Baş xəbərlər24.10.2013 11:39 Mərmər emalında unikal texnologiya
Sanni Şuo (Sunny Shuo), “Marmocer” (Çin) şirkətinin İxrac şöbəsinin meneceri: – Çində yerləşən “Marmocer” istehsal şirkəti mərmər emalı sahəsində fəaliyyət göstərir. Artıq 14 ildir ki, biz mərmər emalı sahəsində öz yeni və unikal texnologiyamızdan istifadə edirik. Bu texnologiya 4 mm qalınlığında mərmər plitələrin 8 mm-lik keramik plitələrlə birləşdirilməsinə əsaslanır. Sözügedən texnologiya ekoloji cəhətdən təhlükəsizdir və bu da ətraf mühitə təsiri minimuma endirərək keyfiyyətli məhsul istehsalını genişləndirməyimizə imkan yaradır. Məhsullarımızın beynəlxalq bazarlarda təşviqi üzrə kampaniya çərçivəsində biz nəinki Çində, eləcə də İndoneziya, İtaliya, Fransa, Portuqaliya, Rusiya, İran və Azərbaycanda 80-dən artıq sərgi mərkəzini əhatə etmişik. Hazırkı sərgidə biz ikinci dəfə iştirak edirik və bir il əvvəl burada özümüzə tərəfdaş tapmışıq. Əməkdaşlığımız inkişaf edir və ola bilsin ki, sərgidən sonra biz yeni eksklüziv saziş imzalayacağıq. Biz dazim bir eksklüziv distribyutorun olmasına üstünlük veririk və belə olan halda, həmin distribyutor “Marmocer Azerbaijan” brendi altında fəaliyyət göstərəcək. Bu baxımdan, inşaat sərgisinin göstərdiyi köməklik bizim üçün həm faydalı, həm də əlverişli amildir.
bütün xəbərlər
|