Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

23.10.2014 13:38

Azərbaycan Respublikasının iqtisadi inkişaf və sənaye naziri “BakuBuild” sərgisini ziyarət etdi

Azərbaycan Respublikasının iqtisadi inkişaf və sənaye naziri Şahin Mustafayev

-         İlk növbədə sərginin bütün təşkilatçılarını və iştirakçıları bu gözəl yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ötən 20 il ərzində sərgi ölkəmizin ümumi iqtisadi inkişafı ilə yanaşı əsl sıçrayış etmişdir!

Bu gün yüksək keyfiyyətli və rəqabətədavamlı məhsullar istehsal edən yerli şirkətlərin səviyyəsinin yüksəlməsi bizi çox sevindirir. Belə ki, hazırda Azərbaycan bir çox inşaat məhsulları üzrə daxili tələbatı tam ödəmək iqtidarındadır. Biz digər məhsullar üzrə də mühüm mövqe tuturuq. Burada sement, boyalar, gips, dam örtüyü materialları və bir sıra metal məmulatların istehsalını xüsusi ilə qeyd etmək lazımdır. Artıq bir çox yerli şirkət zəngin ixrac potensialına malikdir və öz məhsullarını xarici ölkələrə təchiz edir. Bu isə öz növbəsində ölkəmizin ümumi sosial-iqtisadi inkişafının çox mühüm göstəricisidir.

Hesab edirəm ki, biz mövcud bazaya arxalanaraq gələcəkdə daha böyük uğurlar qazanmağa can atmalıyıq. Dövlət strukturu olaraq, biz artım və təkmilləşmə işlərində yerli şirkətlərə hər zaman kömək etməyə hazırıq və düşünürəm ki, “BakuBuild” sərgisi bu prosesdə kifayət qədər əhəmiyyətli rol oynayır.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  28/02/2021 01/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek