Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






02.09.2013 10:47

“Xəzər İnşaat Həftəsi” 23-26 oktyabr tarixində keçiriləcək

Regionda çoxdan bəri gözlənilən və ən geniş tədbir sayılan “Xəzər İnşaat Həftəsi” 23-26 oktyabr tarixində keçiriləcək. Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, eləcə də xarici meydançanı və ümumi zalı əhatə edən “Xəzər İnşaat Həftəsi” üç böyük sərgini - “BakuBuild”, “Aqua-Therm Baku” və “CIPS Caspian” sərgilərini özündə ehtiva edir. Bu il “Xəzər İnşaat Həftəsi” dünyanın 27 ölkəsindən 400-dən artıq şirkəti bir ekspozisiya çərçivəsində birləşdirəcək. Sərgiyə yaxşı hazırlaşmış iştirakçılar Bakıda öz sektorları üzrə ən son təmayülləri təqdim edəcəklər. “BakuBuild 2013” 19-cu Azərbaycan Beynəlxalq “İnşaat” sərgisi müasir və qabaqcıl inşaat texnologiyalarını, geniş çeşiddə tikinti materiallarını və istehsalın ön sıralarında duran şirkətlərin santexnika avadanlıqlarını, habelə yeni döşəmə örtüklərini, tikinti texnikasını, (həm açıqlıqda, həm də evlərdə quraşdırılan) uşaq meydançalarını, idman ləvazimatlarını, trenajorları və digər məhsulları təqdim edəcək. Yeni sektorlar arasında şəhər dekorasiyası üçün işıqlandırma və səs avadanlıqları bölümü də yer alır. Builki sərgidə ağır sənaye sahəsi, xüsusilə də Azərbaycan, Gürcüstan və BƏƏ-nin metallurgiya zavodları geniş şəkildə təmsil olunacaqlar. Son illər isə bu sərginin səciyyəvi cəhəti də formalaşıb, belə ki, şirkətlər təmsil etdikləri ölkələrin ticarət-sənaye palataları və dövlət orqanlarının fəal iştirakı ilə təşkil olunan böyük milli qruplar şəklində çıxış edirlər. Bu baxımdan, hazırkı sərgi də istisna deyil. Bu il milli qruplar həmçinin Bakı Ekspo Mərkəzinin böyük zalında da yerləşəcəklər. Onların arasında sərginin daimi iştirakçıları - Almaniya, Yunanıstan, İtaliya, İran, Portuqaliya və Finlandiya kimi ölkələrin milli qrupları yer alır. BƏƏ-nin milli qrupu isə bu il debüt edəcək. Sevindirici haldır ki, yerli iştirakçıların da sayı artmışdır və ümumi sərgi meydançasının 33%-ni təşkil edir. Bundan başqa, bir sıra daimi iştirakçılar yeni formatda iştirak etmək qərarına gəliblər, belə ki, bu il sərginin Qızıl sponsoru qismində “Norm” şirkəti çıxış edir. Digər sponsorlar arasında “Holcim Azerbaijan” və “Emirates steel” (BƏƏ) şirkətləri yer alır.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  28/02/2021 01/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek