Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

24.10.2013 11:00

“BakuBuild-2013”: dünya inşaat sənayesinin ən son nailiyyətləri

23 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi”nə start verən “BakuBuild 2013” 19-cu Azərbaycan Beynəlxalq “İnşaat” sərgisi, “Aqua-Therm Baku 2013” 5-ci Yubiley Beynəlxalq “İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” sərgisi və “CIPS Caspian 2013” 6-cı Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” sərgisinin açılışı oldu.

Ənənəvi olaraq, bu üç genişmiqyaslı sərginin təşkilatçıları qismində Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” MMC çıxış edirlər.

Sərginin rəsmi açılış mərasimində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Məhəmmədəli Əfəndiyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və İnformasiya şöbəsinin müdiri Cahangir Qocayev və İtaliyanın Azərbaycandakı səfiri cənab Campaolo Kutilo iştirak etdilər. Açılış mərasimində çıxış edən natiqlər Azərbaycanın inşaat sənayesində ölkənin iqtisadi inkişafına və sərmayə axınına müsbət təsir edən irimiqyaslı dəyişikliklərin əhəmiyyətini vurğuladılar. “BakuBuild” ekspozisiyasının hər il artım nümayiş etdirməsi də bunu əyani şəkildə əks etdirir.

“ITE Group plc” şirkətinin direktoru cənab Edvard Stroon sərginin mislsiz artım göstəricilərini qeyd edərək göstərdikləri dəstək üçün Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) təşəkkür etdi.

Sərgi üzrə keçirilən “VIP”-tur zamanı qonaqlar “Mətanət A”, “Baku Steel Company”, “Gerard” (“Arsenal center”), “Holsim Azerbaijan”, “Knauf”, “Norm” və digər şirkətlərin stendlərini ziyarət edərək inşaat texnikası, inşaat materiallarının istehsalı, arxitektura, dizayn və s. bu kimi sahələr üzrə ən yaxşı layihələr, ideyalar və təkmilləşdirmələrlə tanış oldular. Sərgidə xidmət, məhsul və yeni texnologiyaların dünya səviyyəli istehsalçılarının təqdimatları, eləcə də müasir təhlükəsizlik tələblərinə cavab verən yüksək keyfiyyətli döşəmə və dam örtükləri böyük marağa səbəb oldu. Dizayn üzrə qeyri-adi həll variantlarına malik mebel istehsalçılarının stendləri, eləcə də Bakı Ekspo Mərkəzinə bitişik ərazidə təqdim olunan inşaat texnikası bölümü ziyarətçilərin diqqətini cəlb etdi. Sözügedən bölüm çərçivəsində “Azlift”, “Aztexnika”, “Prolink Caspian”, “HYDROKON” və “Hitachi” kimi inşaat texnikası liderləri ən yeni məhsullarını nümayiş etdirirlər.

Hazırda ziyarətçilərin əksəriyyəti stendlərdə nümayiş etdirilən yeni məhsul və xidmətlərlə tanış olur, məhsullar arasında seçim edir, ekspertlərdən məsləhətlər alır və ya əlverişli müqavilələr imzalayırlar. Builki zəngin işgüzar proqram çoxsaylı seminar, təqdimat və ustad dərsləri ilə fərqlənir. Təşkilatçılar tərəfindən təklif olunan intensiv ünsiyyət forması sayəsində iştirakçılar potensial müştəriləri öz məhsullarının üstünlükləri, texnoloji bilikləri və perspektivli layihələri ilə daha səmərəli şəkildə tanış edirlər.

“BakuBuild 2013” sərgisinin “Qızıl” sponsoru qismində “Norm” şirkəti çıxış edir. “Holcim Azerbaijan” və “Emirates Steel” şirkətləri də sərginin sponsorları sırasında yer alır. “Iteca Caspian” şirkəti tərəfindən 2013-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkətidir. Sərginin rəsmi otelləri “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları, rəsmi turoperatoru isə “Greenwich Travel Club” şirkətidir.

 

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  28/02/2021 01/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek