Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






İştirakçı xəbərləri

04.03.2013 10:28

“AzVirt” MMC BakuBuild 2013 sərgisində iştirak edəcək

1995-ci ildə yaradılan “AzVirt” MMC-nin əsas fəaliyyət sahəsi avtomobil yollarının və hava limanlarının,  körpü, yolötürücü və digər süni qurğuların layihələndirməsi,  tikintisi və təmirindən ibarətdir.”AzVirt” MMC Azərbaycanda yol infrastrukturunun inkişafında fəal iştirak edir.

Müəssisə öz fəaliyyətində yol tikintisi sahəsində ən mütərəqqi texnologiyalardan, xarici ölkə istehsalı olan müasir avadanlıqlardan istifadə edir.“AzVirt” MMC-nin həyata keçirdiyi işlərin yüksək keyfiyyəti, beynəlxalq standartlara cavab verən nəticələr, güclü istehsalat və kadr potensialına malik olması müəssisəni yol tikintisinə dair bütün iri layihələrdə əsas podratçıya çevirib.

Müəssisənin yerinə yetirdiyi işlər arasında Heydər Əliyev  Beynəlxalq Aeroportunun, Gəncə, Lənkəran, Zaqatala və Qəbələ Hava limanlarının yenidənqurulması və tikintisi, Şəmkir-Qazax avtomobil yolunun yenidənqurulması, Zabrat “Azalhelikopter” vertolyot meydançalarının yenidənqurulması, Bakı şəhəri, M.Əzizbəyov dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun yenidənqurulması və təkmilləşdidilməsi, Beynəlxalq Hava Limanı-Bilgəh avtomobil yolunun yenidənqurulması” və s. qeyd edilə bilər.

Hal-hazırda “Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt avtomobil yolunun yenidənqurulması (km 0,0-42,0)” “Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni Uçuş-Enmə zolağının, perronun, yönəldici yolların tikintisi”, “Qəbələ-Ağdaş yolunun yenidənqurulması, (km 0,0-22,0)”, “Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 2-4 km hissəsinin (Dövlət Bayrağı Meydanına gedən yol) əsaslı təmiri”, “Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq  Hava Limanında Yeni Aerovağzal Kompleksinin tikintisi, Hava Nəzarət Qülləsinin tikintisi, Mövcud Aerovağzal Terminalının yenidənqurulması” işləri “AZVirt” MMC tərəfindən davam etdirilir. Buzovna-Mərdəkan-Qala avtomobil yolunun yenidən qurulması.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  28/02/2021 01/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek