Baş xəbərlər23.10.2014 10:20 “Nurteks Halı” şirkətindən qazon örtükləri
Emre Çingiz, “Nurteks Halı” şirkətində ixrac üzrə mütəxəssis – Şirkətimiz sərgidə qazonlar üçün sintetik örtüklər nümayiş etdirir. “Nurteks” şirkəti Türkiyədə bu məhsulların istehsalına başlayan ilk şirkətdir və o vaxtdan bəri şirkətimiz bu sənaye sahəsinin inkişafına rəhbərlik etmişdir. İstehsal edilən məhsullar futbol meydançaları və ictimai parkların örtülməsi üçün istifadə edilir və şirkət peşəkar və həvəskar futbol klublarına xidmət göstərir. FIFA sertifikatını alan yüzdən artıq futbol meydançası “Nurteks” şirkətinin gördüyü işlərin keyfiyyətindən və şirkətimizin bu sahədəki təcrübəsindən xəbərdardır. Bundan əlavə, biz otel və ofislərdə divarlar üçün xalçalar da nümayiş etdiririk. Bu, bizim “BakuBuild” sərgisində ikinci iştirakımızdır (sərgidəki birinci iştirakımız 2006-cı ildə baş tutmuşdur). Bu gün hələlik sərgi ilə tanış oluruq, lakin ilkin təsəvvürümüz onunla bağlıdır ki, tədbirə böyük maraq var. Bu sərgidə müxtəlif ölkələrin bir-birindən fərqli brend şirkətləri çıxış edirlər. Bununla belə, bizim məhsullar artıq ziyarətçilərin marağına səbəb olur. Bütün bunlar isə şirkətimiz və biznesin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
bütün xəbərlər
|