Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

24.10.2013 11:07

Maili qazma qurğularının aktuallığı

Yekaterina Qiniyatullina, “Forward HDD” (Rusiya) şirkətinin Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri:

– “Forward HDD” beynəlxalq şirkəti yeraltı kommunikasiya xətlərinin çəkilməsi üçün nəzərdə tutulmuş maili qazma qurğularının (MQQ) istehsalı, servisi və satışı ilə məşğuldur. Şirkətin baş ofisi Kazan şəhərində, istehsal obyektləri isə Çində yerləşir. Biz 11-133 ton və daha artıq dartı qüvvəsinə malik yüksək keyfiyyətli maili qazma avadanlıqları, eləcə də müxtəlif region və ölkələrdə fəaliyyət göstərən diler şəbəkələri və servis mərkəzləri vasitəsilə ən yaxşı texniki dəstək, təlim və məsləhət xidmətlərini təklif edirik.

“FORWARD” şirkətinin bütün MQQ modelləri ABŞ-ın “SAUER DANFOSS” şirkətinin istehsal etdiyi orijinal hidravlik sistemlər və məşhur brendlərin əsas komponentləri ilə təchiz olunub. “FORWARD” markalı maili qazma qurğularının istehsalı zamanı biz müştərilərimizin fəaliyyət göstərdikləri regionların iqlim və coğrafi xüsusiyyətlərini də mütləq nəzərə alırıq.

Biz Azərbaycanda keçirilən bu sərgidə ilk dəfə iştirak edirik və bu qərarımız ölkənizdə intensiv inşaat prosesi ilə şərtlənir. Avadanlıqlarımızın qiymət-keyfiyyət nisbəti optimaldır  və deməli, bizim avadanlıqlara burada da tələbat olacaq. Biz həmçinin əminik ki, müştərilərin əksəriyyəti bu təkliflə maraqlanacaq. Rusiya Federasiyası və MDB ölkələrində artıq məşhur olan avadanlıqlarımızdan Azərbaycanda hələ ki istifadə olunmur. Belarus, Qazaxıstan və Ukraynada isə şirkətimizin diler və servis mərkəzləri fəaliyyət göstərir.

Biz ümid edirik ki, sizin ölkənizdə də dilerlər tapa biləcəyik!

 

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  28/02/2021 01/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek