Baş xəbərlər24.10.2014 16:39 Minlərlə unikal mebel nümunəsi!
Umberto Bazzi, “Bazzi Interior Decoration” şirkətinin satış üzrə meneceri – Biz bu sərgidə yeməkxana, yataq və vanna otaqları üçün mebellər nümayiş etdiririk. Şirkətimiz 1972-ci ildə Milan şəhərinin yaxınlığında, ağacda oyma və sənətkarlıq üzrə köhnə ənənələri ilə məşhur olan Brianza torpağında təsis edilib. Şirkətimiz İtaliyada mebel istehsalı üzrə zavoda malikdir və arzu edən hər bir kəs bizə istənilən mebeli sifariş edə bilər, belə ki, biz layihəni əvvəldən axıra kimi həyata keçiririk. Biz öz müştərilərimizə geniş çeşidli təkliflər təqdim edə bilərik. Əksər hallarda, sifarişçilər Avropanın muzey və saraylarında sərgilənən məhsulları əks etdirməklə orijinal məhsullar hazırlamağımızı istəyirlər. Nəticədə hazırda şirkətimiz 1200 orijinal şəkil və 1000 unikal mebel nümunəsinə malikdir. 1975-ci ildən başlayaraq şirkətimizin hər il “Salone del Mobile” kimi nüfuzlu tədbirdə iştirakı istehsal etdiyimiz məhsulların keyfiyyətini təsdiq edir. Hazırkı sərgi Azərbaycana səfərimiz çərçivəsində ilk işgüzar tədbirə çevrildi və buna görə də, biz nə ilə qarşılaşacağımızı bilmirdik. Ümumiyyətlə, sərgi yüksək səviyyədə təşkil edilib və şirkətimizin burada fəaliyyəti yaxşı gedir. Stendimiz mütəxəssislər tərəfindən ziyarət edildi və onlar istehsal etdiyimiz mebellə maraqlanmaqla yanaşı, geniş məlumatlar da əldə etdilər.
bütün xəbərlər
|