Baş xəbərlər24.10.2013 12:13 Keyfiyyətli məhsulların geniş çeşidi
Vüsal Əzməmmədov, “Altis Group of Companies” şirkətlər qrupunun Satış üzrə meneceri: – Bizim istehsal qrupumuz artıq 8 ildir ki, “Altis-Glass”, “Altis-PVC” və “Altis-Aluminium” şirkətləri vasitəsilə Azərbaycan bazarında təmsil olunur. Qeyd etmək istəyirəm ki, “Altis” şirkəti yerli bazarda özünü yaxşı tərəfdən sübut etmişdir və şirkətin fəaliyyəti barədə broşürdə həm Bakı, həm də respublikanın rayonlarında iri binaların avadanlıqlarla təchiz olunması sahəsində həyata keçirdiyimiz çoxsaylı layihələr əks olunmuşdur. Biz fasad layihələri (şüşə, alüminium, polivinilxlorid (PVC)) işləyib hazırlayırıq. Şüşə, alüminium və PVC istehsal edən fabrikimiz keyfiyyətli məhsullar təklif edir və məhsul çeşidimiz daim genişlənir. Biz hazırkı inşaat sərgisində debütant kimi iştirak edirik və “BakuBuild 2013” sərgisi sayəsində satış həcmimizi genişləndirəcəyimizə və yeni tərəfdaşlar tapacağımıza ümid bəsləyirik. Bizim sərgidə nümayiş etdirmək istədiyimiz yeni material və ideyalarımız var. Azərbaycanda inşaat bazarı ilbəil genişlənərək dinamik və perspektivli şirkətlərin mövcudluğunu tələb edir. Buna görə də, biz bu sahədə mövqeyimizi möhkəmləndirməyə çalışırıq. Peşəkar sərginin təşkili bizi tam qane edir, belə ki, sərgi ən yüksək səviyyədə həyata keçirilir. Burada çoxsaylı tikinti şirkətləri iştirak edir ki, bu da bütün iştirakçıların və onların tərəfdaşlarının işində səmərəli şəkildə əks olunur.
bütün xəbərlər
|