Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

24.10.2013 20:07

Dam örtükləri üçün kompleks sistemlər

Hamdulla Abiş (Hamdulla Abish), “Monier Group” (Türkiyə) şirkətinin Satış və marketinq üzrə meneceri:

– Biz bütün Türkiyə ərazisində fəaliyyət göstəririk, əsas zavodumuz isə İstanbul şəhərində yerləşir. Şirkətimiz “Braas” brendli dam örtüklərini və bu örtüklər üçün metal konstruksiyalar istehsal edir. Biz dam örtüklərini satışa çıxarmaqla yanaşı, onların quraşdırılması və bərkidilməsi üzrə yeni həll variantları da təklif edirik. Şirkətimizin bütün Türkiyə üzrə 40 zavodu, Malayziya, Hindistan və Avropada isə bir neçə müəssisəsi fəaliyyət göstərir. Azərbaycanda hələ ki dilerimizin yoxdur, lakin buna baxmayaraq, müştərilərlə birbaşa əlaqə sayəsində ticarət əməkdaşlığı qurulmuşdur. Buna görə də “BakuBuild” sərgisində iştirakımız etibarlı işgüzar tərəfdaş axtarışı ilə əlaqədardır.

Azərbaycan sürətlə inkişaf edən bir ölkədir və bu inkişaf inşaat sektorunda daha aydın müşahidə olunur. Mən hesab edirəm ki, yerli bazar gələcəkdə də inkişaf edəcək və buna görə də zaman keçdikcə Azərbaycanın inşaat sektorunda möhkəm mövqe tutacağımıza ümid bəsləyirəm. Azərbaycandan olan müştərilər www.braas.com.tr vebsaytı vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər. Biz “BakuBuild” sərgisində hər il olmasa da son 9 ildə (hazırkı iştirakımız da daxil olmaqla) 3 dəfə iştirak etmişik. Sərginin faydası danılmazdır, çünki biz hər dəfə burada real müştərilərlə görüşürük.

 

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  28/02/2021 01/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek