Baş xəbərlər26.10.2013 16:39 “Hitachi” şirkətindən ixtisaslaşdırılmış tikinti texnikası
Aydın Makaş (Aidyn Makash), “Turkuaz Machinery” şirkətinin baş direktoru: – “Turkuaz” şirkətlər qrupunun tərkibinə daxil olan “Turkuaz Machinery” şirkəti Orta Asiya ölkələrində - Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Monqolustanda ixtisaslaşdırılmış texnikanın aparıcı təchizatçısı hesab olunur. Bu yaxınlarda isə yerli bazara daxil olmaq üçün Azərbaycanda da nümayəndəliyimiz açılıb. “Turkuaz Machinery” şirkəti inşaat və neft-mədən sənayelərində istifadə olunan Yaponiyanın “Hitachi” markalı xüsusi texnikasının satışını həyata keçirir. Şirkət avadanlıq və xidmətlərin tam çeşidini təklif etməklə, marketinq və xidmət sahələrində də yüksək səviyyəyə mail olub. Biz servis xidməti, kapital təmirin həyata keçirilməsi və texnikanın bərpası üçün məhsul istehsalçılarının ehtiyat hissələr kompleksini də təqdim edirik. Şirkətimiz “BakuBuild” sərgisində ilk dəfə iştirak edir və Azərbaycanda özünü tanıtmaq kimi əsas məqsədinə nail olmağa çalışır. Biz burada “Hitachi” şirkətinin yükləyici və ekskavatorlarını, eləcə də İtaliya istehsalı olan “Carmix” özüyükləyən betonqarışdırıcı maşını təqdim edirik. Sərgi barədə ilkin təəssüratlarımız müsbətdir. Keçirilmiş görüşlər əməkdaşlığa dair bir sıra ilkin razılıqlar əldə etməyimizə şərait yaradıb.
bütün xəbərlər
|