Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sərgi haqqında



“BakuBuild” - Azərbaycan və Xəzər regionunun ən böyük inşaat sərgisi!

Xəzər regionunun ən böyük inşaat tədbiri olan “BakuBuild” sərgisi 20 ildir ki aparıcı inşaat forumu kimi öz mövqeyini qoruyub saxlayır. Bu sərgiyə olan marağın səbəbi isə onunla izah olunur ki, BakuBuild hər il bu tədbirdə iştirak edən 10.000-dən artıq mütəxəssislər ilə ünsiyyət üçün işgüzar mühit yaradır. “BakuBuild” sərgisi bazarın öyrənilməsi, biznesin inkişaf etdirilməsi, distribütorların müəyyənləşdirilməsi və regionda mövqelərin möhkəmləndirilməsi üçün ən yaxşı meydançadır.

 

Sərgi bölmələri

İNŞAAT

  • inşaat materialları və avadanlıq
  • inşaat materialların istehsalı üçün avadanlıq
  • dam örtükləri və texnologiyalar
  • alətlər, tespit
  • kotteclərin tikintisi
  • landşaft dizayn

İNTERYER

  • bəzək materialları
  • pəncərə bəzəyi
  • dekorativ tekstil
  • lak, boyalar və örtüklər
  • divar kağızları və divar panelləri
  • tavanlar və tavan sistemləri
  • yer örtükləri
  • elektrik və işıqlandırma
  • qapılar və arakəsmələr
  • qıfıllar və furnitura
  • daxili günəşdən qorunma sistemləri
  • pilləkanlar və alaqapı
  • interyer və dizayn
  • interyer əşyaları

PƏNCƏRƏ TEXNOLOGİYALARI VƏ QAPILAR

  • pəncərələr və profil texnoloqiyaları
  • fasad sistemləri
  • memarlıq şüşə
  • darvazalar və avtomatika
  • qapılar

KERAMİKA VƏ DAŞ

  • keramika
  • keramik sənayesi üçün avadanlıq və tenologiyalar
  • daş və daş emalı

LANDŞAFT VƏ YAŞILLAŞDIRMA

  • landşaft arxitekturası və dizayn
  • sahələrin yaşıllarşdırılması və abadlaşdırılması
  • əkin bitki materialları
  • qış bağları və istixanalar

İNŞAAT TEXNİKASI

  • buldozerlər, ekskavatorlar, yük maşınları, təknəli mal yükləyən, asfaltdüzücü maşınlar
  • kranlar, özüyeriyən kranlar, lift avadanlıqları, konveyer
  • asma avadanlıq
  • dirəkli işlər üçün avadanlıq
  • inşaat materialları istehsalı üçün avadanlıq
  • dəmir-beton emalı üçün texnika
  • sement, əhəng və gipsdən hazırlanan inşaat materialları hazırlaması üçün texnika
  • dağıtma və uçurma üçün avadanlıq

SANİTARİYA

  • vanna otaqları və mətbəxlər üçün divar örtükləri
  • sanitariya keramika və saxsı
  • vanna otaqları üçün mebel
  • duş və hidromassaj kabinələri
  • otaqları və duşlar üçün aksesuarlar

MEBEL

  • klassik üslublu mebel
  • müasir üslublu mebel
  • yumşaq mebel
  • masalar və stullar
  • yataq otağı üçün mebel
  • inteqrasiya edilmiş (divar içi) mebel
  • uşaq mebeli
  • hörmə mebel
  • mətbəx mebeli
  • ofis mebeli
  • arakəsmələr

 

AĞAC EMALI

  • ağac xammalının ilkin və ikinci dərəcəli mexaniki emalı və təkrar emalı üçün əsas və köməkçi texnoloji avadanlıqlar
  • səthlərin nəfis emalı üçün əsas və köməkçi texnoloji avadanlıqlar
  • xüsusi məhsul növlərinin (dülgər məhsulları, inşaat elementləri və ağacdan hazırlanan konstruksiyalar) istehsalı üçün dəzgahlar və qurğular
  • ağac və plastmas emalı üçün əl maşınları və mexaniki qurğular
  • ağac emalı üçün alətlər və alət ləvazimatları

 

 

 

“BakuBuild-2014” sərgisi üzrə faktları və rəqəmlər

Təsis edildiyi tarix: 1995-ci il

Dövrilik: İldə bir dəfə

Ümumi sahəsi: 15 925 kv.m.

İştirakçılarının sayı: 367

  • Yerli iştirakçılar

116

  • Xarici iştirakçılar

251

 

İştirakçı ölkələrin sayı: 26

ABŞ, Almaniya, Avstriya, Azərbaycan, BƏƏ, Belarus Respublikası, Bolqarıstan, Böyük Britaniya, Çex Respublikası, Çin, Fransa, Gürcüstan, Hollandiya, İsveç,  İsveçrə, İtaliya, İran, İspaniya, Macarıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna və Yunanıstan.

Almaniya, BƏƏ, İtaliya, İran, İspaniya, Macarıstan və Portuqaliya milli qrupları.

 

İştirakçı şirkətlərin 85%-i yeni işgüzar əlaqələr qurmağa müvəffəq olub.

İştirakçıların 17%-i “BakuBuild-2014” sərgisində yeni müqavilələr imzalayıb.

İştirakçıların 77%-i sərginin nəticələri əsasında müqavilələrin imzalanmasını gözləyir.

İştirakçıların 61%-i sərginin təşkilini yüksək qiymətləndirmiş və sərgidə ziyarətçilərin professional səviyyəsindən məmnun qalıb.

İştirakçıların 64%-i gələcəkdə belə bir tədbirlərdə iştirakını təsdiqləyib.

 

Ziyarətçilər: 10 310

Ziyarətçilərin coğrafiyası:

Ölkələrin sayı: 32

Almaniya, Avstriya, Azərbaycan, Belarus Respublikası, BƏƏ, Bolqarıstan, Bosniya, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsveç, İsveçrə, İran, İtaliya, Qazaxıstan, Latviya, Litva, Livan, Nederland Krallığı, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Sloveniya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Yunanıstan.

 

 

RƏYLƏR

Campaolo Kutilyo

İtaliyanın Azərbaycandakı səfiri

Mən artıq ikinci ildir ki “BakuBuild” sərgisini ziyarət edirəm və qeyd etmək istərdim ki, sərginin inkişafı məni yaxşı mənada təəccübləndirir. İtaliyanın şirkətləri və Ticarət Agentliyi uzun illər bu tədbirin fəal iştirakçısı olmuşlar.

Fəxrlə qeyd etmək istəyirəm ki, “BakuBuild-2014” sərgisində İtaliyanın 80-dan çox şirkəti iştirak edir. Mən ümidvaram ki, sahibkarların bu cür böyük nümayəndə heyəti Azərbaycanda tikinti bazarının inkişafına yardım etməklə yanaşı, yerli şirkətlərlə əməkdaşlığın yaradılmasına və möhkəmləndirilməsinə də kömək edəcək.

 

Aurora Tarruella

İspaniyanın Türkiyədəki səfirliyində ticarət üzrə attaşe

Mən “BakuBuild-2014” sərgisinin bütün iştirakçılarını salamlayıram! İspaniya şirkətləri bu tədbirin işində dəfələrlə iştirak etmişlər, lakin məhz bu yubiley sərgisində ölkəmiz bir çox yerli şirkəti özündə birləşdirən İspaniya Ticarət Palatasının pavilyonu ilə təmsil olunur. Mən əminəm ki, bütün maraqlanan şəxslər “BakuBuild” sərgisi çərçivəsində ispan şirkətlərinin məhsulları ilə tanış olacaq və onlarla sıx əməkdaşlıq əlaqələri quracaqlar.

 

Anna Privalixina

“Giorgio Piotto” şirkətinin satış üzrə regional meneceri

“Giorgio Piotto” şirkətinin şüarlarından biri şirkətimizin istehsal etdiyi mebellərin həyatı yaxşıya doğru dəyişməsi ideyası ilə bağlıdır. Məhsullarımızın əsas fərqləndirici cəhəti virtuoz rəng işdir. Bu günlərdə “Giorgio Piotto” şirkəti öz stendində ilk dəfə 2014-cü ilin aprel ayında Milan şəhərinin mebel salonlarında təqdim edilmiş “Mood Deco” kolleksiyasından olan mebeli nümayiş etdirir.

Şirkətimiz “BakuBuild” sərgisində ilk dəfə iştirak edir. Burada məqsədimiz işgüzar tərəfdaşların axtarışıdır. Azərbaycanda iqtisadiyyatın inkişaf templərini və italyan dizaynına olan marağı nəzərə alaraq əminlikdə deyə bilərik ki, sərgi öz nəticəsini verəcək. “BakuBuild-2014” sərgisi ilk növbədə potensial işgüzar tərəfdaşlarla şəxsi ünsiyyət qurmaq və Azərbaycan bazarında uğurlu əməkdaşlıq üçün unikal imkandır.

 

Dmitriy Fedotov

“Werzalit GmbH+Co.KG” nümayəndəliyinin satış üzrə direktoru

Bu, “Werzalit GmbH+Co.KG” şirkətinin “BakuBuild” sərgisində ilk iştirakıdır və biz bu sərgi çərçivəsində öz şirkətimizin bir sıra ən yaxşı və yeni məhsul nümunələrini nümayiş etdiririk. Bu məhsullar ilk növbədə “Werzalit” şirkətinin patentləşdirilmiş texnologiyası üzrə hazırlanan ağac əsaslı məhsullardır.

Bizim fikrimizcə, hazırda Azərbaycanın inşaat sənayesi qeyri-adi yüksəliş mərhələsindədir və son dərəcə fəal şəkildə inkişaf edir və bu da dünyanın hər tərəfindən olan sahibkarların diqqətini cəlb edir. Odur ki, “Werzalit GmbH+Co.KG” şirkətinin “BakuBuild-2014” sərgisində iştirakla bağlı kifayət qədər ciddi gözləntiləri var!

 

Yevgeniy Kreyda

“MIRT” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri

Bu, “BakuBuild-2014” sərgisində şirkətimizin debütüdür və biz güman edirik ki, hazırkı iştirakımız mütəmadi və səmərəli əməkdaşlığın əsasını qoyacaq.

“MIRT” şirkəti eksklüziv mebel və interyer əşyalarının istehsalı sahəsində ixtisaslaşmışdır və bu məhsullar evdəki rahatlığa və effektli mənzillərə qiymət verən bir sıra yerli ziyarətçinin marağına səbəb olacaq.

Biz əminik ki, hazırkı sərgidə iştirak məhsullarımızı və şirkətin imkanlarını nümayiş etdirmək, habelə potensial tərəfdaş və müştərilərlə görüşmək üçün ən yaxşı vasitədir. Belə tədbirlər həm ayrı-ayrı müştərilər, həm də bütövlükdə ölkənin iqtisadiyyatı üçün son dərəcə vacibdir. Bu kimi tədbirlər yeni-yeni imkanlar açır və bu imkanlardan ən yaxşılarını seçmək üçün lazımı şəraiti təmin etməklə yanaşı, yeni şirkət və məhsulların bazara gedən yolunu açaraq rəqabət qabiliyyətini gücləndirir.

 

Aleksey Kleşev

“Maili dam örtükləri” layihəsində “TexnoNİKOL” şirkətinin şöbə rəhbəri

Ötən il şirkətimiz tərəfindən dam örtükləri istehsal edən zavod istismara verildi və bu zavodda inşaat bazarı üçün nisbətən yeni məhsul olan “Shinglas” ticarət nişanı altında elastik kirəmitlər istehsal edilir. Biz əminik ki, bu məhsul Azərbaycandakı müştərilər üçün maraqlı olacaq.

Bu, “BakuBuild” sərgisində bizim ilk iştirakımızdır. Azərbaycan bazarı bizim üçün çox maraqlıdır və biz görürük ki, Azərbaycan, xüsusilə də haqlı olaraq regionun gözü hesab edilən Bakı şəhəri necə sürətlə inkişaf edir. Burada yeni inşaat layihələri həyata keçirilir və bizim şirkət bu irimiqyaslı dəyişikliklərdə iştirak etmək arzusundadır. Biz bir çox ölkədə təşkil olunan sərgilərdə iştirak etmişik və mən deyə bilərəm ki, “BakuBuild-2014” sərgisi regionda inşaat sektorunun ən böyük tədbirlərindən biridir. Biz bu ekspozisiyanı bəyənirik və onun təşkilindən çox razıyıq.

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  25/01/2021 26/01/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek