki, “BakuBuild” sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülür.














BİZƏ QOŞULUN!
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
QIZIL SPONSOR
SPONSORLAR
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  25/11/2020 26/11/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek