Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






İştirakçı xəbərləri

01.03.2013 10:54

Mütəxəssisləri məsaməli beton bloklarını tövsiyə edir

Məsaməli beton bloklardan tikilmiş evlərdə fundamentə düşən yük azalır və enerjiyə qənaət etməyə imkan yaranır ki, bu da eyni zamanda tikinti zamanı çəkilən xərcləri azaldır. Bu barədə Belarus tikinti üzrə elmi-araşdırma institutunun mütəxəssisi Yuliya Rixlenok konfransda çıxışında bildirib.

Fevralın 21-də gobustone məsaməli beton bloklarının istehsalçısı AAC şirkəti, məsaməli beton bloklarının istehsalçıları Milli Birliyi və Azərbaycan Memarlar İttifaqı ilə birgə “Tikintidə müasir texnologiyalar. Məsaməli beton bloklar: xüsusiyyətləri və istifadə təcrübəsi” adlı konfrans keçirildi.

AAC şirkətinin təşəbbüsü ilə keçirilən konfransın məqsədi məsaməli beton bloklarının tikinti sahəsinə gətirdiyi fərqliliyi müzakirə etmək və yerli və xarici mütəxəssislər ilə məhsulun xüsusiyyətlərini və ənənəvi tikinti materialından üstünlüyünü araşdırmaqdır.

“BelNİİS institutunun apardığı araşdırmalar və uzun illərin təcrübəsi onu deməyə əsas verir ki, məsaməli beton ən ucuz divar hörgü materialıdır” - deyə Rixlenok əlavə edib

Konfransda yerli tikinti şirkətləri, memarlar və mütəxəssislər iştirak etdilər. Tədbirdə Rusiya və Belarusdan gələn mütəxəssislər, Q.İ.Qrinfeld (Rusiya Məsaməli Beton İstehsalçılar Birliyinin Sədri), Y.A.Rixlenok (Belarus tikinti üzrə elmi-araşdırma institutu BelNİİS ) və S.M.Şahbəndəyev (yerli mütəxəssis) çıxış etdilər.

Tədbirdə çıxış edən Rusiya Məsaməli Beton İstehsalçılar Birliyinin Sədri Qleb Qrinfeld bu məhsulun Rusiyada və eləcədə Avropa tikinti bazarında geniş yayıldığı qeyd etdi.

“Demək olar ki, bir çox ölkələrdə məsaməli beton divar tikinti materialları işində bazarın 60 faizini tutur. Bu gün Rusiya məsaməli beton bloklar istehsal həcminə görə Almaniya, Polşa və Belarusdan sonra gəlir” - deyə Qrinfeld bildirib.

Konfransın təşkilatçısı AAC şirkətinin Satış şöbəsinin meneceri Vüqar Həmidov da öz çıxışında ölkəmizin tikinti sektorunda inqilabi məhsul olan gobustone məsaməli beton blokların xüsusiyyətlərini xüsusi vurğulayaraq bu konfransın məhsul haqqında ətraflı məlumat əldə etmək və gələcək əməkdaşlığımızın yaranmasına imkan verəcəyini vurğuladı.

“AAC” şirkəti Almaniyanın “Wehrhahn“ firmasının orijinal avadanlıqları və yüksək texnologiyaları əsasında hazırlanan məsaməli beton bloklarını istehsal edir. Məsaməli beton bloklar digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və şaxtaya davamlılığı, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir. Hazırda məsaməli betondan hündür və aşağı mərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkənlərin tikilməsində istifadə olunur.

AAC müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  28/02/2021 01/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek