Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

21.10.2014 15:20

“BakuBuild” sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

Bu gün 21 oktyabr saat 12:00-da “BakuBuild-2014” 20-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev, “ITE Group Plc” şirkətinin icraçı direktoru cənab Edvard Stroon, “BakuBuild” layihəsinin meneceri Maya Gafarli və Rəşad Qədimov iştirak etdilər. Cahangir Qocayev sərginin inşaat sənayesinin inkişafına verdiyi töhfədən və sərgi vasitəsi ilə ölkənin inşaat sektorunda ən yeni texnologiyaların tətbiqindən söhbət açdı. Cənab E. Stroon isə “BakuBuild-2014” sərgisinin uğur qazanmasında beynəlxalq ofislərin rolunu vurğulayan cənab Stroon öz çıxışında həmçinin qeyd etdi ki, bu sərgi “ITE Group Plc” şirkətinin təşkil etdiyi bütün beynəlxalq inşaat sərgiləri portfelində xüsusi əhəmiyyət kəsb edir. Mətbuat konfransı əsnasında jurnalistlərə sərginin indiyə kimi görünməmiş artımı və digər statistik göstəricilər haqqında məlumat verildi. “BakuBuild” sərgisi ilə yanaşı, daha 2 ixtisaslaşmış ekspozisiyanın - “Aqua-Therm Baku” 6-cı Beynəlxalq “İstilİk, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzları və bərpa olunan enerji” sərgisi və “CIPS” 7-ci Xəzər Beynəlxalq Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri sərgisinin təşkil olunması planlaşdırılır. Sərgilər “Bakı Ekspo” mərkəzinin dörd zalında, lobby və açıq meydançada keçiriləcək. Tədbirin sonuna yaxın bütün KİV nümayəndələri sabah, yəni 22 oktyabr tarixində “Bakı Ekspo” mərkəzində keçiriləcək açılışına dəvət edildilər.

Xatırladaq ki, “BakuBuild” sərgisi 22-25 oktyabr tarixlərində “Bakı Ekspo” mərkəzində keçiriləcək.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  24/02/2021 25/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek