Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

12.10.2014 14:44

“Birlikdə tikirik” adlı tədbir keçirildi

11 oktyabr tarixində Mərkəzi Botanika bağında regionun tikinti sektorunda ən böyük hadisə - 20-ci Yubiley Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild”) sərgisinə həsr edilmiş “Birlikdə tikirik” adlı tədbir keçirildi. Şəhərin ən böyük parklarından birində abadlıq işlərinin aparılması artıq sərginin xoş ənənəsinə çevrilib. Beləliklə, tədbir çərçivəsində Mərkəzi Botanika bağında yeni oturacaqlar qoyuldu və iştirakçılar tərəfindən quşlar üçün xüsusi yem təknələri quraşdırıldı. Tədbirdə sərginin bir çox daimi iştirakçıları, o cümlədən “As Group”, “AAC”, “Altis Group”, “Tarsa LLC”, “As Texnika”, “Yukseklik Ltd.”, “Az Texnika”, Qazax Sement Zavodu, “Holcim”, “GeoGlobe Ltd.”, “Behrud Inshaat”, “FleetStock”, “Nabucco”, “Denizkala”, “Idea”, “AzFilter”, “HST Kablo”, “AzMDF”, “Galib Group LLC”, “Universal AZ LLC” və digərləri iştirak edirdilər.

Tədbirdə “Iteca Caspian” şirkətinin direktor müavini Samirə Teymurova çıxış edərək bildirdi ki: “ - Bu il sərgi öz 20-ci yubileyini qeyd edir və bunda hər bir iştirakçı və tərəfdaşın böyük əməyi var. Biz beş il bundan öncə, elə buradaca, əvvəlki yubileyi birlikdə qeyd etdiyimiz daimi iştirakçıları bu gün də burada görməyə şadıq. O vaxt biz düşündük ki, yubiley tədbirlərində burada toplaşmaq və şəhərin mərkəzindəki bu təbiət guşəsini gələcək nəsillər üçün abadlaşdırmaq gözəl ənənədir”.

Daha sonra hər kəs birlikdə işə başladı: quşlar üçün yem təknələri boyanaraq asıldı və uşaqlar üçün rəngarəng oturacaqlar quraşdırıldı. Tədbirdə uşaqlar da iştirak edirdilər və onların sayəsində bağın bu sahəsi müəyyən mənada əsil tikinti meydançasına çevrildi. “Birlikdə tikirik” tədbiri “BakuBuild” sərgisinin təşkilatçıları – “ITE Group” və “Iteca Caspian” şirkətlərinin yubiley tədbirlər proqramı çərçivəsində hazırladıqları ilk tədbir oldu. Yubiley “BakuBuild” sərgisi isə 22-25 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  25/02/2021 26/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek