Baş xəbərlər28.08.2013 10:09 İnşaat bölməsində çalışan işçilərin sayında artım olmuşdur
Bakı, 28 avqust (AzərTAc). Cari ilin yanvar-iyul aylarında inşaat bölməsində çalışan işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq, 97, 6 min nəfər olmuşdur. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, tikinti sektorunda çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 605,0 manat təşkil etmişdir. Mülki təyinatlı inşaat işlərində işləyən işçilərin əmək haqları 38,4 faiz, ixtisaslaşdırılmış tikinti işlərində 4,6 faiz, binaların tikintisində isə 1,8 faiz artmışdır.
bütün xəbərlər
|