Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

26.10.2013 11:03

Ekoloji cəhətdən təmiz Finlandiya evləri

Tiina Rantanen (Tiina Rantanen),

“HONKA” (Finlandiya) şirkətinin MDB ölkələrinə ixrac məsələləri üzrə direktoru:

– Yüksək keyfiyyətli taxta-şalban evlərin istehsalçısı - “HONKA” (Finlandiya) şirkəti bütün dünyada taxta-şalban evlərin tikintisi üzrə liderdir. Biz məhsullarımızı Avropa və Asiyanın ümumilikdə 30-dan çox ölkəsinə təchiz edirik və bu ölkələrdə özümüzü ən yaxşı tərəfdən göstərə bilmişik. Təchiz etdiyimiz evlər qapı, pəncərə və bütün lazımı komponentlərlə təchiz olunur. 1958-ci ildə təsis olunmuş şirkətimiz beynəlxalq müstəvidə zəngin təcrübəyə malikdir. Biz Azərbaycan bazarını hələ 3-4 il əvvəl – ilk məhsullarımızı bu ölkəyə təchiz edərkən mənimsəməyə başlamışıq və bu regionu çox perspektivli hesab edirik. Biz əminik ki, Azərbaycanda ekoloji cəhətdən təmiz evlərimiz getdikcə daha da məşhurlaşacaq.

“BakuBuild” sərgisi Azərbaycandakı fəaliyyətimizin genişləndirilməsi baxımından mühüm rol oynayır. Biz artıq üçüncü dəfədir ki, bu sərgidə iştirak edirik və sərgi təşkilatçıları ilə əməkdaşlığımızı davam etdirmək niyyətindəyik, çünki bu böyük sərgi həm iştirakçılar, həm də ziyarətçilər üçün hər zaman uğurlu və səmərəli keçir. Sərginin nəticələri isə göz qabağındadır, belə ki, stendimizi çoxsaylı potensial istehlakçı ziyarət edib və biz əminik ki, gələn il məhsullarımızın Azərbaycana təchizi daha da artacaq. Bir il əvvəl müqavilə imzalayaraq hazırda sıx şəkildə əməkdaşlıq etdiyimiz yerli distribyutor - “Renessans Studio” şirkəti də bu məqsədə nail olmağımıza xidmət edir.

 

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  24/02/2021 25/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek