Baş xəbərlər26.10.2013 12:58 Yol texnikasından ibarət zəngin ekspozisiya
Orxan Məmmədov, “Prolink Caspian” şirkətinin baş meneceri: - 2005-ci ildə təsis edilmiş “Prolink Caspian” MMC dünya şöhrətli aparıcı şirkətlərin istehsalı olan və tikinti-inşaat, torpaq (yer) qazıma, anbar və yükqaldırma sahələrində istifadə edilən geniş çeşiddə avadanlıq və texnikanın təchizatçısıdır. Biz “BakuBuild 2013” sərgisində satış həcminə görə dünyada ikinci olan “JCB” (Böyük Britaniya) şirkətinin inşaat və yol-tikinti, torpaq (yer) qazıma və yükqaldırma avadanlıqlarını təqdim edirik. Ziyarətçilərin burada görə biləcəkləri yükləyici ekskavator bu şirkətin ən səmərəli satılan texnika nümunələrindən biridir. Qeyd etmək istəyirəm ki, bu maşını dünyada ilk dəfə “JCB” şirkətinin sahibi yaradıb. Stendimizdə həmçinin Amerikanın “HYSTER” şirkətinin istehsal etdiyi sənaye təyinatlı avtoyükləyicilər, uzadılan oxa və teleskopik çalova malik yükləmə-boşaltma texnikası, “JLG” şirkətinin platformalı qaldırıcıları təqdim olunur. Bu yaxınlarda biz Belçikanın “CombiLift” şirkətinin kənarları qalxan yükqaldırıcılarının satışına başlamışıq. Bu texnikanın unikallığı ondan ibarətdir ki, o, yüklə birlikdə 4 istiqamətdə hərəkət edə bilir. Biz “BakuBuild” sərgisində bir neçə ildir ki, iştirak edirik. Burada biz keçmiş tərəfdaşlarımız, eləcə də tikinti-inşaat, yol və torpaq (yer) qazıma texnikası ilə maraqlanan yeni şirkətlər və tikinti təşkilatları ilə görüşlər keçiririk. Qeyd edə bilərəm ki, biz sərginin üç iş günü ərzində məhsullarımızın satışına dair bir sıra ciddi razılaşmalar əldə etməyə nail olmuşuq və şübhəsiz ki, bu da sərgidə iştirakın səmərəliliyini göstərir.
bütün xəbərlər
|