Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






20.10.2015 12:41

21 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi” start götürür.

21 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi” start götürür. Bu tədbir həm iştirakçıların sayına, həm də iştirakçılar tərəfindən tutulan sahəyə görə regionda qeyri-neft sektorunun ən böyük sərgisi sayılır. “Xəzər İnşaat Həftəsi”ni təşkil edən üç sərgi, yəni 21-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild 2015”) sərgisi, 8-ci Beynəlxalq “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, Su  təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” (“AquaTherm Baku 2015”) sərgisi və 8-ci Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS Caspian 2015” sərgisi Bakı Ekspo Mərkəzinin bütün pavilyonları və açıq meydançasını, habelə foyesini əhatə edir. Bu il “Xəzər İnşaat Həftəsi”ndə dünyanın 30 ölkəsindən 535 şirkət iştirak edəcək.

21-ci Azərbaycan Beynəlxalq “İnşaat” sərgisi

“BakuBuild 2015” iştirakçılarının ümumi sayının 40%-nə yaxın hissəsi ölkə bazarına ilk dəfə daxil olan şirkətlərdən ibarətdir. Azərbaycan şirkətləri isə bu il bütün eksponentlərin 49%-ni təşkil edir. Sərgidə hər il iştirak edən “Akkord”, “Mətanət А”, “Holcim Azerbaijan” və digər şirkətlər tədbir çərçivəsində öz məhsullarını nümayiş etdirəcəklər. Builki sərginin sponsorları “Corella” (“NB Group” şirkəti) və “Akkord Cement” brendləridir. Yerli inşaat materialları və texnikasının istehsalçıları və distribyutorları sərgidə daim iştirak edir və xarici şirkətlərlə müqayisədə, ildən-ilə öz məhsullarının keyfiyyətinin və rəqabət qabiliyyətinin artmasını nümayiş etdirirlər.

Bu il “BakuBuild” sərgisinin xarici iştirakçılar bloku Almaniya, Italiya, Çin, Rusiya, İran, Ukrayna, Sinqapur və digər ölkələrdən olan şirkətlərdən ibarətdir. Əvvəllər olduğu kimi, bu il də Türkiyə istehsalçıları Azərbaycanın inşaat bazarına olan maraqlarını qoruyub saxlamaqla yanaşı, sərgidə geniş sahələri rezervasiya etmişlər. Həmçinin, bu il ilk dəfə olaraq Fransanın istehsalçı şirkətlər qrupu da sərgidə iştirak edir.

Ənənəvi olaraq, sərgidə milli stendlər fəal şəkildə iştirak edir, belə ki, bu il 7 ölkə, o cümlədən sərginin daimi iştirakçıları - Almaniya, İtaliya, İran, İspaniya və BƏƏ, habelə bu ilin debütantları olan Çexiya və Hindistan öz milli ekspozisiyalarını kollektiv surətdə təqdim edirlər. İtaliya öz stendində ən çox sayda şirkəti – İtaliyanın müxtəlif regionlarından 66 istehsalçı və distribyutoru təqdim edir. Bu ilin debütantı olan Hindistanın 15 şirkətdən ibarət qrupunun iştirakına təşkilati dəstək isə Hindistanın Ticarət və Sənaye Palatası tərəfindən göstərilir.

“BakuBuild 2015” sərgisinin məhsul və xidmətlər çeşidi inşaat materialları və texnikasının, eləcə də interyer məhsullarının bütün spektrini əhatə etməklə yanaşı, bu ilin əsas təmayüllərini – orijinallıq və etibarlılığı nümayiş etdirir. Belə ki, bu il sərgidə aparıcı istehsalçı və distribyutorların keramika, bəzək daşı, mərmər, lak-boya materialları, pəncərə və qapılar, dam və döşəmə örtükləri, mebel, küçələr üçün işıqlandırma cihazları, park abadlaşdırma məhsulları, metal və bürünc məmulatlar, eləcə də ağır inşaat texnikası təqdim olunur. Taxta pəncərə, qapı və döşəmələr aparıcı Avropa brendləri və yerli istehsalçılar tərəfindən təqdim olunur. Sərgidə eksklüziv məhsul həvəskarları üçün İtaliyadan kübar santexnika məhsulları nümayiş etdiriləcək. İnşaat şüşəsi və şüşə məmulatlardan ibarət ekspozisiyanı isə sərginin yaraşığı adlandırmaq olan.

Bu il sərginin “Mebel” bölməsi öz sahəsinə görə xeyli böyüyüb və bu bölmə çərçivəsində Azərbaycan, İtaliya, BƏƏ və Türkiyədən məşhur şirkətlər unikal dizayn üslubu ilə fərqlənən fərdi yataq və qonaq otağı mebellərini, habelə ofis və bağ mebelləri, vanna otağı mebelləri və bir sıra digər məhsulları nümayiş etdirir.

“BakuBuild” sərgisi bu sektorun cari durumunu əks etdirməklə yanaşı, həm də gələcəyin innovativ texnologiyalarını, yaxın gələcəkdə bu sahədə tətbiq olunacaq təmayüllərini və qabaqcıl təkmilləşdirmələri nümayiş etdirir. 2015-ci ilin innovativ məhsulları arasında açıq meydançalar – yay kafeləri, müvəqqəti şəhərciklər, bağça cığırları üçün təkbaşına asanlıqla montaj olunan polipropilen yığma örtüklər, eləcə də dam örtüyü, taxta üçün qoruyucu və rəngləyici vasitələr, sement və yeni nəsil örtüklər, Fransadan vanna otaqları üçün 2 fərqli lüləkdən ibarət yüksək keyfiyyətli su qarışdırıcıları və “Muran” şüşəsindən və ya büllur, keramika və qara taxtadan əl ilə düzəldilən özünəməxsus dəstəklər, dəbdə olan vinil kafellər və Çexiyadan gətirilmiş digər örtüklər, yığma beton məmulatların kiçik həcmli istehsalı üçün İtaliyadan kiçik beton zavodları, xarici və daxili səthlərdə taxta hissələr üçün Türkiyədən qoruyucu və rəngləyici vasitələr, bəzək örtüyü lövhələri, binalar üçün eksklüziv işıqlandırma sistemləri və xüsusi olaraq layihələndirilən işıqlandırma sistemləri var. Milli stendlər öz qruplarında bir çox maraqlı və innovativ materiallar təqdim edir. Yeni məhsulların tam kataloqu sərginin www.bakubuild.az veb-saytında yerləşdirilmişdir. Yeni məhsul və xidmətləri təqdim edən şirkətlərin stendləri is xüsusi “Yeni məhsul/ Yeni xidmət” nişanı ilə işarələnib.

Sərgidə təqdim olunan çoxsaylı sektorları nəzərə alaraq, təşkilatçılar sərgi ziyarətçilərinin onları maraqlandıran məhsul və şirkəti asanlıqla tapa bilmələri üçün rəsmi kataloqun sonunda verilən məhsul siyahısından istifadə etməyi tövsiyə edir.

8-ci Beynəlxalq

İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji Sərgisi

Keçirildiyi illər ərzində Beynəlxalq “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, Su  təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” (“Aqua-Therm Baku 2015”) sərgisi İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri sahəsinin peşəkar mütəxəssislərinin görüşü, yeni tərəfdaşların axtarılıb tapılması və sərfəli müqavilələrin imzalanması, eləcə də Xəzər və Qafqaz bazarlarında işgüzar fəaliyyətin genişləndirilməsi üçün mükəmməl platforma kimi özünü doğruldub. Bu il sərgi 8-ci dəfə keçirilir.

Bu il “Aqua-Therm Baku 2015” sərgisi Azərbaycan, Belçika, Danimarka, Almaniya, İtaliya, Çin, Rusiya, Türkiyə Xorvatiya, İsveçrə və BƏƏ-dən 60 şirkəti bir araya gətirib. Sərgi iştirakçılarının siyahısında aşağıdakı şirkətlər var: “Azertexnolayn” (Azərbaycan), “Aquamarket” (Azərbaycan), “Aquart” (Azərbaycan), “Azelektro” (Azərbaycan), “Chemoform” (Almaniya), “Danfoss” (Azərbaycan-Danimarka), “Euroclima” (Azərbaycan), “Kaskad – Hidro” (Azərbaycan), “Metak” (Azərbaycan), “Valvosanitaria Bugatti” (İtaliya), “Vargon” (Xorvatiya), “Terendis” (Belçika), “Sauna İnshaat” (Azərbaycan-Finlandiya), “Yuhuan Jingyu Valve Factory” (Çin), “Yusiko” (Azərbaycan) və s.

Bakı Ekspo Mərkəzinin ikinci və dördüncü zallarında, habelə foyesində yerləşən “Aqua-Therm Baku 2015” sərgisində hovuzlar üçün avadanlıqlar, iqlim avadanlıqları, ventilyasiya, istilik və kanalizasiya sistemləri, su filtrləri, plastik borular, boru ləvazimatları, radiatorlar, su qızdırıcı qazanlar, su çənləri, günəş enerjisi ilə işləyən hava qızdırıcıları, soyuducu aqreqatlar, hava verən borular, ventilyasiya kanalları, hava şlanqları, qaz filtrləri, qaz reduktorları, istilik mübadiləsi qurğuları və bir çox digər məhsullar geniş surətdə təqdim olunur. Yeni məhsullar arasında qaz rampalarını, içməli suyun emalı və kanalizasiya sularının təmizlənməsi üçün yeni texnologiyaları və əvvəlcədən izolə edilmiş elastik plastik boruları qeyd etmək olar. Sərgidə həmçinin aşağıdakı brendlər təqdim olunur: “Altıntaş”, “Arcelik”, “Belimo”, “Bugatti”, “Chemoform AG”, “Danfoss”, “Elektro-Kalori Esbe”, “Flam”, “Firestone”, “Harvia”, “Hidtrotech Group”, “Immergas”, “Metem”, “Mitsubishi”, “Vargon”, “Fujitsu” və s.

8-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi

Regionun təhlükəsizlik üzrə yeganə beynəlxalq ixtisaslaşmış sərgisi - Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS Caspian 2015”) sərgisi Azərbaycan, ABŞ, Belorus, BƏƏ, Böyük Britaniya, Çin, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlərin istehsallarını təqdim edir. Daimi iştirakçılar arasında  “A Yangin Guvenlik Sistemleri”, “Arsenal”, “Azfire Safety”, “Ren Group Global Servis”, “SafeLife”  və s. bu kimi şirkətlər var. Xarici iştirakçılar “CIPS Caspian 2015” eksponentlərinin 60%-dən çox hissəsini təşkil edirlər. Həmçinin, iştirakçıların yarısından çoxunu yeni şirkətlər təşkil edir. Bu ilin debütantları “Azinteco”, “Digital Solutions”, Protect.az, “Gozcu Guvenlik”, “Southwest MW”, “Teko Ticarət Evi” MMC, “Poliservis” və s. kimi şirkətlərdir.

“CIPS Caspian” sərgisində təhlükəsizliyin təmin edilməsi üçün texniki vasitələr, mühafizə televiziyası və müşahidə, qəza-xilas texnikası, məlumat mühafizəsi vasitələri, “smart”-kartlar, İD (şəxsiyyəti tanıma) texnologiyaları, turniketlər və bir çox digər məhsullar nümayiş etdirilir. “Yanğın təhlükəsizliyinin təminatı sistemləri” bölməsində yanğından mühafizə sistemləri, yanğın və mühafizə siqnalizasiyaları, tüstü ötürücüləri, texniki yanğın kameraları, xüsusi təyinatlı yanğın əleyhinə avadanlıqlar və bir çox digər məhsullar mütəxəssislərə təqdim olunacaq. İlk dəfə olaraq, sərgi çərçivəsində böyük perimetrli ərazilərin, məsələn: zavod, fabrik və ya universitet şəhərciyi, tələbə düşərgəsi kimi ərazilərin mühafizəsi sistemləri təqdim olunur.

