Baş xəbərlər23.10.2014 10:01 İdarə olunan iqlimli interyer sizi sevindirəcək
Navnit Quleriya, “GIBCA” şirkətində satış icraçısı – Biz sərgidə mənzillər üçün şüşədən hazırlanmış akustik divarlar nümayiş etdiririk. Bu qurğular mənzillərdə arakəsmə funksiyasını yerinə yetirir və məhz tam görünüşü (vizuallığı) saxlamaqla, zallarda və otaqlarda arakəsmə kimi istifadə edilir. Bundan əlavə, sərgidə dəyişkən hava şəraitləri üçün şüşədən hazırlanmış divarlar da nümayiş etdiririk. Bu gözəl həll variantları müştərilərimizə idarə olunan iqlimli interyer sayəsində açıq görünüşdən zövq almağa imkan verir. Hava xoş olduqda, şüşə arakəsmə çıxarıla bilər və bu da öz növbəsində ətraf mühitlə birbaşa təmas yaradır. Bu məhsullar şəxsi villalar, restoranlar, kafe və xəstəxanalar üçün nəzərdə tutulub. Bununla yanaşı, biz sərgidə şüşədən hazırlanmış çərçivəsiz divarlar da nümayiş etdiririk. Şirkətimiz üçüncü dəfədir ki, “BakuBuild” sərgisində iştirak edir və bu davamlılıq Azərbaycanın bizim üçün maraqlı bazar olması ilə əlaqədardır. Sərgi sayəsində biz burada potensial müştərilər tapmaqla yanaşı, öz biznesimizi də genişləndirə bilərik.
bütün xəbərlər
|