Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

30.06.2014 09:47

“NB QRUP” şirkəti 20-ci Yubiley BakuBuild 2014 sərgisinin sponsoru qismində çıxış edəcək

Bu il Azərbaycan Beynəlxalq “İnşaat” “BakuBuild” sərgisi öz iyirmi illik yubileyini qeyd edəcək. Keçirildiyi illər ərzində “BakuBuild” sərgisi ən yeni texnologiya və xidmətlərin təqdim edildiyi meydançaya, habelə görüşlərin keçirildiyi və yeni əlaqələrin qurulduğu platformaya, eləcə də inşaat mütəxəssisləri üçün imic tədbirinə çevrilmişdir.

Tədbir çərçivəsində “BakuBuild” sərgisinin daimi iştirakçılarından biri - “NB QRUP” şirkəti öz stendində geniş məhsul çeşidini təqdim etməklə yanaşı, ziyarətçiləri yeniliklərlə də sevindirəcəkdir. Bundan əlavə, “NB QRUP” şirkəti bazardakı fəaliyyətinin onilliyini builki sərgidə fəal iştirakla qeyd etməyi qərara alıb, belə ki, “NB QRUP” şirkətinin təqdim etdiyi “Corella” markalı boya “BakuBuild-2014” sərgisinin baş sponsoru, digər sənaye boyası və keramik doldurucu markası “AZPOL” isə sərginin qızıl sponsoru qismində çıxış edəcək.

“NB QRUP ASC” şirkətinin planlaşdırma və marketinq departamentinin direktoru Vüsal Mahmudov bildirdi ki: “ – “NB QRUP” şirkəti əməkdaşlıq sahəsində böyük uğur qazanacağına ümid edir, çünki “BakuBuild” sərgisi həm yerli və əcnəbi mütəxəssislər, həm də yerli və xarici şirkətlər arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması üçün şərait yaradır. Xəzəryanı regionda “BakuBuild” kimi ən iri sərgidə iştirak “NB QRUP” şirkəti üçün çox məhsuldar olacaq və mümkün sifarişçilərin cəlb olunmasına, eləcə də mövcud sifarişçilərlə əlaqələrin möhkəmləndirilməsinə kömək edəcəkdir. “NB QRUP” şirkəti öz markaları olan “Corella” boyaları və “AZPOL” industrial boyalar və keramika yapışdırıcılarının bu sərgidə sponsor qismində çıxış etməsini yüksək qiymətləndirir və gələcəkdə bü cür halların davam etdiriləcəyinə inanır”.

Öz növbəsində “Iteca Caspian” şirkətinin satış üzrə direktoru Samirə Teymurova bunları qeyd etmişdir: “Biz şadıq ki, “NB QRUP” şirkəti 20-ci Yubiley BakuBuild 2014 sərgisinin sponsoru qismində çıxış edir Biz əminik ki, “NB QRUP” şirkətinin sərgidə bu cür fəal iştirakı tərəfdaşlar və yekun istehlakçılarla münasibətlərin möhkəmlənməsinə müsbət təsir göstərəcək, ziyarətçilərin “NB QRUP” şirkətinin bütün boyaları və quru inşaat qatqılarını ehtiva edən məhsullar assortimentini qiymətləndirmələrinə imkan yaradacaqdır. Bu isə öz növbəsində şirkətin gələcək uğurlu inkişafına müsbət təsir göstərəcək”.

Sərgi 22-25 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərginin təşkilatçıları qismində “ITE Group PLC” və onun Azərbaycandakı tərəfdaşı “Iteca Caspian LLC” şirkətləri çıxış edirlər.

 

 

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  28/02/2021 01/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek