Baş xəbərlər23.10.2014 09:51 Taxta parket, plitə və qapılar üzrə qabaqcıl texnologiya
Тuran Nəbizadə, “AZMDF” şirkətində tədarük üzrə mütəxəssis Şirkətimiz sərgidə “Floorella” şirkətinin istehsalı olan parketlər nümayiş etdirir. Bu məhsullar nəm və cızıqlara qarşı davamlıdır və qabaqcıl texnologiya, beynəlxalq təcrübə və ənənələr əsasında hazırlanır. Bundan əlavə, biz müştərilərə sadə və melaminlə örtülmüş standart ölçü və qalınlıqda MDF panellərini təqdim edirik. Davamlı tələbat yaradan panellər (yüksək keyfiyyətli kimyəvi maddələrdən istifadə etməklə) taxtalardan hazırlanır. Həmçinin, biz sərgidə “AZPANEL” şirkətinin panellərini və “Perfecta” şirkətinin qapılarını da nümayiş etdiririk. Biz “BakuBuild” sərgisində ilk dəfə iştirak edirik və burada növbəti illərdə də iştirak etməyi planlaşdırırıq. Biz yeni məhsulların istehsalına başlamağı planlaşdırırıq və bu məhsulları “BakuBuild 2015” sərgisində ziyarətçilərin geniş dairəsinə nümayiş etdirmək niyyətindəyik. Bu gün sərginin işi zamanı biz artıq yeni tərəfdaşlar tapmışıq və biz onlarla gələcəkdə əməkdaşlıq edəcəyik. Bu sərgidə iştirak etmək məlumat mübadiləsini və digər şirkətlərlə tanışlığı asanlaşdırır. Hamıya məlumdur ki, bu sərgidə yüksək keyfiyyətli məhsullar nümayiş etdirən şirkətlər iştirak edirlər və beləliklə, hər birimiz öz peşəkar imicini daha da gücləndirir.
bütün xəbərlər
|