Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






21.10.2014 12:42

22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun inşaat sahəsində irimiqyaslı tədbiri - 20-ci Yubiley Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild-2014”) sərgisi öz işinə başlayacaq.

20 İLLİK UĞUR!

22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun inşaat sahəsində irimiqyaslı tədbiri - 20-ci Yubiley Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild-2014”) sərgisi öz işinə başlayacaq. İyirmi il ərzində sərgi həm Azərbaycanlı, həm də xarici istehsalçılar üçün tikinti bazarında bələdçi olmaqla yanaşı, sənayenin bir çox hazırkı lideri üçün başlanğıc platformasına çevrilmişdir. Bu illər ərzində 35 ölkədən 3200-dən çox şirkəti və yüz mindən artıq ziyarətçini qəbul edən “BakuBuild” sərgisi müqavilələrin imzalandığı və tikinti xidmətləri bazarı üzrə təmayüllərin formalaşdığı səmərəli işgüzar meydança statusunu qazanmışdır. “BakuBuild” sərgisinin böyük xidməti ondan ibarətdir ki, bu sərgi bazarda yeniliklərin tətbiq edilməsi və investisiyaların cəlb edilməsi ilə yerli istehsalın inkişafını stimullaşdıran impulsdur. Sərgi hər il Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya və digər ölkələrdən minlərlə ziyarətçini qəbul edərək saziş və müqavilələrin imzalanması üçün işgüzar meydançaya çevrilir.

“XƏZƏR İNŞAAT HƏFTƏSİ”

Ənənəyə sadiq qalaraq, “BakuBuild” sərgisi Bakıda “Aqua-Therm Baku” və “CIPS Caspian” sərgilərini ehtiva edən “Xəzər İnşaat Həftəsi”nə start verəcək. Bu il sərgi öz yubileyini rekord göstəricilərlə qarşılayır: dünyanın 29 ölkəsindən 490 şirkət Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, o cümlədən kompleksin foyesi və açıq meydançasını da əhatə etməklə, ekspozisiyalarını genişləndirmişlər. Həmin ölkələrin ticarət sənaye palatalarının dəstəyi ilə böyük milli qruplara daxil olan şirkətlərin iştirakı “BakuBuild” sərgisinin vizit kartıdır, belə ki, bu il sərgidə Macarıstan,  Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ və Portuqaliyanın 7 milli qrupu iştirak edəcək. Onu da qeyd edək ki, bu il Macarıstan milli qrupu sərgidə ilk dəfə çıxış edəcək. İtaliya (74 şirkət), Almaniya (21 şirkət) və BƏƏ-dən (19 şirkət) gələn sahibkarlar qrupu isə builki tədbirdə çoxluq təşkil edir. Həmçinin, sərgidə Türkiyə (42 şirkət), Yunanıstan və Çinin şirkətləri də böyük heyətlə çıxış edir. İstehsal etdiyi məhsulların Xəzər regionu bazarında təşviqi üçün  “BakuBuild” sərgisini özlərinə başlanğıc meydança kimi seçən debütantlar sərgi iştirakçılarının ümumi sayının 48%-ni təşkil edir. İstehsal / məsləhət şirkətləri, distribyutorlar və tikinti sahəsində xidmətlər göstərən müəssisələrin yer aldığı Azərbaycan qrupu isə eksponentlərin 40%-ni təşkil edir. Sərginin baş sponsoru qismində “Corella” şirkəti, qızıl sponsoru qismində isə “AZPOL” şirkəti çıxış edirlər. Hər iki brend “BakuBuild” sərgisinin daimi iştirakçısı olan “NB Group” şirkətlər qrupuna daxildir. “Holcim Azerbaijan” şirkəti sərginin qeydiyyat üzrə sponsorudur. Sərginin sponsorları arasında Qazax Sement Zavodu da yer alır. Tikinti materialları və texnikasının istehsalı ilə məşğul olan yerli şirkətlər sərginin daimi iştirakçısıdır və hər il burada öz məhsullarının keyfiyyətinin yaxşılaşmasını və xarici şirkətlər fonunda rəqabətədavamlılığın artmasını nümayiş etdirirlər. “BakuBuild” sərgisi də öz növbəsində bu təmayülü bir güzgü kimi əks etdirir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən elan edilmiş “Sənaye ili”ndə fəal yerli istehsalın bu cür nümayişi isə sevindirici faktdır.

SEKTOR

“BakuBuild 2014” sərgisinin əsas təmayülü keyfiyyət və innovasiyalardır. Azərbaycanda ən yüksək inkişaf mərhələsinə qədəm qoyan tikinti bumu ölkənin tikinti sektorunda yubiley “BakuBuild” sərgisinin geniş formatda nümayiş etdirdiyi yeni texnika və texnologiyaların, dizayn üzrə maraqlı həll variantlarının tətbiqinə zərurət yaradır. Bu il sərgidə geniş çeşidli tikinti avadanlıqları, keramika məhsulları, dekorativ daşlar, pəncərə və qapılar, interyer məhsulları, eksklüziv santexnika avadanlıqları və dam örtükləri nümayiş etdiriləcək. Yaponiya istehsalçılarının vulkanik tozlardan hazırladıqları üzlük materialları eyniadlı sektorun yeniliyidir. Sərgidə Avropanın aparıcı brendləri tərəfindən taxta qapılar, pəncərə və döşəmələr nümayiş etdiriləcək. Məhz burada şirkətlər açıq havada (dekkinq və ya terras lövhəsi) döşəmə örtükləri üzrə müasir təmayül nümayiş etdirəcəklər. Azərbaycanda landşaft dizaynına artan maraqla əlaqədar olaraq,  landşaft üzrə İtaliyanın bir sıra dizayn şirkətləri sərgiyə öz orijinal həll variantlarını və layihələrini gətiriblər. Kompleksin qarşısında açıq meydançada yerləşən və “Amcador”, “Iveco”, “JCB”, “Hitachi”, “Hyundai”, “Manitou”, “Volvo”, “Caterpillar”, “Hidromek” və s. bu kimi aparıcı brendlərin iştirak etdiyi tikinti texnikası üzrə bölməyə xüsusi diqqət verilir.

Bu il “Mebel” sektorunun sahəsi əhəmiyyətli dərəcədə artmışdır və bu sektor çərçivəsində Azərbaycan, İran, İtaliya, BƏƏ, Türkiyə, Ukraynanın tanınmış şirkətlərinin istehsal etdiyi və öz orijinal üslubu ilə fərqlənən  yataq və qonaq otağı, eləcə də ofis və bağ mebelləri, habelə hamam otağı mebeli və bir çox digər məhsullar nümayiş etdiriləcəkdir. İtaliya və Ukraynanın istehsalçı şirkətləri ilk dəfə olaraq Azərbaycanın interyer bazarına xüsusi olaraq təbii materiallardan əl ilə hazırlanmış eksklüziv elit mebellər, eləcə də saraylar, mehmanxanalar və şəxsi villalar üçün interyer üzrə müxtəlif həll variantlarını təklif edəcəklər.

İŞGÜZAR PROQRAM

Artıq bir neçə ildir ki, sərgini geniş işgüzar proqram, o cümlədən təqdimatlar, seminarlar və ustad dərsləri müşayiət edir. Beləliklə, bu il 22-23 oktyabr tarixində “Xəzər İnşaat Həftəsi” çərçivəsində Bakı Ekspo Mərkəzində “Axis Communications”,”Proteh”, və ”Spancrete Global Services” şirkətləri tərəfindən altı seminar keçiriləcək. İşgüzar tədbirlər proqramı barədə daha ətraflı məlumatı sərginin www.bakubuild.az veb-saytından əldə edə bilərsiniz.

YUBİLEY PROQRAMI

“BakuBuild” sərgisi hər il əsil bayrama çevrilməklə yanaşı, bütün tikinti sənayesini bir araya gətirir. Bu il isə “BakuBuild” onun 20 illiyinə həsr edilmiş yubiley proqramı ilə fərqlənəcək, belə ki, təşkilatçılar tərəfindən əlavə tədbirlər proqramı hazırlanaraq həyata keçirilib və 11 oktyabr tarixində Mərkəzi Botanika bağında keçirilmiş “Birlikdə tikək” aksiyası belə tədbirlərdən birincisi olmuşdur. Şəhərin mərkəzi parklarından birinin abadlaşdırılmasında iştirak etmək artıq sərginin xoş ənənəsinə çevrilib. Sərginin təşkilatçıları və iştirakçıları sayəsində Mərkəzi Botanika bağında yeni skamyalar qoyulmuş və quşlar üçün xüsusi yem evcikləri quraşdırılmışdır. Ümumilikdə, tədbirdə 50-dən artıq şirkət iştirak edirdi.

Digər tədbir - Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə qəbul zamanı ən yüksək bal toplamış tələbəyə xüsusi mükafatın verilməsi mərasimi sərginin birinci iş günündə, yəni 22 oktyabr tarixində təşkil ediləcək. Həmçinin, bütün iştirakçıları və ziyarətçiləri sərginin yubileyinə həsr edilmiş müxtəlif suvenir və sürprizlər gözləyir. Yubileylə bağlı müvafiq materiallarda sərgiyə həsr edilən çap məhsulları olacaq. Bu, ilk növbədə sərginin rəsmi kataloqu, “Ежедневные новости” (“Gündəlik xəbərlər”) qəzetinin “Xəzər İnşaat Həftəsi 2014” adlı xüsusi buraxılışıdır. Beləliklə, sərginin 20-ci yubileyinə həsr edilmiş əlavə tədbirlər öz informativliyi, koloriti və müxtəlifliyi sayəsində xüsusi təntənə və bayram abu-havası yaradacaqdır.

ƏLAQƏDAR TƏDBİRLƏR

Bu il “BakuBuild” sərgisi ilə eyni meydançada 6-cı Beynəlxalq “İstilİk, havalandırma və kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” (“Aqua-Therm Baku 2014”) sərgisi və 7-ci Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS Caspian 2014”) sərgisi keçiriləcək.

6-cı Beynəlxalq “İstilİk, havalandırma və kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” (“Aqua-Therm Baku 2014”) sərgisi artıq 6 ildir ki, istilik, ventilyasiya, kondisiyalaşdırma (HVAC), hovuz, sauna və spa kompleksləri üçün avadanlıqlar sahəsində regionun aparıcı peşəkar sərgisi mövqeyini qoruyub saxlayır. 

“Aqua-Therm Baku 2014” sərgisində dünyanın 16 ölkəsindən 80 şirkət iştirak edir və bu ölkələr arasında Azərbaycan, İtaliya, BƏƏ, Çin, Ukrayna, Rusiya, Türkiyə və Çexiya var. Bu il sərgi iştirakçılarının coğrafiyasını BƏƏ, Serbiya, Xorvatiya və Çexiya tamamlayıb. Ümumilikdə, sərgidə “Aksima”, “Alarko Carrier” “Sanayi”, “Aquart”, “Az Filter”, “Besttecknik”, “Egeplast Ege Plastik”, “Euroclima”, “CVS”, “Danfoss”, “Foshan Shunde Yicheng Electric”, “Futura Form Kompozit ve Reklam Urunleri”, “Kaskad-Hidro”, “Mensan Menfez Klima”, “Metak”, “Mut Meccanica Tovo”, “Nenzi-M”, “Newcond”, “Sauna Inshaat”, “Sistem Dogalgaz Teknik”, “STP”, “Turan Makine Metal”, “Yuhuan Huaqiu Plumbing”, “Zehnder”, “Yusiko” və s. bu kimi aparıcı şirkət və brendlər iştirak edəcək. Sərginin debütantları iştirakçıların ümumi sayının 57 %-ni təşkil edir, belə ki, bu il əsas eksponentlərin tərkibinə “Azertexnolayn”, “Azklima”, “Baku Automation”, “Besma”, “Heisskraft”, “K-Flex”, “PCM”, “Soliton” və s. şirkətlər daxildir.

“Aqua-Therm Baku 2014” sərgisində iqlim avadanlıqları, ventilyasiya / istilik / kanalizasiya sistemləri, su filtrləri, plastik borular, fittinqlər, qaynaq aparatları, radiatorlar, boylerlrə (qazanlar), su çənləri, günəş enerjisi ilə işləyən hava qızdırıcıları / kollektorları, soyuducu aqreqatlar, havalandırma / ventilyasiya kanalları, hava şlanqları, qaz filtrləri / tənzimləyiciləri, istilik mübadiləsi qurğuları və bir çox digər məhsullar geniş şəkildə nümayiş etdiriləcək. “Aqua-Therm Baku 2014” sərgisi Bakı Ekspo Mərkəzinin ikinci və dördüncü zallarında, eləcə də kompleksin foyesində keçiriləcəkdir.

7-ci Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS Caspian 2014”) sərgisi regionda təhlükəsizlik üzrə ixtisaslaşdırılmış yeganə tədbirdir. “CIPS Caspian 2014” sərgisində Azərbaycan, Avstriya, İtaliya, Çin, Rusiya, Türkiyə, Çexiya, İsveç və digər ölkələrin istehsalçı şirkətlərinin işləyib hazırladıqları məhsullar nümayiş etdiriləcək. “A Yangin Guvenlik Sistemleri”, “AXIS Communications” və s. bu kimi şirkətlər daimi iştirakçılar siyahısına daxildir. “Aabacus”, “Azfire and Arsenal Fire Safety”, “Bolid”, “DAHUA” (Çin), “Hi Tech Solutions”, “Honeywell Life Safety”, “Ozak Gecish Teknolojiler” (Тürkiyə), “2N Telekomunikace” (Çexiya), “Ren group Service Global”, “Rusguard”, “Uni Mechanic and Construction”, “Olimpia Electrnics” (Almaniya), “Eusebi İmpianti” (İtaliya) və digər şirkətlər builki sərginin debütantlarıdır. “Azinterra” şirkəti yanğın texnikası üzrə Almaniyanın məşhur “SVT BRANDSCHUTZ” brendi ilə birlikdə iştirak edəcəkdir.

“CIPS Caspian” sərgisində təhlükəsizliyin təminatı üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə  sistemləri, qəza-xilasetmə texnikası, informasiya mühafizəsi üzrə vasitələr, ID-texnologiyalar, turniketlər və bir çox digər məhsullar nümayiş etdiriləcək. “Yanğın təhlükəsizliyinin təmin olunması sistemləri” sektorunda mütəxəssislərə tanınmış yanğın təhlükəsizliyi sistemləri, yanğın və mühafizə siqnalizasiyası, duman detektorları, yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar, duman zamanı vizual görüntü üçün termal kameralar, qoruyucu eynəklər və bir sıra digər məhsullar təklif edilir.

Bu il ilk dəfə olaraq, sərgidə beynəlxalq standartlara uyğun kassa və anbar sistemləri; nağd pul əməliyyatları və hesablama şöbələrində əməliyyatların təhlükəsizliyi üzrə beynəlxalq standartlara uyğun individual yanaşma sistemləri, müasir təhlükəsizlik vasitələri ilə inkassasiya xidmətlərinin təmin edilməsi və nağd pul vəsaitlərinin daşınması üzrə özünü məhvetmə funksiyası olan konteynerlər nümayiş etdiriləcəkdir.

“CIPS Caspian 2014” sərgisi çərçivəsində bir sıra təqdimat və seminarlar da keçiriləcək, belə ki, ilk dəfə olaraq, Azərbaycanda yeni şəbəkə videosu və IP video-müşahidə sahəsində yeni texnologiyalar və təmayüllər müzakirə ediləcəkdir. İstilik energetika kompleksinin mürəkkəb təhlükəsizliyinin avtomatlaşdırılması və idarə edilməsi üçün təhlükəsizlik video-müşahidəsi üzrə innovasiyalı texnologiyaların istifadəsi, eləcə də  nəqliyyatın intellektual monitorinqi barədə məruzə oxunacaq.

DƏSTƏK

“BakuBuild” sərgisinə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) tərəfindən dəstək göstərilir. Artıq altı ildir ki, “BakuBuild” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (“UFI”) keyfiyyət nişanını daşıyır.

2014-cü ildə keçirilən bütün sərgilərin rəsmi tərəfdaşları “JW Marriott Hotel Absheron Baku” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), “Greenwich Travel Club” (rəsmi turoperator) və  “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) şirkətidir.

TƏŞKİLATÇILAR

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” (Böyük Britaniya) şirkətləri çıxış edirlər. Sərginin uğuru “ITE Group plc” şirkətinin fəal surətdə beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgilərdə iştiraka cəlb edən bütün tərəfdaşlar şəbəkəsinin kollektiv işinin nəticəsidir. Sözügedən tərəfdaş şirkətlər arasında “ITE London”, “EUF” (Тürkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ), “International Show srl.” (Italiya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) şirkətləri yer alır.

“Xəzər İnşaat Həftəsi” barədə ən son xəbərlər operativ surətdə sərginin veb-saytlarında və sosial şəbəkələrdə yerləşdiriləcək. Sərgi üçün iştirakçıların rəsmi kataloqu buraxılıb və bu kataloq artıq bir neçə ildir ki, tikinti sahəsində yerli istehsalçıların işgüzar əlaqələri üçün naviqator funksiyasını yerinə yetirir. Həmçinin, sərginin rəsmi qəzeti - “Daily News” qəzetinin iki nömrəsinin nəşri planlaşdırılıb və bu nömrələrdə sərginin iştirakçıları və tədbirlər barədə məlumatlar yerləşdiriləcək. Ziyarətçilərin rahatlığı üçün “Nəriman Nərimanov” metro-stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə xüsusi pulsuz avtobuslar da təşkil edilmişdir.

Beləliklə, sərgi dörd iş günü ərzində on minlərlə mütəxəssisə tikinti sənayesinin yenilikləri ilə tanış olmağa, müqavilələr imzalamağa, sənayenin aparıcı istehsalçıları və distribyutorlarının tərəfdaşlarına çevrilməyə və beləliklə də, ölkənin sürətlə inkişaf edən tikinti sənayesində yeni texnologiyaları tətbiq etməyə imkan verəcəkdir.

“Xəzər İnşaat Həftəsi” oktyabr ayının 25-də öz işini yekunlaşdıracaq.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  24/02/2021 25/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek