Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

22.10.2014 14:47

“BakuBuild 2014”: “Sənaye ili”nin yubiley sərgisinin rekord göstəriciləri

Bu gün Bakı Ekspo Mərkəzində 20-cu Yubiley Azərbaycan Beynəlxalq “İnşaat” sərgisinin açılışı oldu. Ənənəvi olaraq, bu irimiqyaslı sərgi layihəsinin təşkilatçıları qismində “ITE Group Plc” və “Iteca Caspian” şirkətləri çıxış edirlər.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən ölkədə elan edilmiş “Sənaye ili”ndə fəal yerli istehsalın nümayişi sevindirici haldır və “BakuBuild” təşkilatçılarının çoxillik fəaliyyətinin səmərəliliyini vurğulayır. İyirmi il ərzində sərgidə dünyanın 35 ölkəsindən 3200-dən artıq şirkət və yüz mindən çox ziyarətçi iştirak etmişdir. Həmçinin, bu müddət ərzində sərgi tikinti xidmətləri bazarının təmayüllərinin formalaşdığı səmərəli işgüzar meydança statusunu da qazanmağa müvəffəq olmuşdur. Beləliklə, “Aqua-Therm Baku” və “CIPS Caspian” sərgilərini də ehtiva edən “BakuBuild” sərgisi “Xəzər İnşaat Həftəsi”nə start verdi.

Bu il sərgi öz yubileyini rekord göstəricilərlə qarşılayır, belə ki, dünyanın 29 ölkəsindən 490 şirkət Bakı Ekspo Mərkəzinin (kompleksin foyesi və açıq meydançası da daxil olmaqla) üç pavilyonunu əhatə etməklə, öz ekspozisiyalarını genişləndirmişlər. “BakuBuild” sərgisinin builki vizit kartı isə Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ və Portuqaliyadan birdən-birə yeddi milli qrupun iştirakıdır. Sərgidə həmçinin İtaliya, Almaniya, BƏƏ, Türkiyə, Yunanıstan və Çindən gələn çoxsaylı sahibkarlar qrupu da iştirak edir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi rəisinin müavini Elxan Əsədov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəisi Cahangir Qocayev, İtaliyanın Azərbaycandakı səfiri cənab Campaolo Kutilo, İspaniyanın Türkiyədəki səfirliyində ticarət üzrə attaşe x-m Aurora Tarruella, Dubay Əmirliyində (BƏƏ) “Dubai Exports” şirkətinin icraçı direktoru cənab Əl-Haşəmi və “ITE Group Plc” şirkətinin icraçı direktoru cənab Edvard Stroon sərginin təntənəli açılış mərasimində iştirak etdilər. Sərgidə çıxış edənlər Azərbaycanda müasir tikintinin bütün sahələrində böyük inkişafı vurğulamaqla yanaşı, ölkə iqtisadiyyatında qazanılmış uğurların əks etdirilməsi və tikinti bazarının aparıcı fiqurlarının Azərbaycana əlavə diqqət göstərməsi baxımından, “BakuBuild” sərgisinin mühüm əhəmiyyətini qeyd etdilər.

“BakuBuild 2014” sərgisinin əsas təmayülü keyfiyyət və innovasiyalardır. Sərgi boyu təşkil edilən VIP-tur zamanı qonaqlar “Mətanət A”, “Baku Steel Company”, “Gerard (Arsenal Center)”, “Holcim Azerbaijan”, “Knau”f, “Norm” və digər şirkətlərin stendlərini ziyarət etdilər. Stendlərdə tikinti texnikası, tikinti materiallarının istehsalı, memarlıq və dizayn və digər sahələrdə ən yaxşı layihə, ideya və məhsullar nümayiş etdirilir. Yüksək keyfiyyətli tikinti materialları, döşəmə və dam örtüklərin istehsalı ilə məşğul olan şirkətlər yeni məhsullarla çıxış edirlər və bu məhsullar beynəlxalq keyfiyyət standartlarına cavab verir. Bakı Ekspo Mərkəzinin xarici meydançasında yerləşən tikinti texnikası bölməsinə xüsusi diqqət yetirilir. Sərginin xarici ekspozisiyası böyük tikinti meydançasına bənzəyir və burada “Amcador”, “Iveco”, “JCB”, “Hitachi”, “Hyundai”, “Manitou”, “Volvo”, “Caterpillar”, “Hidromek” və s. brendlərin yeni tikinti texnikası nümayiş etdirilir.

Sərgidə ziyarətçilərin diqqətinə tikinti avadanlıqları, keramik məhsullar, dekorativ daşlar, pəncərə və qapılar, interyer, eksklüziv santexnika avadanlıqları və dam örtüklərinin geniş çeşidi təqdim olunur. Yaponiyada vulkanik tozlardan hazırlanmış üzlük materialları, döşəmə örtüklərində müasir təmayül - “dekkinq”, İtaliyanın landşaft dizaynı üzrə orijinal layihələri, habelə yataq, qonaq otağı, ofis və bağ mebelləri, o cümlədən bir çox digər məhsulların təmtəraqlı dizayn nümunələri böyük maraq yaradır.

“BakuBuild” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Sərginin baş sponsoru qismində “Corella” şirkəti, qızıl sponsoru qismində isə “AZPOL” şirkəti çıxış edirlər.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  28/02/2021 01/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek