Baş xəbərlər24.10.2013 20:11 Biz eyni zamanda bir neçə iri layihəni həyata keçirmək iqtidarındayıq
Elçin Niyazov, “AS Group Investment” şirkətinin Marketinq və biznesin inkişafı şöbəsinin rəhbəri: – Azərbaycan bazarında 10 illik fəaliyyətimiz ərzində biz beton əsaslı inşaat materiallarının hazırlanması üzrə fəaliyyətimizi daha da təkmilləşdirmiş və iri beton konstruksiyaların istehsalına başlamışıq. Sözügedən məhsul nümunələrini stendimizdə görə bilərsiniz. Bu məhsullar əsasən Ağsu, İsmayıllı və Qəbələ rayonlarında Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən infrastruktur layihələrində istifadə olunur. Bundan başqa, Bakı, Xırdalan, Gəncə və Yevlax şəhərlərində yerləşən istehsal sahələrimizdə armatur karkas, paya və kimyəvi beton qatqılarının istehsalı üçün xüsusi avadanlıqlarımız var. Hövsan qəsəbəsində ümumilikdə 330ha ərazidə yaşayış kompleksinin tikintisi üzrə layihə çərçivəsində Bakı sakinləri və şəhərin qonaqları üçün sevimli istirahət yerinə çevriləcək “Disneyland” tipli əyləncə parkının inşası planlaşdırılır. Şirkətimiz eyni zamanda bir neçə iri layihəni həyata keçirmək iqtidarındadır və biz yeni sifarişçi və sərmayədar axtarışındayıq. Bununla əlaqədar, “BakuBuild” sərgisi keçmiş dost və tərəfdaşlarla görüşməyə, eləcə də yeni istehlakçı tapmağa kömək edir. Burada birbaşa stenddə imkanlarımızın nümayişi, müzakirələrin aparılması və əməkdaşlıqla bağlı razılaşmalar üçün əla imkanlar yaradılıb. Məhz buna görə də, biz “BakuBuild” sərgisində müntəzəm iştirak edirik.
bütün xəbərlər
|