Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






İştirakçı xəbərləri

24.04.2013 09:56

“Akkord” Korporasiyası Londonda “Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə ilin tikinti şirkəti” mükafatına layiq görülüb

Bakı – APA-Economics. Avropa Biznes Assambleyasının təşkilatçılığı ilə Böyük Britaniyanın London şəhərində Avropa Biznes Sammiti keçirilib.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyevanın “APA-Economics”ə verdiyi məlumata görə, sammitdə 53 ölkədən 200-ə yaxın iri şirkətin direktor və nümayəndələri, tanınmış Britaniya və Avropa iş adamları, eləcə də müxtəlif işgüzar dairələrin nümayəndələri iştirak edib.

Sammit çərçivəsində keçirilən konfrans və təqdimatlardan sonra “Akkord” Korporasiyası “Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə ilin tikinti şirkəti” mükafatı və ən yaxşı menecmentə görə medal ilə təltif edilib. Mükafat və medal təntənəli surətdə Korporasiyanın Direktorlar Şurasının sədri Xaqani Quluzadəyə Direktorlar İnstitutunda təqdim edilib.

“Akkord” Korporasiyasının bu mükafat və medala layiq görülməsi Avropa Biznes Assambleyasının nəzdində fəaliyyət göstərən Araşdırmalar Mərkəzi tərəfindən aparılmış təhlil və sorğu ilə müəyyən edilmiş göstəricilər əsasında həyata keçirilib.

Xatırladaq ki, “Akkord” Korporasiyası Azərbaycandan başqa, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə müxtəlif infrastruktur layihələri icra edir. Korporasiyanın Almaniyanın Frankfurt şəhərində nümayəndəliyi də fəaliyyət göstərir. Bu günədək “Akkord” Korporasiyasının həyata keçirib bitirdiyi layihələrin ümumi həcmi 1,7 mlrd. ABŞ dolları təşkil edir. Hazırda yol, körpü, tunel və su-kanalizasiya sistemlərinin tikintisi sahəsində reallaşdırılan layihələrin ümumi dəyəri 1,9 mlrd. ABŞ dolları miqdarında qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin icrasında “Akkord” Korporasiyası xüsusi təcrübə əldə edib. Son illər “Akkord” Korporasiyası Bouygues (Fransa), Freyssinet (Fransa), Salini (İtaliya), Todini (İtaliya), Condotte (İtaliya), Herrenknecht (Almaniya) və SINOMA (Çin) kimi iri xarici şirkətlər ilə uğurlu əməkdaşlıq tarixçəsini yaratmağa nail olub. Bundan başqa, “böyük dördlüyə” daxil olan “Deloitte” və “Pricewaterhouse Coopers” şirkətləri ilə audit və konsaltinq sahəsində, “Fitch” reytinq agentliyi ilə isə beynəlxalq kredit reytinqinin alınması sahəsində davamlı və səmərəli münasibətlər qurulub.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  28/02/2021 01/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek