Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

07.03.2013 11:45

“Norm” şirkəti “BakuBuild 2013” inşaat sərgisinin “Qızıl” sponsoru oldu!

Oktyabr ayının 23-dən 26-dək Bakı Ekspo Mərkəzində “BakuBuild 2013” 19-cu Azərbaycan Beynəlxalq “İnşaat” sərgisi keçiriləcək. Bu il Cənubi Qafqazın ən böyük inşaat tədbiri - “BakuBuild” sərgisində 400-dən çox şirkətin iştirakı gözlənilir. Ənənəvi olaraq, sərgiyə bir sıra ölkələrin kollektiv milli stendləri də qoşulur. Sərginin təşkilatçıları bildirirlər ki, artıq sərgi sahəsinin 60%-dən çoxu həm daimi iştirakçılar, həm də bu il onların sırasına qoşulan şirkətlər tərəfindən tutulmuşdur. Onlar arasında ötən il “BakuBuild” sərgisində debüt etmiş “Norm” MMC də var. Bu il isə “Norm” MMC sərgidə stendlə iştirak etməklə yanaşı, “BakuBuild 2013” sərgisinin “Qızıl” sponsoru olmaq qərarını da qəbul edib.

“Norm” MMC-nin Baş direktoru Həsən Yalçınqaya yeni növ əməkdaşlığı bu cür şərh etdi: “BakuBuild” sərgisinin qızıl sponsoru qismində çıxış etməkdən Norm MMC olaraq məmnunluq duyuruq. Xəzəryanı regionda inşaat sahəsinin ən böyük tədbiri olan bu sərgidə iştirak etməkdə məqsədimiz şirkətimizi və yeni brendimizi tanıtmaqdan ibarətdir. Hal hazırda biz tikinti təşkilatları ilə iş əlaqələrinin qurulması və satış imkanlarının araşdırılması üzərində işləyirik. Sərgi hər il bu tədbiri ziyarət edən 12 mindən çox mütəxəssislə ünsiyyət saxlamaq və təşviqat kampaniyasını həyata keçirmək imkanı verir. Biz əminik ki, potensial müştərilərin cəlb olunmasında və şirkətimizin gələcək inkişafında  sərgi əhəmiyyətli rol oynayacaqdır.

“Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov isə bunları qeyd etdi: “Biz yerli şirkətlərin sərgidə fəal iştirakını rəğbətlə qarşılayırıq və “Norm” şirkətini iştirakçılar arasında, eləcə də sərginin “Qızıl” sponsoru qismində görməyə şadıq. Şübhəsiz ki, regionun aparıcı inşaat şirkətləri ilə birlikdə “BakuBuild 2013” sərgisində fəal iştirak şirkətin sifarişçilərlə qarşılıqlı münasibətlərinə və imicinin möhkəmləndirilməsinə müsbət təsir göstərəcək, ziyarətçilərin “Norm” şirkətinin məhsulları ilə daha yaxından tanış olmalarına və onun üstünlüklərini qiymətləndirmələrinə imkan yaratmaqla yanaşı, qarşıya qoyulmuş marketinq məqsədlərinə nail olmağa kömək edəcəkdir”.

 

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  28/02/2021 01/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek