Baş xəbərlər23.10.2014 10:07 Hazır beton konstruksiyaların əlverişli istehsalı
İlqar Əliyev, “Anton Ohlert” şirkətinin Azərbaycandakı ticarət nümayəndəsi - Bu gün biz sərgidə 10-u inşaat şirkəti olmaqla, ümumilikdə 30 Avropa şirkətini təmsil edirik. Biz artıq dördüncü dəfədir “BakuBuild” sərgisində iştirak edirik. Əvvəlki sərgilərdə isə biz digər inşaat şirkətlərinin məhsul və xidmətlərini təqdim etmişdik. Bu gün sərgidə müxtəlif beton plitələrin perspektiv istehsalını nümayiş etdirən “Weckenmann” şirkəti iştirak edir. Şirkət ötən əsrin ortalarında yaradılmış və tədricən hazır beton konstruksiyaların istehsalı üçün nəzərdə tutulmuş çox əlverişli və müasir qurğu və sistemlərin istehsalı üzrə dünya liderinə çevrilmişdir. Əgər “Anton Ohlert” şirkətinin sərgidə iştirak etdiyi son illəri təhlil etsək görərik ki, daha çox sayda Azərbaycan şirkəti “BakuBuild” sərgisində iştirak edir. Sərginin sahəsi daim genişlənməkdə, iştirakçı şirkətlərin sayı isə artmaqdadır və bu da dünya inşaat şirkətlərinin bu sərgiyə səngiməz marağının göstəricisidir.
bütün xəbərlər
|