Baş xəbərlər23.10.2014 14:31 Əzmkar təhsilin təşviqi
Mesenatlıq ənənələrini davam etdirərək, “Iteca Caspian” şirkəti “BakuBuild 2014” sərgisinin 20 illik yubileyi münasibəti ilə daha bir xeyriyyə aksiyası keçirdi. Belə ki, axşam ziyafətində Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə qəbul zamanı ən yüksək bal toplamış 1-ci kurs tələbəsinə “BakuBuild” sərgisinin xüsusi mükafatının təqdim edilməsi mərasimi baş tutdu və bu dəfə mükafat Səmayə Əlicanovaya qismət oldu. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə qəbul imtahanında Səmayə Əlicanova 607 bal toplamışdı. Bundan əlavə, o, rəsm və rəsmxət üzrə ilkin təsnifat imtahanlarında ən yüksək qiymət – 10 bal qazanmışdı. Bizim qəzetə verdiyi qısa müsahibədə Səmayə özünün memar peşəsinə çoxdan bəri göstərdiyi marağından danışdı: - Hələ məktəb vaxtlarından mən bütün səylərimi məhz bu ali təhsil müəssisəsinə daxil olmağa yönəltmişdim. Mən memarlığı (daş üzərində incəsənəti) və binaların layihələndirilməsi və inşa edilməsini çox xoşlayıram. Mən bu unikal elmə yiyələnməyi çox istəyirdim və budur, həyatımın arzusu çin oldu! Bundan sonra mən özümü sevimli məşğuliyyətimə həsr etmişəm. Biliyə can atan tələbələri yüksək qiymətləndirdiyinə görə və məni sərgiyə dəvət edərək sertifikat təqdim etdiyi üçün sərginin təşkilatçıları - “Iteca Caspian” şirkətinə öz minnətdarlığımı bildirirəm!
bütün xəbərlər
|