Baş xəbərlər24.01.2013 10:21 İlham Əliyev Davosda “Holcim Group” şirkətinin rəhbəri ilə görüşüb
Bakı, 23 yanvar, SalamNews, Ə.Əlioğlu. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Holcim Group” şirkətinin rəhbəri Bernard Fontana ilə görüşüb. SalamNews-un məlumatına görə, ötən il Bakıda “Holcim Group” şirkətinin sement zavodunun açılışında Prezident İlham Əliyevin iştirakını məmnunluqla xatırladan Bernard Fontana Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğunu yüksək qiymətləndirib. Bu şəraitin səmərəli fəaliyyət üçün yaxşı zəmin yaratdığını bildirib. Prezident İlham Əliyev “Holcim Group” şirkəti tərəfindən Azərbaycana sərmayə yatırılmasının önəmini söylədi. Dövlət başçısı bu şirkət ilə ölkəmiz arasında əməkdaşlığın İsveçrə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına töhfə verdiyini vurğulayıb. Görüşdə Azərbaycan-İsveçrə biznes əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
bütün xəbərlər
|