Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






07.08.2014 09:30

BakuBuild 2014 - tikinti bazarındakı oriyentir

22-25 oktyabr tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun inşaat sənayesi üzrə irimiqyaslı tədbiri - 20-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild-2014) sərgisi keçiriləcək. BakuBuild sərgisi keçirildiyi iyirmi il ərzində tikinti bazarında yerli və xarici istehsalçılar üçün oriyentir olmaqla yanaşı, sənayenin bir çox çağdaş liderləri üçün başlanğıc nöqtəsinə çevrilmişdir. Müqavilələrin imzalandığı və tikinti xidmətləri bazarında təmayüllərin formalaşdığı səmərəli iş meydançası statusunu qazanan bu sərgi 20 il ərzində dünyanın 35 ölkəsindən 3200-dən artıq iştirakçı şirkəti və yüz mindən çox ziyarətçini qəbul edib.

Bu il sərgi öz yubileyini rekord göstəricilərlə qarşılayır, belə ki, BakuBuild, Aqua-Therm Baku və CIPS kimi sərgiləri özündə birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın 28 ölkəsindən 500-dən artıq şirkəti təqdim edəcək. Sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarında, lobbidə, o cümlədən açıq meydançanda yerləşəcəkdir. Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, Portuqaliya, BƏƏ və Fransanın milli qrupları yeni zalın böyük bir qismini əhatə edəcəklər. Ənənəvi olaraq, Türkiyə istehsalçıları (38 şirkət) sərgidə böyük heyətlə çıxış edəcəklər. Sevindirici haldır ki, eksponentlərin təxminən 40%-ni yerli şirkətlər təşkil edir və bu şirkətlər arasında həm daimi iştirakçılar, həm də debütantlar var. Sərginin baş sponsoru qismində “Corella” markası, qızıl sponsoru qismində isə “AZPOL” markası çıxış edir. Hər iki brend “BakuBuild” sərgisinin daimi iştirakçısı - “NB Group” şirkətlər qrupuna məxsusdur. “Holcim Azerbaijan” şirkəti sərginin qeydiyyat üzrə sponsorudur. Həmçinin, Qazax Sement Zavodu da sərginin sponsorları arasında yer alır.

Bu il sərgidə tikinti avadanlıqlarının geniş çeşidi, o cümlədən keramika, kafel (üzlük daşları), pəncərə və qapılar, interyer, eksklüziv santexnika avadanlıqları və dam örtükləri nümayiş etdiriləcək. Vulkan tozunun qalıqlarından istifadə etməklə Yaponiyanın istehsalçı şirkətləri tərəfindən hazırlanan üzlük bəzək-naxış materialları isə üzlük materialları sektorunda tam yeniliyə çevriləcəkdir. Taxta pəncərə, qapı və döşəmələr Avropanın aparıcı brendləri tərəfindən nümayiş etdiriləcək. Həmçinin, sərgidə şirkətlər açıq havada döşəməyə vurulan örtüklər sahəsində müasir təmayülü - “dekinq” və ya terras lövhələrini nümayiş etdirəcəklər. Azərbaycanda landşaft dizaynına artan marağı nəzərə alaraq, landşaft dizaynı sahəsində ixtisaslaşan bir sıra italyan şirkəti sərgidə öz orijinal həll variantları və layihələrini təqdim edəcəklər. Kompleksin önündə yerləşən və “Amcador”, “Iveco”, “JCB”, “Hyundai”, “Volvo”, “MAN”, “Caterpillar” və s. aparıcı brendlərin iştirak edəcəkləri tikinti texnikası bölməsi də xüsusi ilə diqqətə layiqdir.

Bu il “Mebel” sektoru əvvəlki sərgilərlə müqayisədə nəzərəçarpacaq artım nümayiş etdirir. “Mebel” sektoru çərçivəsində Azərbaycan və Türkiyənin istehsalçı şirkətləri ofis, bağ mebeli, vanna otağı mebelləri və bir çox digər məhsulları nümayiş etdirəcəklər. Sərgidə ilk dəfə iştirak edən Ukraynanın istehsalçı şirkətləri saraylar, mehmanxanalar və fərdi villalar üçün əl ilə hazırlanmış lüks kateqoriyalı mebellər nümayiş etdirəcəklər.

Sərginin 20-ci yubileyi ilə əlaqədar olaraq, sərgi təşkilatçıları tərəfindən əlavə tədbirlər proqramı da planlaşdırılıb. Sözügedən proqram özünün informasiya zənginliyi, koloriti və müxtəlifliyi sayəsində sərgidə bayram abu-havası yaradacaqdır. Yubileylə əlaqədar müvafiq materiallar sərgiyə həsr olunan çap məhsullarını da ehtiva edir. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən sərgiyə rəsmi dəstək göstərilir.

Sərginin təşkilatçıları qismində “ITE Group Plc” (Böyük Britaniya) və “Iteca Caspian” şirkətləri çıxış edirlər.

 

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  28/02/2021 01/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek