Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






04.02.2014 10:16

Xəzəryanı regionunun sərgi mərkəzi - Bakı

2013-cü il dekabr ayının 5-də Azərbaycanda beynəlxalq sərgi və konfransların növbəti ili uğurla başa çatdı. 2013-cü il ərzində Xəzəryanı regionunun aparıcı sərgi təşkilatçısı “Iteca Caspian” şirkəti öz tərəfdaşı - Böyük Britaniyanın “ITE Group plc” şirkəti ilə birlikdə 20 ixtisaslaşmış sərgi təşkil etmişdir. Bu sərgilərdən biri, yəni “CATEF” sərgisi isə ilk dəfə idi ki keçirilirdi.

2013-cü ildə sərgilər 40% artım qeydə alınıb ki, bu da sərgilərin müsbət dinamikasını əks etdirir. Ümumilikdə, 2013-cü ildə keçirilən sərgilər dünyanın 65 ölkəsindən 2015 şirkəti və 55 min nəfərdən çox ziyarətçini qəbul edib. Yerli şirkətlərin stendləri isə ümumi ekspozisiya sahəsinin demək olar ki, 40%-ni təşkil etmişdir. Bu sərgilərdən dərhal sonra həm yerli, həm də xarici şirkətlərdən ibarət iştirakçıların əksəriyyəti 2014-cü ildə keçiriləcək sərgilərdə iştirak üçün yer sifariş ediblər və bu, sərgilərin səmərəliliyini sübut edir. 2013-cü il sərgilərində təmsil olunan şirkətlərin sayına görə Rusiya Federasiyası, Türkiyə və İtaliya ən fəal ölkələr olmuşlar.

Öz ölkələrinin dövlət strukturları tərəfindən dəstəklənən milli qrupların iştirakına görə 2013-cü il sərgiləri rekord göstərici nümayiş etdirdi, belə ki, 2013-cü ildə 37 ölkə milli stendlərlə təmsil olunurdu və həmin ölkələrin arasında Əfqanıstan, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, Misir, İsrail, İndoneziya, İran, İtaliya, İspaniya, Kanada, Kipr, Çin, Latviya, Litva, Mərakeş, BƏƏ, Polşa, Portuqaliya, Rusiya, Sloveniya, ABŞ, Tailand, Tunis, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Çernoqoriya, Çexiya və Estoniyanı qeyd etmək olar.

Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən sərgilərə böyük maraq göstərilir, belə ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev bir neçə sərgini ziyarət etmiş və təqdim olunan ekspozisiyalarla tanış olmuşdur. Sərgilərin fəxri qonaqları arasında isə Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiya naziri Nikolay Nikiforov, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi cənab Hamadun Ture, Macarıstanın milli inkişaf naziri xanım Jujanna Nemet, Belarus Respublikasının rabitə və informasiya texnologiyaları naziri cənab Nikolay Panteley, Regional Rabitə Birliyinin Baş direktoru cənab Nurudin Muxitdinov, Gürcüstan Respublikasının energetika naziri cənab Kaxa Kaladze, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya Baş nazirinin xüsusi diplomatik elçisi cənab Çarlz Hendri, İsveç ticarət nazirinin dövlət katibi cənab Günnar Oom, Energetika Xartiyası Təşkilatının Baş katibi cənab Urban Rusnak, Türkmənistan neft-qaz sənayesi və təbii sərvətlər nazirinin müavini Annageldi Mammetyazov, İran neft nazirinin müavini cənab Ovni, Krım kurortlar və turizm naziri Aleksandr Liyev, Stavropol Regionu kurortlar və turizm naziri x-m Valentina Çentsova, Litva Təhsil nazirinin müavini Rimantas Vaytkus, Yaradıcı Pedaqogika Akademiyasının akademiki, tibb elmləri doktoru, professor Vladimir Bazarnıy, Uşaqların Sağlam İnkişafı Naminə Rusiya İttifaqının sədri Valeriy Berçun və digərlərini göstərmək olar.

Ənənəvi olaraq, bir neçə sərgi çərçivəsində konfrans, iclas və seminarların keçirilməsi ilə yanaşı, fəal işgüzar proqram da hazırlanmışdı.

2013-cü ildə layihələrin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların da əhəmiyyətli rolu olmuşdur. Bu il sponsorlar qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “BP Azerbaijan”, “Statoil”, “Axpo Trading”, “Azfen-Tekfen”, “Azeri MI Drilling Fluids”, “BNP Paribas”, “Bos Shelf”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Cross Caspian Oil and Gas Logistics”, “IHS Global”, “McDermott Caspian Contractors. Inc.”, “Nabucco”, “Nobel Oil”, “RussNeft”, “RWE”, “Siveco Romania”, “TexnoProm”, “Bakcell”, “BNP Paribas”, “Caspian Geophysical JV”, “ConocoPhillips”, “Dentons”, “Ernst&Young”, “Inpex”, “Interpipe”, “Nexans”, “TAP”, “Total”, “Wartsila”, “Holcim Azerbaijan”, “Norm”, “Emirates Steel”, “HP” və “Systra” şirkətləri çıxış etmişlər.

Bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkəti olmuşdur. “Greenwich Travel Club” şirkəti isə artıq bir neçə ildir ki sərginin rəsmi turoperatorudur. Rəsmi otellər qismində “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları çıxış etmişlər. Artıq 2014-cü il üçün tərəfdaşlıq sazişləri imzalanır, belə ki, 2014-cü ildə bütün sərgilərin rəsmi tərəfdaşı “Marriott Absheron Hotel” mehmanxanasıdır. “Caucas Point Hotel” və “Greenwich Travel Club” şirkətləri isə əvvəlki kimi yenə də tərəfdaşlar siyahısındadırlar.

2013-cü sərgi ilinin mühüm hadisəsi isə Azərbaycanda ilk ixtisaslaşmış sərgi – “Xəzər neft-qaz” sərgisinin 20 illik yubileyi oldu. Bu illər ərzində “Xəzər neft-qaz” sərgisi hər il öz meydançasında dünya neft sənayesinin liderlərini bir araya gətirərək bütün diqqəti Azərbaycana yönəldir. Dövlət xadimləri, istehsalçılar və biznesmenlər tərəfindən çoxlu salamlama və təbrik məktublarının ünvanlandığı yubiley sərgi isə dünyanın 28 ölkəsindən 386 iştirakçını bir araya gətirdi və iri müqavilələrin bağlanması üçün platforma olduğunu növbəti dəfə nümayiş etdirdi. Belə ki, Xəzər neft-qaz sərgisi əsnasında “Caspian Drilling Company” və “Caspian Shipyards Company Ltd.” şirkətləri arasında yeni (altıncı nəsil) yarım-dalma üzən qazma qurğusunun (YÜQQ) inşası haqqında müqavilə imzalandı. İmza mərasimində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin dediyi kimi, YÜQQ-nun vergilərlə birlikdə dəyəri 1 milyard ABŞ dollarından çox olacaq.

“Caspian Oil & Gas” sərgisinin yubileyi əlamətdar bir tarixlə - sərginin banisi və ideoloji ilham mənbəyi olan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşdü. Yubiley sərgi çərçivəsində təşkilatçılar tərəfindən əlavə proqramlar təşkil olunmuşdu, belə ki, hər iki yubiley münasibətilə Mərkəzi Botanika bağında sərgi və konfrans iştirakçıları ilə birlikdə nadir ağac və güllər əkildi. Həmçinin, Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün sərgi zamanı Bakı Ekspo Mərkəzində sərginin Ümummilli liderin iştirakı ilə baş vermiş tarixi anlarını əks etdirən yubiley stendi quruldu. Hələ ötən yubileydən etibarən, təşkilatçılar neftçi peşəsini seçmiş ən yaxşı tələblərə mükafat verilməsi ənənəsinin əsasını qoymuşlar. Bu il Azərbaycan Neft Akademiyasına ən yüksək balla qəbul olmuş tələbə - Gülay Məmiyeva “Caspian Oil and Gas” sərgisi tərəfindən xüsusi təqaüdə layiq görüldü. Ötən 20 il ərzində sərgidə iştirak etmiş bütün şirkətlərə isə xatirə şəhadətnamələri və suvenirlər təqdim olundu.

Aprel ayında “AZЕRSU” Açıq Səhmdar Cəmiyyətinin fəal dəstəyi ilə təşkil olunmuş Xəzər Beynəlxalq “Su texnologiyaları” (“CATEF 2013”) sərgi və forumunun da uğurlu debütünü və yüksək səmərəsini vurğulamaq lazımdır. Sərgini Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev ziyarət etdi və bu, tədbirin müvafiq sənaye sahəsi üçün əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.

“Education and Career” (“Təhsil və Karyera”) sərgisində “Iteca Caspian” şirkətinin təkcə təşkilatçı deyil, həm də eksponent qismində iştirakı bu şirkətin tarixində maraqlı fakt oldu. 1042 saylı stend “Iteca Caspian” şirkətində işləməyi arzulayan çoxsaylı ziyarətçinin diqqətini cəlb etdi. Şirkətin stendində 100-dən çox tərcümeyi-hal toplanmışdı. Beləliklə, şirkət yeni gənc mütəxəssislər seçmək üçün perspektivli imkanlar qazandı. Bundan əlavə, sözügedən sərgi çərçivəsində Yaradıcı Pedaqogika Akademiyasının akademiki, Rusiya Federasiyasının ümumi təhsil sahəsinin “Fəxri işçisi”, tibb elmləri doktoru, professor V. F. Bazarnının “Məktəbəqədər tədris müəssisələrində və orta məktəblərdə təhsil-idrak prosesinin təşkili və bu prosesin yeni nəsillərin inkişafına və həyat qabiliyyətinə təsiri” mövzusunda müəllif seminarı işgüzar proqramın mühüm tədbirlərindən biri oldu. Professor V. F. Bazarnıy təhsil müəssisələrinin təhsil prosesi əsnasında uşaqlardakı potensialın aşkarlanmasını təmin edən və sağlamlığı möhkəmləndirən əsaslara keçməsinə yönəldilmiş unikal müəllif sisteminin təqdimatı ilə çıxış etdi. V. F. Bazarnıy Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə sərgi təşkilatçıları tərəfindən dəvət olunmuşdu. Sərginin sonunda prof. V. F. Bazarnının seminarı respublikanın orta məktəblərinə paylanmaq üçün kompyuter diskinə yazıldı.

Azərbaycanın inşaat sənayesində ölkənin iqtisadi inkişafına və sərmayələrin cəlb olunmasına müsbət təsir göstərən irimiqyaslı dəyişikliklərin əhəmiyyəti “BakuBuild” sərgi ekspozisiyasının illik artımında əks olundu. Builki sərgi Bakı Ekspo Mərkəzinin bütün zallarını, o cümlədən mərkəzin xarici meydançasını tutmuşdu və artıq sərginin üçüncü iş günündə iştirakçılar sərgi sahəsinin 60%-ni 2014-cü il üçün yenidən sifariş etdilər.

Azərbaycan Respublikası Prezidenti Zati-aliləri İlham Əliyevin fərmanına əsasən, 2013-cü il ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmuşdu və bu hadisə “Bakutel 2013” sərgisinin bütün ekspozisiyasından qızıl xətlə keçirdi. Sözügedən sərgini 15-dən çox tədbir, forum, iclas və görüşləri ehtiva edən zəngin işgüzar proqram müşayiət etdi. Bu il sərgi dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirdi, sərginin ekspozisiyasında isə 35% artım qeydə alındı. Bu əlamətdar ildə “Bakutel” sərgisi ilk dəfə olaraq Bakı Ekspo Mərkəzinin üç zalını tutaraq, ümumilikdə 12.000 m2 sahəni əhatə etdi. “Bakutel” sərgisi çərçivəsində TransAvrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin iştirakçıları tərəfindən qarşılıqlı anlaşma memorandumu imzalandı. Bu layihədə ölkəmiz Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi tərəfindən təmsil olunur. “Bakutel 2013” sərgisi çərçivəsində əlamətdar hadisələrdən biri də Azərbaycanın İKT sektorunda fəaliyyət göstərən şirkətlərdən birinin öz səhmlərini (ölkədə ilk dəfə olaraq) Səhmlərin ilkin ictimai yerləşdirilməsi (İPO) üsulu ilə Bakı Fond Birjasında satışa çıxarması planının elan edilməsi oldu.

Sərgi təşkilatçıları tədbirdəki işgüzar abu-havaya bayram əhval-ruhiyyəsi bəxş edən rəngarəng əlavə proqramlar hazırlamışdılar. Belə ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycan sərgisinə öz şou proqramı ilə gəlmiş dünyaca məşhur “Titan” robotunun çıxışı ziyarətçilər üçün əsl sürpriz oldu və yüzlərlə tamaşaçı tərəfindən böyük sevinc və heyrətlə qarşılandı. Üçüncü zonada isə oyun pavilyonu fəaliyyət göstərirdi və burada hər kəs lazer simlərdə ifada və ya “X-box” oyunlarında iştirak edə bilərdi.

Bu il “Iteca Caspian” şirkəti növbəti dəfə peşəkar konfrans təşkilatçısı qismində uğurla çıxış edərək, bir neçə beynəlxalq səviyyəli tədbirin təşkilatçısı oldu. Bu tədbirlərdən biri Azərbaycanda ilk dəfə olaraq 23-26 aprel tarixində İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin əmək nazirlərinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən iclası oldu. Konfransda dünyanın 50-dən çox ölkəsindən əmək nazirləri və əmək nazirliklərinin nümayəndələri iştirak edirdilər.

Sentyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və IDEA (“International Dialogue for Environmental Action”) kampaniyasının dəstəyi ilə keçirilən “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans ən müsbət rəyləri qazandı. Sözügedən konfransda 250 nümayəndə iştirak edirdi və onların arasında müxtəlif ölkələrin hökumət təşkilatlarının, eləcə də dünya neft-qaz şirkətlərinin nümayəndələri, o cümlədən alimlər və ekologiya üzrə aparıcı mütəxəssislər var idi.

Azərbaycanın iqtisadi artımı, ölkənin xarici sərmayədarlar üçün cəlbedici olması və biznesin inkişafı üçün yaradılmış əlverişli şərait, habelə “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan bütün tədbirlərin dövlət orqanlarının rəsmi dəstəyi ilə həyata keçirilməsi son illərdə sərgilərin yüksək nəticələrə nail olması üçün zəruri amillərə çevrilmişdir. Bəzi sərgilər isə Birləşmiş Millətlər Təşkilatı (BMT), Ümumdünya Turizm Təşkilatı, TRASECA Hökumətlərarası Komissiyası Daimi Katibliyi, Ümumdünya Elektrorabitə İttifaqı (İTU), Regional Rabitə Birliyi (RRB) və s. bu kimi qurumlar tərəfindən göstərilən nüfuzlu beynəlxalq dəstəkdən bəhrələnir. Artıq bir neçə ildir ki, Azərbaycanda təşkil olunan sərgilər Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFİ) tərəfindən hər il yoxlanılır. Uğuru təmin edən mühüm amillərdən biri də sərgi və konfransların yüksək səviyyədə təşkil edilməsi, habelə “ITE Group plc” şirkətinin agentliklər şəbəkəsinin, o cümlədən  “ITE Moscow” (Rusiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (ÇXR) və “ITE Gulf” (BƏƏ) şirkətlərinin beynəlxalq şirkətləri Bakıdakı sərgilərdə iştiraka cəlb etmək üçün fəallıq göstərməsi, habelə bütün sərgilərin peşəkar sərgi meydançasında – Bakı Ekspo Mərkəzində keçirilməsidir.

 

2014-cü il üçün planlar

2014-cü ildə “Iteca Caspian” şirkəti 25 mövzuya həsr olunmuş sərgilərin keçirilməsini  planlaşdırır. 2014-cü il həm də ona görə əlamətdardır ki, bu il 5 böyük sərgi layihəsi üçün yubiley ili olacaq, belə ki, “WorldFood Azerbaijan”, “BIHE”, “BakuBuild” və “BakuTel” kimi sərgilər bu il öz iyirmi illik yubileylərini qeyd edəcəklər. Keçirildiyi illər ərzində bu sərgilər Xəzər regionunda aparıcı mövqe tutaraq, peşəkarların böyük sayda ziyarətçi cəlb edən ənənəvi görüş yerinə çevrilmişdir. Yubiley tədbirlər üçün xüsusi proqram planlaşdırılır və bu proqram sərgi layihələrini daha geniş nümayiş etdirməyə imkan yaradacaqdır.

Ənənəvi sərgilərlə yanaşı, 2014-cü ildə “Iteca Caspian” şirkətinin yeni layihəsi olan və 15-17 may tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 1-ci Xəzər Beynəlxalq “Katerlər və Yaxtalar” sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq. Bu sərgidə motorlu su texnikası və fəal istirahət üçün digər müvafiq məhsulların zəngin çeşidi təqdim olunacaq. Həmçinin, bu il “Iteca Caspian” şirkəti populyar Azərbaycan avtomobil sərgisinin rebrendinqini həyata keçirdi və artıq bu ilin may ayında həmin sərgi Azərbaycanlı avtomobil həvəskarlarının çoxdan bəri gözlədikləri hadisə olaraq, 8-ci Bakı Beynəlxalq “Motor Şou” adı altında fəaliyyətə başlayacaqdır.

Bu ilin payız mövsümündə Azərbaycanda və bütün regionda ilk dəfə olaraq, 17-19 sentyabr tarixində 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX 2014”) sərgisi keçiriləcək. Bu sərgi çərçivəsində silah istehsalı sahəsində dünya üzrə ən son nailiyyətlər nümayiş olunacaqdır. “ADEX” dünya sənayesinin mühüm görüş yerinə və iştirakçı ölkələrin hərbi potensialının nümayiş etdirilməsi, bilik mübadiləsi və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün meydançaya çevrilərək, bu sahədə gələcək əməkdaşlıq naminə silah və hərbi texnika istehsalçıları və sifarişçilərinin diqqətini cəlb edəcəkdir. Sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunacaq.

Yeni sərgilər özü ilə yeni texnologiyalar, yeni əlaqələr, tərəfdaşlar və nəhayət, yüksək sürətlə inkişaf edən ölkə iqtisadiyyatı üçün yeni sərmayələr gətirməyi vəd edir, belə ki, hər bir ixtisaslaşmış sərgi bütöv bir sənaye sahəsi üçün görüş yeridir və burada demək olar ki, sərhədsiz imkanlar təklif olunur.

2014-cü ildə keçiriləcək bütün sərgilərin ətraflı təqvimi ilə www.iteca.az veb-saytında tanış ola bilərsiniz.

 

 

 

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  25/02/2021 26/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek