Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sərgi haqqında



"BakuBuild" sərgisi Azərbaycanda inşaat biznesi üçün meydançadır!

MDB və Şərqi Avropanın ən böyük inşaat tədbiri olan "BakuBuild" sərgisi 19 ildir ki həm Azərbaycanın, həm də bütün Xəzəryanı regionun aparıcı inşaat forumu kimi öz mövqeyini qoruyub saxlayır. Bu sərgiyə olan marağın səbəbi isə onunla izah olunur ki, iştirakçı şirkətlər məhz burada tərəfdaşlar və potensial müştərilərlə ünsiyyət saxlayaraq öz məhsul və xidmətlərini hər il bu tədbiri ziyarət edən 10.000-dən çox mütəxəssisə nümayiş etdirmək və təşviqat kampaniyasını həyata keçirmək imkanı qazanırlar. "BakuBuild" sərgisi bazarın öyrənilməsi, biznesin inkişaf etdirilməsi, distribütorların müəyyənləşdirilməsi və regionda mövqelərin möhkəmləndirilməsi üçün ən yaxşı meydançadır.

Artıq 7 ildir ki, "BakuBuild" sərgisi "UFI" Ümumdünya Sərgi
Sənayesi Assosiasiyasının keyfiyyət nişanını daşıyır. "UFI tərəfindən təsdiq olunub" keyfiyyət nişanı tədbirin yüksək təşkilatçılıq səviyyəsindən xəbər verməklə yanaşı, sərgi ilə bağlı statistik məlumatların dürüstlüyünü bir daha təsdiqləyir.


Sərgi bölmələri

Sanitaryware Sanitariya texnikası BuildTech İnşaat texnikası
Interiors İnteryer Building Materials İnşaat materialları
Windows & Doors Pəncərə və qapılar Ceramic & Stone Keramika və bəzək daşı
Construction Machinery Avadanlıq Flooring Döşəmələr
Lighting İşıqlandırma Garden Yaşıllaşdırma
Lighting Dizayn, bəzək, mebel Garden Şəhərkənarı ev
Lighting Ağac emalı


"BakuBuild-2012" sərgisi üzrə faktları və rəqəmlər

Təsis edildiyi tarix: 1995-ci il

Dövrilik: İldə bir dəfə

Ümumi sahəsi: 13 243 kv.m.

İştirakçılarının sayı: 387

  • Yerli iştirakçılar

125

  • Xarici iştirakçılar
262


İştirakçı ölkələrin sayı: 34

ABŞ, Almaniya, Azərbaycan, Belçika, BƏƏ, Belarus Respublikası, Bolqarıstan, Böyük Britaniya, Çex Respublikası, Çin, Finlandiya, Gürcüstan, Hindistan, Hollandiya, İsveç,  İsveçrə, İtaliya, İran, İspaniya, Kipr, Qazaxıstan, Küveyt, Latviya, Livan, Macarıstan, Polşa, Portuqaliya, Rusiya, Serbiya, Sloveniya, Türkiyə, Ukrayna və Yunanıstan.

Almaniya, İtaliya, İran, Finlandiya, Portuqaliya, Yunanıstan və BƏƏ milli qrupları.

İştirakçı şirkətlərin 81%-i işgüzar əlaqələr qurmağa müvəffəq olub.

İştirakçıların 88%-i "BakuBuild-2013" sərgisində yeni müqavilələr imzalayıb.

İştirakçıların 78%-i sərginin nəticələri əsasında müqavilələrin imzalanmasını gözləyir.

İştirakçıların 64%-i sərginin təşkilini yüksək qiymətləndirmiş və "BakuBuild-2013" sərgisində mal və xidmətlərin nümayişi üçün yaradılmış şəraitdən tam razı olduqlarını bildirmişlər.

İştirakçıların 62%-i gələcəkdə belə bir tədbirlərdə iştirakını təsdiqləyib.

 

Ziyarətçilər: 10 776

Ziyarətçilərin coğrafiyası:

Ölkələrin sayı: 49

ABŞ, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Belarus Respublikası, Belçika, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Çex Respublikası, Çin, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hollandiya, İordaniya, İspaniya, İsveç, İsveçrə, İran, İtaliya, Kanada, Koreya, Qazaxıstan, Latviya, Lüksemburq, Macarıstan, Makedoniya, Misir, Moldova, Monteneqro, Özbəkistan, Pakistan, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiya, Yunanıstan.

 

 

RƏYLƏR

Viktoriya Boldıryova,
baş direktorun köməkçəsi
Santemax

Biznesin genişləndirilməsi və yeni bazarları əhatə etmək üçün bizim şirkət müştərilərin tələbatlarını ödəmək üçün dinamik adaptasiya prosesini həyata keçirir. Bizim üçün ən vacib tədbirlərdən biri BakuBuild sərgisidir. Biz artıq 5-ci dəfədirki bu tədbirdə iştirak edirik. BakuBuild sərgisi yüzlərlə mütəxəssislərin arasında əlaqələrin qurulması üçün əla imkan yaradır və bizim şirkətin gələcək inkişafında mühüm rol oynayacağına ümid edirik.

 

Xantes Atanasios
marketinq direktoru
, Alumil S.A.

Alumil S.A şirkəti ilk dəfədir ki BakuBuild 2013 sərgisində iştirak edir. Biz diqqətlə Azərbaycan bazarını öyrənməyi planlaşdırırıq. Marketinq fəaliyyətinin istiqamətində nəbz və effektiv əhəmiyyətli fəaliyyət vacibdir. Bu sərgi böyük sənaye hadisəsi kimi hər bir şirkətin özünü ifadə etmək üçün əla fürsət yaradır. BakuBuild 2013 sərgisi vasitəsilə bizim  şirkət nəinki Azərbaycanın texniki sektorunda, həm də bütün Xəzəryanı regionun diqqətini cəlb etməyə çalışır.

Mişel Caneva,
regional menecer,
Santamargherita S.p.A.

Bizim şirkət aqlomeratları mərmər və kvars əsasında istehsal edir və bu sənayedə qabaqcıl şirkətlərindən biridir. Bu il biz BakuBuild sərgisində ilk dəfədir ki iştirak edirik və bu sərginin mühüm səlahiyyəti nəticəsində Azərbaycan bazarında öz şirkətimizin işinin qurulmasına güvənirik. Bizim stendimizin ziyarətçilərin sayı çox olduğunu nəzərə alaraq artıq indidən nəticə çıxartmaq olar ki bizim məhsul  Azərbaycan bazarında böyük maraq doğurub. Bizim şirkətin bu sərgidə iştirakı böyük bir fayda əldə edib.

 

Rüstəm Kərimov,
satış və marketinq şöbəsinin müdiri,
Baku Steel Company

Azərbaycanın metallurgiya sənayesinin lideri və Qafqaz regionun ən qabaqcıl poladtökmə zavodu olan Baku Steel şirkəti BakuBuild sərgisinin daimi iştirakçılarından biridir. Bizim üçün inşaat sərgisində iştirak ənənəvi müştərimizlə daha yaxın əlaqə bağlamaq və yeni müştərilərlə uzun müddətli əlaqələr qurmaq siyasətini daşıyır. Bu il biz sərgidə daha da çox yeni professional müştərilərlə əlaqə yaratdıq.




Baş xəbərlər
BAŞ SPONSOR
QIZIL SPONSOR
QEYDİYYAT SPONSORU
SPONSOR
BİZƏ QOŞULUN!
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  24/01/2021 25/01/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek