Baş xəbərlər23.10.2014 18:00 Dəmir emalı üçün unikal dəzgahlar
Cozef Kren (Josef Krenn), “JOSEF KRENN GMBH” şirkətinin sahibi - Biz hazırkı sərgidə “Eisenkraft” brendi altında dəmirin emalı üçün unikal dəzgahları nümayiş etdiririk. Bu dəzgahların dünyada analoqu yoxdur və onlar dəmir qapı, pəncərə, darvaza və mebellərin istehsalında istifadə olunur. Bu dəzgahlardan hər bir kəs istifadə edə bilər və bunun üçün təcrübəyə malik olmaq vacib deyil. Məsələn, fırlanan elementlərlə kombinə şəklində istifadə olunan MT cihazının köməyi ilə böyük kvadrat barları / lingləri bura və onlara son, eksklüziv görünüş verə bilərsiniz. Burmaların maksimal ölçüsü poladın xüsusiyyətindən asılı olaraq dəyişə bilər. PS-CP qurğusu da öz növbəsində iki iş prosesinin üstünlüklərini özündə birləşdirir. Metal zolaqları sadəcə müvafiq yuvacıqlarda yerləşdirməklə, ştamplama və kəsmə linginin ikiqat funksiyasını əldə etmək mümkündür. Şəxsən mən birinci dəfədir ki, “BakuBuild” sərgisində iştirak edirəm, lakin mənim şirkətim öz ekspozisiyası ilə artıq əvvəlki iki sərgidə iştirak etmişdir. Sərginin birinci iş gününə əsasən demək olar ki, bizim məhsullar ziyarətçilərdə böyük maraq oyadıb. Xüsusilə də sərgidə bir çox məşhur şirkət iştirak edir və bu sərgi həm ziyarətçilər, həm də iştirakçılar üçün ciddi maraq kəsb edir.
bütün xəbərlər
|