Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

26.10.2013 16:31

“BakuBuild 2013”: Xəzəryanı regionun ən böyük sərgisindən yaddaqalan təəssüratlar

Bu gün Bakı Ekspo Mərkəzində “ITE Group plc” və “Iteca Caspian” şirkətləri tərəfindən təşkil olunan “BakuBuild 2013” 19-cu Azərbaycan Beynəlxalq “İnşaat” sərgisinin sonuncu iş günüdür. Xəzəryanı regionun həm sərgi meydançası, həm də iştirakçı və ziyarətçilərin sayı baxımından ən böyük tədbiri Azərbaycanın inşaat sektorunda əldə etdiyi iqtisadi nailiyyətləri müvəffəqiyyətlə əks etdirərək bazarın bir çox nüfuzlu iştirakçısının böyük marağına səbəb oldu.

Möhtəşəm Bakı Ekspo Mərkəzinin bütün sərgi meydançalarını və yanaşı ərazilərini əhatə edən “BakuBuild 2013” sərgisi inşaat texnikası, inşaat materiallarının istehsalı, arxitektura və dizayn üzrə ən yaxşı layihə, ideya və istehsal hazırlıqlarını misli görünməmiş miqyasda nümayiş etdirdi. Bu tədbirdə Azərbaycanın inşaat sənayesində müşahidə olunan irimiqyaslı dəyişikliklərin əhəmiyyəti göz qabağında idi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov da sərginin təntənəli açılış mərasimində çıxış edərkən  bu mövzuya toxundu. 10 il ərzində Azərbaycanda inşaat işlərinin həcmi 14 dəfə artmış, bu sahədə fəaliyyət göstərən müəssisələrin sayı 1.480-ə çatmış, özəl sektorun payı isə 77% təşkil etmişdir. “ITE Group plc” şirkətinin direktoru cənab Edvard Stroon sərginin misilsiz artım nümayiş etdirdiyini vurğulayaraq göstərdikləri dəstək üçün Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) təşəkkür etdi.

Sərgidə xidmət, məhsul, innovasiya və yeni texnologiya üzrə dünya istehsalçılarının təqdimatları böyük marağa səbəb oldu. “Mətanət A”, “Gerard” (“Arsenal center”), “Holсim Azerbaijan”, “Knauf”, “Norm”, “Akkord”, “Azbentonit”, “Baku Steel Company”, “Basf Caspian”, “Enilik”, “Gilan Holding” və “Mr. Fix” kimi sənaye şirkətlərinin stendləri, eləcə də “Azlift”, “Aztexnika”, “Prolink Caspian”, “Hydrokon” və “Hitachi” kimi inşaat sənayesi liderlərinin ən yeni məhsullarını təqdim edən “İnşaat texnikası” bölümü azalmayan diqqətlə qarşılanırdı. Bu ilin yenilikləri sırasında unikal santexnika nümunələri, yeni plastik profillər, üzlük plitələri, dam və hidroizolyasiya materialları, kabel məhsulları, şvellerlər, yeni sement növləri, məsaməli beton bloklar, lak-boya örtükləri, izolyasiya sistemləri, müasir istilik və səs izolyasiyası / üzlük materiallarının geniş çeşidi, habelə metal konstruksiyalar, taxta-şalban evlərin tikintisi və digər məhsul və xidmətlər yer alır.

Sərgidə müxtəlif məhsul və xidmət növlərinin nümayişi sayəsində peşəkar ziyarətçilər inşaat sənayesinin bütün təklifləri ilə tanış ola bildilər. Bununla yanaşı, bir çox inşaat istiqamətinin birləşdirilməsi potensial müştəriləri sərgidəki məhsul, texnoloji bilik və perspektivli layihələrlə daha səmərəli şəkildə tanış edirdi.

Yüzlərlə iri sənaye şirkətinin iştirakı çərçivəsində stendlərin bolluğu və çoxsaylı peşəkar ziyarətçilərin mövcud olması mətbuat mərkəzində də canlanmaya səbəb oldu, belə ki, iştirakçı şirkətlərin jurnalist və menecerləri sərgi ilə bağlı ilk təəssüratları barədə hesabatları öz rəhbərlərinə göndərirdilər. Bu poçt göndərişlərinin mahiyyəti isə sirr deyil - hazırkı forum bütün ümidləri artıqlaması ilə doğrultdu və ikitərəfli işgüzar əlaqələrin inkişaf perspektivləri çox əlverişlidir. Bir çox xarici eksponent fərdi və rəsmi söhbətlər zamanı bu faktı qeyd edirdilər. Xarici iş adamları isə hər şeydən əvvəl Azərbaycan iqtisadiyyatının sürətli inkişafının əhəmiyyətini, inşaat işlərinin miqyasını və ölkə infrastrukturuna yatırılan sərmayələrin artdığını bildirdilər. Nəticə isə birmənalıdır: şirkətlərin regionda fəaliyyətə başlaması artıq bir zərurətə çevrilir və bu fəaliyyətin iqtisadi nailiyyətləri dərhal nəzərə çarpır. Öz növbəsində “BakuBuild 2013” sərgisi də bu faktı dünyanın ən yaxşı sərgi pavilyonları ilə müqayisədə uğurla əks etdirə bildi.

Bir qayda olaraq, istənilən sanballı sərginin formalaşdırılması perspektivlərə və yeni iştirakçıların cəlb olunmasına əsaslanan dəqiq təşkilati fəaliyyətlə bağlıdır. “BakuBuild 2013” sərgisinin timsalında ekspozisiyanın artan məşhurluğunu vurğulayan bu xarakterik faktı qeyd etmək olar. Builki sərgiyə ziyarətçi qismində qatılan xarici şirkət nümayəndələrinin əksəriyyəti artıq növbəti sərgilərdə öz stendləri ilə iştirak etmək istədiklərini bildirirdilər. Bundan başqa, bu günlər ərzində gələcək eksponentlərin bir çoxu bazarın marketinq araşdırmasını aparmış, yerli sahibkarlarla görüşmüş və uzunmüddətli əməkdaşlıq perspektivlərini tədqiq etmişlər. Bununla əlaqədar, çoxsaylı debütant axınını “BakuBuild 2013” sərgisini fərqləndirən amil adlandırmaq mümkündür, belə ki, iştirakçıların yarısını perspektivli Azərbaycan bazarına daxil olmağa can atan yeni şirkətlər təşkil edirdi.

Almaniya, Yunanıstan, İtaliya, İran, BƏƏ, Portuqaliya və Finlandiyadan olan yeddi milli qrupun “BakuBuild 2013” sərgisində iştirakı sərginin vizit kartına çevrildi. “ITE Group” şirkətini tərəfdaşlarından ibarət qrupun komanda şəklində fəaliyyəti isə xarici şirkətlərin Azərbaycan sərgisində iştiraka aktiv şəkildə cəlb olunmasına mühüm töhfə verdi.

Çoxsaylı seminar, təqdimat və ustad dərslərindən ibarət olan builki zəngin işgüzar proqram sahibkarların sərgiyə böyük maraq göstərməsinə səbəb oldu. Beləliklə, təşkilatçılar tərəfindən işlənib hazırlanmış intensiv ünsiyyət forması çoxsaylı iştirakçı şirkətlərin biznesinin təşviqi üçün unikal imkan, habelə yeni tərəfdaş axtarışı, bazarın tədqiqi və yekun istehlakçılarla səmərəli iş üçün optimal şərait yaratdı. Pavilyonların mədəniyyəti, ekspozisiya modelləri, müştəriləri cəlb etməyin əlavə üsulları minlərlə ziyarətçi tərəfindən bəyənildi. Belə ki, ziyarətçilər məhsulları və sənaye üzrə texnoloji bilikləri maraqla öyrənməklə yanaşı, klassik musiqiyə qulaq asır, orijinal təqdimatlarda iştirak edir və məharətlə layihələndirilmiş stendlərdən zövq alırdılar.

“BakuBuild 2013” sərgisinin “Qızıl” sponsoru qismində “Norm” şirkəti çıxış edir. “Holcim Azerbaijan” və “Emirates Steel” şirkətləri də sərginin sponsorları sırasında yer alır. “Iteca Caspian” şirkəti tərəfindən 2013-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkətidir. Sərginin rəsmi otelləri “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları, rəsmi turoperatoru isə “Greenwich Travel Club” şirkətidir.

 

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  24/02/2021 25/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek