Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

08.10.2014 16:21

Qazax Sement Zavodu MMC klinker istehsalına start verdi

“Qazax Sement Zavodu” MMC Azərbaycanın iri sement istehsalçılarından biridir və hazırki istehsal gücü ildə 1 milyon ton sementdir. 2017-ci ilə qədər zavodun istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılması planlaşdırılır. Şirkət hazırda sulfatadavamlı sement, həmçinin qalaq və kisə şəklində müxtəlif növ sement məhsulları istehsal edir. Məhsulların müştərilərə vaxtında çatdırılmasını təmin etmək üçün şirkətin Bakıda və regionlarda Logistika Mərkəzləri təşkil edilmişdir.

Qazax Sement Zavodunun inşasına “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Azərbaycan Beynəlxalq Bankı ASC birgə əməkdaşlığı ilə 2010-cu ildə başlanmışdır. İnvestisiya layihəsinin birinci mərhələsi 2013-cü ilin iyul ayında başa çatmışdır. Açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmişdir. 2014-cü il avqustun 21-də isə klinker istehsalına start verilmişdir. Zavod cari ilin oktyabr ayında 100% həcmdə olmaqla günlük 2500 ton klinker və ya illik 1 milyon ton sement istehsalı gücünə çatacaqdır.

Qazax Sement Zavodu Azərbaycanda, xüsusilə Qərb regionunda reallaşmış ən böyük investisiya layihələrindən biridir. Texniki-iqtisadi əsaslandırılması “Deloitte and Touche” şirkəti tərəfindən hazırlanmış zavodun inşasına yatırılmış investisiyanın ümumi məbləği 225.0 milyon manat təşkil edir.

Fəaliyyətdə olduğu qısa müddət ərzində Qazax Sement Zavodu istehsal etdiyi məhsulların keyfiyyəti ilə yüksək müştəri məmnuniyyətinə nail olmuşdur. Şirkətin əsas məqsədi Azərbaycanda və bütövlükdə regional miqyasda tikinti sektorunun aparıcı qüvvəsi olmaq və ölkənin milli rifahına öz töhfəsini verməkdir.

Zavodun layihələndirilməsi və inşası işlərini zəngin beynəlxalq təcrübəyə malik “SİNOMA”, proqram təminatını isə “SİEMENS” şirkətləri həyata keçirmişlər. Zavodda 595 nəfər işə cəlb edilib ki, onun da əsas hissəsini regionun yerli əhalisindən olan insanlar təşkil edir.

Müəssisənin ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılmışdır.

Sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin mün-təzəm yoxlanılması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılmışdır. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin müxtəlif növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir.

2014-cü ilin Sənaye İli elan edilməsi ilə əlaqədar olaraq şirkət öz inkişaf planını müəyyən etmişdir. Həmin inkişaf planına əsasən, 2014-2017-ci illərdə illik sement istehsalını 3 mln. tona çatdırmaq və müxtəlif növ yeni inşaat materiallarının istehsalını təşkil etmək nəzərdə tutulur. Bu planlara görə, “Qazax Sement Zavodu” MMC-də yaradılmış infrastrukturdan və ən son texnologiyalardan istifadə etməklə Qərb regionunda iri İstehsal Texnoparkı yaradılacaq. Həyata keçiriləcək işlər Azərbaycanın inşaat materiallarına olan tələbatının ödənilməsi, ölkəmizin ixrac potensialının artırılması və iqtisadiyyatın qeyri-neft sektorunun daha da gücləndirilməsinə xidmət edəcəkdir.

 

Ünvan:

Qazax r-nu, Daş Salahlı kəndi, AZ3518
Tel.: (+994 12) 404 44 04
www.qsz.az

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  25/02/2021 26/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek