Baş xəbərlər16.10.2014 18:10 “BakuBuild” sərgisinin təşkilatçılarına öz səmimi minnətdarlığımı bildirirəm!
“ – Mən 20-ci Yubiley Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild-2014”) sərgisi ərəfəsində bu tədbirin təşkilatçıları “Iteca Caspian” şirkətinə öz səmimi minnətdarlığımı bildirir və şirkətin rəhbərliyinə, eləcə də əməkdaşlarına peşə nailiyyətləri arzulayıram. Məhz şirkətin kollektivi sayəsində ölkəmizdə keçirilən tədbirlərin təşkilatçılıq səviyyəsinin, eləcə də həmin tədbirlərin iştirakçılarına olan marağın ildən-ilə artmasına şahid oluruq. Sərginin Azərbaycan Respublikasında inşaat sənayesinin inkişafına verdiyi töhfəni xüsusi ilə qeyd etmək lazımdır. Ekspozisiyanın iştirakçıları olaraq daim bizə göstərdiyiniz köməklik və diqqət üçün Sizə minnətdarıq. Sərginin təşkilatçıları, iştirakçıları və qonaqlarını bu yubiley münasibəti ilə bir daha təbrik edir və hamıya məhsuldar iş, faydalı görüşlər və yeni uzunmüddətli əlaqələr arzulayıram!” Samir Quliyev, “Knauf Marketing Baku” MMC-nin direktoru.
bütün xəbərlər
|