Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sərgi haqqında

“BakuBuild” sərgisi Azərbaycanda inşaat biznesi üçün meydançadır!

MDB və Şərqi Avropanın ən böyük inşaat tədbiri olan “BakuBuild” sərgisi 18 ildir ki həm Azərbaycanın, həm də bütün Xəzəryanı regionun aparıcı inşaat forumu kimi öz mövqeyini qoruyub saxlayır. Bu sərgiyə olan marağın səbəbi isə onunla izah olunur ki, iştirakçı şirkətlər məhz burada tərəfdaşlar və potensial müştərilərlə ünsiyyət saxlayaraq öz məhsul və xidmətlərini hər il bu tədbiri ziyarət edən 12 000-dən çox mütəxəssisə nümayiş etdirmək və təşviqat kampaniyasını həyata keçirmək imkanı qazanırlar. “BakuBuild” sərgisi bazarın öyrənilməsi, biznesin inkişaf etdirilməsi, distribütorların müəyyənləşdirilməsi və regionda mövqelərin möhkəmləndirilməsi üçün ən yaxşı meydançadır.

Artıq altı ildir ki, “BakuBuild” sərgisi “UFI” Ümumdünya Sərgi
Sənayesi Assosiasiyasının keyfiyyət nişanını daşıyır. “UFI tərəfindən təsdiq olunub” keyfiyyət nişanı tədbirin yüksək təşkilatçılıq səviyyəsindən xəbər verməklə yanaşı, sərgi ilə bağlı statistik məlumatların dürüstlüyünü bir daha təsdiqləyir.


“BakuBuild-2012” sərgisi üzrə faktları və rəqəmlər

Təsis edildiyi tarix: 1995-ci il

Dövrilik: İldə bir dəfə

Ümumi sahəsi: 14 486 kv.m.

  • Ekspozisiyaların sahəsi

6 368 kv.m.

  • Yerli ekspozisiyanın sahəsi

3 489 kv.m.

  • Xarici ekspozisiyanın sahəsi

2 879 kv.m.

İştirakçılarının sayı: 330

  • Yerli iştirakçılar

114

  • Xarici iştirakçılar
216

İştirakçı ölkələrin sayı: 26

O cümlədən Azərbaycan, Almaniya, İsveç, Avstriya, Belçika, Yunanıstan, Gürcüstan, İran, İspaniya, Hindistan, İtaliya, Çin, Portuqaliya, BƏƏ, Küveyt, Polşa, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Finlandiya, Cənubi Koreya, Qazaxıstan, Kipr, Belarus və Çex Respublikası.

Almaniya, İtaliya, İran, Portuqaliya, Yunanıstan və Finlandiyanın milli pavilyonları.

İştirakçı şirkətlərin 79%-i işgüzar əlaqələr qurmağa müvəffəq olub.

İştirakçıların 16%-i “BakuBuild-2012” sərgisində yeni müqavilələr imzalayıb.

İştirakçıların 82%-i sərginin nəticələri əsasında müqavilələrin imzalanmasını gözləyir.

İştirakçıların 62%-i sərginin təşkilini yüksək qiymətləndirmiş və “BakuBuild-2012” sərgisində mal və xidmətlərin nümayişi üçün yaradılmış şəraitdən tam razı olduqlarını bildirmişlər.

İştirakçıların 73%-i gələcəkdə belə bir tədbirlərdə iştirakını təstigləyib.

İştirakçıların 91%-i BakuBuild sərgisini öz partnyorlarına məsləhət görəcəyini təstiqləyib.

 

Ziyarətçilər: 10 205

Ziyarətçilərin coğrafiyası:

Ölkələrin sayı: 35

O cümlədən Azərbaycan, Avstriya, Danimarka, Almaniya, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Koreya, Latviya, Moldova, BƏƏ, Polşa, Belarus Respublikası, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna, Fransa, Çexiya, İsveç, Finlandiya, Macarıstan, İsrayil, Portuqaliya, ABŞ,Honk Konq, Yunanıstan, Belçika, Bolqarıstan, Serbiya, Rumıniya, Böyük Britaniya.

 

RƏYLƏR

Bizim şirkət müxtəlif inşaat maşınlarının istehsalını həyata keçirməklə yanaşı, inşaat sektoru üzrə aparıcı şirkətlərdən biri sayılır.

Azərbaycanda bizim bir neçə müştərimiz var. Biz sərgidə öz avadanlıqlarımızı təqdim etməklə yeni müqavilələr imzalayacağımıza ümid edirik. Həmçinin, biz hamını öz geniş miqyası və işgüzar abu-havası ilə sevindirən bu sərginin iş günlərində bir sıra maraqlı görüşlər keçirdik və mən ümidvaram ki, bu görüşlər sayəsində biz Azərbaycanda öz müştəri bazamızı genişləndirə biləcəyik.

Ercan Ersoy, “Mustafa Yontar İnşaat Makinaları ve Kalıp San.Tic.A.Ş.” şirkətinin xarici satış üzrə mütəxəssisi

 

Tikinti sektorunda fəaliyyət göstərən “Kem LTD” şirkəti layihə-inşaat xidmətlərinin tam çeşidini təklif edir. Biz “BakuBuild” sərgisində ilk dəfədir ki, iştirak edirik və düşünürük ki, bu sərgini haqlı olaraq inşaat sənayesinin vəziyyəti və inkişafının göstəricisi adlandırmaq olar. “BakuBuild-2012” sərgisi ən yeni texnologiyaları, habelə material və konstruksiyaları inşaat bazarına çıxarmaq üçün əlavə imkan və təcrübə mübadiləsi deməkdir. Bu amillər isə təkcə inşaat sənayesinin inkişafına deyil, həm də iqtisadiyyatın bu sektoruna sərmayələrin cəlb edilməsinə, Azərbaycanın və xarici ölkələrin şirkətləri arasında işgüzar əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Kamil Qədirov,
Kem LTD” şirkətinin direktoru

 

Bizim şirkət 1949-cu ildən etibarən santexnika avadanlıqları istehsal edir və dəsmallar üçün qızdırılan latun asılqanların istehsalı sahəsində böyük təcrübəyə malikdir. “Margaroli” şirkəti ikinci dəfədir ki, “BakuBuild” sərgisində iştirak edir. Bu sərgidə iştirak etməkdə məqsədimiz işgüzar münasibətlərimizi genişləndirmək və brendimizin yerli bazarda daha da fəal təmsil olunmasını təmin etməkdir.

Məhsullarımızı sərgidə təqdim etməklə, biz kolleksiyamızın özünəməxsus tərtibatını, həmçinin “Margaroli” şirkətini bu sahənin liderinə çevirən yüksək keyfiyyətli məhsullar çeşidini ziyarətçilərə daha asanlıqla nümayiş etdirə bilirik.

Quido de Qusti,
Margaroli” şirkətinin kommersiya məsələləri üzrə direktoru

 

“Durocem Italia S.P.A.” şirkəti öz sifarişçilərinə yerüstü örtüklər, habelə izolyasiya materialları təklif edir.

Biz artıq 7 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstəririk. Bu sərgidə isə biz artıq ikinci dəfədir ki, iştirak edirik. Sərgidə iştirakımızın bizim üçün əsas səmərəsi yeni müqavilələrin imzalanmasında və sifarişçi bazasının genişlənməsində öz əksini tapır. Mən hesab edirəm ki, biz “BakuBuild-2013” sərgisində daha böyük stendlə iştirak edəcəyik.

Xaydex Sadıqzadə,
Durocem Italia S.P.A.” şirkətinin satış üzrə regional meneceri

 














BİZƏ QOŞULUN!
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
QIZIL SPONSOR
SPONSORLAR
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  25/01/2021 26/01/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek