Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

23.10.2014 14:44

İnteryer üçün keramika və fasad panelləri

Çinarə Kazımlı, “Inax-Ecocarat” şirkətinin satış meneceri

- “Inax-Ecocarat” şirkəti iki il bundan əvvəl təsis olunub və dünyaca məşhur “Inax Ecocarat” (Yaponiya) brendinin yeganə və rəsmi distribyutorudur. Hazırkı sərgidə biz interyer və fasad panelləri üçün keramik məhsulları nümayiş etdiririk. Şirkətimizin məhsulları öz məsaməli strukturu sayəsində izafi nəmi udur, nəmliyi müvafiq səviyyədə saxlayır, pəncərələrdə kondensatın yaranma səviyyəsini azaldır, habelə zərərli maddələri və arzuolunmaz qoxuları qaldırır. Beləliklə, “Inax-Ecocarat” şirkətinin məhsulları nəmliyi sabit səviyyədə qoruyub saxlayır (40-70%) və bu da öz növbəsində xoş hisslərlə yanaşı, mənzildə lazımı atmosferi də təmin edir.

Mən bir çox sərgilərdə iştirak etmişəm və belə tədbirlərin keçirilməsinə dair tam təsəvvürüm var. “BakuBuild” sərgisində şirkətimiz ilk dəfə iştirak edir, lakin şahidi olduğumuz faktlara əsaslanaraq demək olar ki, sərgi yüksək səviyyədə təşkil olunub. Tam təəssüratlar isə sərgi başa çatdıqdan sonra formalaşacaq, lakin mən artıq indidən bu layihənin mükəmməl şəkildə hazırlandığını və sərginin yüksək səviyyədə keçdiyini qeyd edə bilərəm.

 

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  24/02/2021 25/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek