Baş xəbərlər24.10.2014 16:25 “MANITOU” avtokarları, “Baldwin” filtrləri
Emin Həsənli, “Fleetstock group” şirkətinin baş direktoru - Biz yük avtomaşınları, qreyderlər, yaxtalar, təyyarələr, vertolyotlar və gəmilərin mühərriki üçün “Baldwin” (ABŞ) filtrlərini təqdim edirik. Bu filtrlər İtaliya və Belçikada da istehsal olunur. Bununla yanaşı, biz sərgidə Fransa, İtaliya və ABŞ istehsalı olan teleskopik və sadə “MANITOU” avtokarlarını da təklif edirik. Avtokarların yükqaldırma qabiliyyəti 1.5 tondan başlayaraq 40 tona çatır. Teleskopik avtokarların adi avtokarlarla müqayisədə üstünlüyü onunla bağlıdır ki, onların qaldırıcı oxu daxilə, xaricə, sağa və sola doğru hərəkət edir. Bu isə o deməkdir ki, avtokar 40 ton ağırlığında yükü qaldıra və obyektin ən uzaq hissələrinə qoya bilər. Biz avtokarla sərgidə dördüncü dəfə, filtrlərlə isə ilk dəfə olaraq iştirak edirik. Nümayiş etdirilən eksponatlar artıq ziyarətçilərin böyük marağına səbəb olmuşdur. Bizim üçün bu sərgi uğurludur, çünki belə sayda potensial müştərilərlə görüşmək imkanına zəmanət verir. Çox güman ki, biz gələn il də bu sərgidə iştirak edəcəyik.
bütün xəbərlər
|