“XƏZƏR İNŞAAT HƏFTƏSİ”NİN İŞGÜZAR PROQRAMI

Artıq uzun illərdir ki, bu sərgini təqdimatlar, seminarlar və ustad dərslərindən ibarət zəngin işgüzar proqram müşayiət edir. Bu il “Xəzər İnşaat Həftəsi” çərçivəsində 21-24 oktyabr tarixində Bakı Ekspo Mərkəzində müxtəlif şirkətlər tərəfindən 6 seminar keçiriləcək. İşgüzar proqram çərçivəsində “Ağır texnikada az sərfiyyat və çox mənfəət” (“CBG” MMC), “Konstruktiv betonun gələcəyi” (“Caspian Construction Systems” MMC, “Euclid & Flowcrete RPM” kimya şirkəti), “İnşaat sektorunda fəaliyyət göstərən müəssisələr üçün faydalı proqram texnologiyaları” (“Ultra Technologies” şirkəti), “Bir məhsulda istilik, su və səs izolyasiyasını birləşdirən odadavamlı suvaq sistemi” (“Caspian Construction Systems” MMC, “Konizma Construction Thermal Insulation Inc. Co” şirkəti), “İP texnologiyası və Video-domofon (“Dahua Technologies” şirkəti), “Analoq sistemlər üçün HDCVI-HD keyfiyyəti” (“Dahua Technologies” şirkəti) adlı mövzular müzakirə olunacaq. Sərginin www.bakubuild.az veb-saytında işgüzar tədbirlərin proqramı ilə daha yaxından tanış olmaq mümkündür.

DƏSTƏK

“BakuBuild” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir.

2015-ci ildə keçirilэn bütün sərgilərin rəsmi tərəfdaşları “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Greenwich Travel Club” (rəsmi turoperator) şirkətləri, eləcə də “Jumeirah Bilgah Beach Hotel Baku” və “Qafqaz Point Hotel” (rəsmi otellər) mehmanxanalarıdır.

TƏŞKİLATÇILAR

Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group Plc” şirkəti çıxış edir. Sərginin uğuru “ITE Group Plc” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsinin kollektiv fəaliyyəti nəticəsində təmin olunur. Onların arasında “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ), “Invernizzi Group” (İtaliya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) şirkətləri var.

Sərginin “Daily News” adlı rəsmi qəzeti tədbir ilə eyni vaxtda dərc olunacaq və burada sərgi iştirakçıları barədə məlumatlar, eləcə də sərgi çərçivəsində baş verən hadisələr əks etdiriləcəkdir. “Xəzər İnşaat Həftəsi”nin ən son xəbərləri sərgilərin veb-saytlarında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə operativ surətdə yerləşdiriləcək.

Bundan əlavə, bu il sərgidə “WorldBuild365” adlı yeni internet resurs təqdim olunur. Dünyada həyata keçirilmiş inşaat bir çox sərgilərin, o cümlədən “BakuBuild” sərgisinin təşkilatçısı olan “ITE Build&Interiors” şirkəti inşaat, memarlıq, dizayn və dekor sahəsində alıcıları və təchizatçıları bir araya gətirən yeni rəqəmsal məhsulu istifadəyə verdi. “WorldBuild365” portalı özündə məhsulların “onlayn” kataloqu və ixtisaslaşdırılmış platforma funksiyalarını birləşdirməklə yanaşı, veb-sayt ziyarətçilərinin geniş məhsul kataloqunu təkcə sərgi dövründə deyil, həm də bütün il boyu nəzərdən keçirmələrinə, təchizatçıların isə öz məhsulları haqqında məlumatı istədikləri vaxt yükləyərək yeniləmələrinə imkan verir. Bu veb-sayta aşağıdakı link vasitəsi ilə daxil olmaq mümkündür: www.worldbuild365.com

Beləliklə, sərgilərin dörd günlük fəaliyyəti ərzində on minlərlə mütəxəssis inşaat sahəsinin innovativ texnologiyaları ilə tanış olaraq müqavilələr imzalaya və bu sahənin aparıcı istehsalçıları və distribyutorları ilə tərəfdaşlıq əlaqələri qura və bununla da, ən yeni texnologiyaları ölkənin sürətlə inkişaf edən inşaat sahəsində tətbiq edə biləcəklər. “Xəzər İnşaat Həftəsi” 24 oktyabr tarixində öz işini başa vuracaq. Ziyarətçilərin rahatlığı üçün metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə xüsusi (pulsuz) avtobuslar təşkil olunacaq.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  24/02/2021 25/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek