Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

24.10.2014 14:34

İpək-dekorativ divar kağızlarının üstünlükləri

İlqar Fəxrəddinov, “Taleh-I LTD MMF” şirkətinin baş direktoru

– Biz artıq üçüncü dəfədir ki, “BakuBuild” sərgisində iştirak edirik. 2010-cu ildə keçirilmiş sərgidə ziyarətçilərə qranit məhsullar nümayiş etdirdik. Bu gün isə şirkətimiz öz stendində Rusiya istehsalı olan “SILK PLASTER” ipək-dekorativ divar kağızlarını nümayiş etdirir. Bu divar kağızları daxili interyer üçün nəzərdə tutulmaqla yanaşı, adi divar kağızlarına nisbətən bir sıra üstünlüklərə malikdir. Birincisi, bu divar kağızlarının minimal davamlılıq müddəti 10 ildir. Bu materialı bərpa etmək asandır və bu da istənilən mənzil üçün vacibdir. Divar kağızları cızıldığı təqdirdə, zədələnmiş sahəni bərpa etmək üçün onu islatmaq və müvafiq vasitələrlə hamarlamaq kifayətdir.

Bununla yanaşı, “SILK PLASTER” divar kağızları nəmliyə (rütubətə) davamlı olmaqla yanaşı, soyuq və istiliyə qarşı izolyasiyaya malikdir. Eyni zamanda, bizim məhsullar nahamar divarların qüsurlarını örtür, qoxuları hopdurmur və günəş şüaları altında solmur. Qeyd edilən bütün xüsusiyyətlərə onu da əlavə etmək lazımdır ki, bu divar kağızları tozlara qarşı həssas deyil və ekoloji cəhətdən təmizdir.  Biz bu məhsulu artıq 2012-ci ildə “BakuBuild” sərgisində nümayiş etdirmişik və onun təqdimatını davam etdirməyi qərara aldıq. Sərgi bu işdə bizə yardım edir və bizim bu tədbir barədə xoş təəssüratlarımız var. Sərgi ənənəvi olaraq yüksək səviyyədə keçirilir və şirkətimiz üçün kifayət qədər uğurludur.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  24/02/2021 25/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek